Mirabilit

Mirabilit, yaxud qlauber duzu — tez-tez rast gəlinən monoklinik sinqoniya.

Mirabilit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Na₂SO₄·10H₂O
Strunz təsnifatı VI/C.15[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəng – rəngsiz, bulanıq, sarımtıl, göyümtül və yaşılımtıl calarlı ağ; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 1,46-1,49; Sərtlik – 1,5-2; Çox kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – qabıqvarı; Başqa xassələr – dadı acı-şör,sərinləşdirici, suda asan həll olur, quru hava şəraitində mineral tədricən tamamilə dehidratasiyaya uğrayır və ağ rəngli toz halında olan tenarditə Na2SO4 çevrilir; Morfologiya – kristallar: qısadirəkvarı, prizmatik, bəzən iynəvari; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, torpaqvari və lifli əmələgəlmələr, qabıqlar, qaysaqlar.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Duz göllərində və körfəzlərdə 32°C-dən aşağı temperaturlarda xemogen-çökmə yolla əmələ gəlir. Aşağı temperaturlarda zəif həll olduğu üçün mirabilit çox zaman qışda və soyuq iqlim rayonlarında çökür. O, həmçinin torpaqda, mağara və kömür mədənlərinin divarlarında sızan səth sulfat sularından çökən nazik təbəqələr şəklində rast gəlir, isti bulaqların və fumarolların fəaliyyətinin məhsulu kimi nisbətən az müşahidə olunur. Birlikdə rast gəldiyi minerallar: gips, tenardit, astraxanit, halit, epsomit və b. Mineralın tapıldığı yerlər: Xəzər dənizində Qara-Boğaz-Qol körfəzi (Türkmənistan); soda gölləri (Misir); Karlovı-Varı (Çexiya); Vezuvi vulkanı (İtaliya); Antarktida; Yuta ştatında Qreyt-Solt gölü (ABŞ) və b. Azərbaycanda mirabilit Pirsaatçay çayı hövzəsində, Şamaxı rayonu ərazisinin bəzi yerlərində, Qobustanda və b. qeyd edilir.

Soda almaq üçün xammal kimi istifadə edilir. Həmçinin şüşə, lak-boya istehsalında və sənayenin digər sahələrində, təbabətdə (qlauber duzu) tətbiq edilir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]