Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Miras: Bakının sirri — Çingiz Mehbaliyev tərəfindən intellektual detektiv janrında yazılmış roman. 2012-ci ildə Bakıda azərbaycan dilində “Elm və təhsil” nəşriyyatında çap olunub.[1] Kitabda Azərbaycan abidələri, tarixi ilə bağlı araşdırmalar yaradıcı yanaşma ilə vəhdət şəklində təqdim olunur.[2] Bakıdakı əksər kitab mağazalarında[3] və Amazon-da satılan[4] kitab ilk gündən oxucular tərəfindən maraqla qarşılanıb.[5]
“Miras: Bakının sirri” | |
---|---|
“Miras: Bakının sirri” | |
Müəllif | Çingiz Mehbaliyev |
Janr | İntellektual detektiv |
Orijinalın dili | Azərbaycan |
Orijinalın nəşr ili | 2012 |
Nəşriyyat | “Elm və təhsil” nəşriyyatı |
Səhifə | 368 |
Növ | kitab |
Tiraj | 1000 |
ISBN | 978-9952-8176-3-8 |
Müəllif öz kitabi ilə Qız qalasının və Bakının tarixinin timsalında əşyalara və hadisələrə fərqli münasibəti nəzərə çarpdırmaq istəyir. Müəllif yazdıqlarına əsasən insanlar eşidəndə ki, kimlərinsə Bakıya marağı var, o dəqiqə düşünürlər ki, yəqin neftə görə maraq göstərirlər. Halbuki, Səfəvi hökmdarı I Şah İsmayıl Bakını fəth edəndə və yaxud Rus çarı I Pyotr Bakıya hücum edib onu tutanda və işğalı bayram edərkən Peterburqda yaylım atəşi açdıranda Bakı nefti indiki qədər əhəmiyyətli deyildi və sənayə məqsədi daşımırdı. Kitaba mövcud hadisələrə başqa yöndən baxmaq və başqa cür dəyərləndirmək nümunəsi kimi də baxılır.
Müəllif kitabın yazılmasına 3 ilə yaxın vaxt sərf edib.[6]
Kitab Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilmiş və müvafiq şəhadətnamə almışdır.[7]
Kitabdakı hadisələrin özünəməxsus axın xəttini sezmək olar. Belə ki, kitabda təsvir olunanlara əsasən artıq yüz illərdi ki, bütün dünya iki yerə bölünmüşdür: Bakının sirrini ələ keçirmək istəyənlərə və bu sirri qoruyub saxlamaq istəyənlərə. Sadə insanlar isə bu mübarizənin Bakı nefti uğrunda getdiyini düşünməkdədirlər.[8] Müəllif Bakı neftini unutmağı təklif efir. Kitabın qəhrəmanının fikrincə Bakı nefti sade insanların fikrini yayındırmaqdan başqa bir işə yaramır. Bakının başına gələn macəraların əsl səbəbi başqa imiş.[9]
Müəllifə görə sən demə, indiyə qədər əksər adamların nəzərindən yayınan bəzi məlumatlar sanki müəmmalı kodu və gələcək nəsillər üçün gizlədilmiş şifrəni özündə əks etdirirmiş və Bakının hamının bildiyi aşkar tarixindən başqa "məxfi tarixi" də varmış. Çingiz Mehbaliyev bu kitab vasitəsilə "məxfi tarix"i oxuculara çatdırmağa çalışır.
Kitabda yazılanlara əsasən Qız Qalasını tikən müdrik babalarımız bizə hansısa məlumatları ötürmək istəyiblər. Kitabın baş qəhrəman bütün bunları öyrənmək üçün şifrələnmiş mətndəki gizli mənaları yaşı 2000 ildən çox olan şifrələrlə açamağa cəhd edir. Oxucu bütün kitab boyu şifrələnmiş mətnlərdə və "məxfi tarixi" də nələrin yazılmasının intizarında qalır.
Oxuduqca şahidi oluruq ki, kitab Kamalın tarixi abidələr üzrə ekspertin mühazirəsində iştirakı ilə başlayır və bununla da baş qəhrəman əvvəlcədən proqnozlaşdırıla bilməyən hadisələrin axarına düşmüş olur. Oxucu da baş qəhrəmanla birgə hadisələrin axarına düşərək Qız Qalasına gələn yeraltı yolun haradan başladığının və Kamalın o yolu necə tapdığının şahidi olur.[10] Əsas qəhrəmanın düşdüyü çətin vəziyyətlərdən öz biliyi və məntiqi mühakiməsi ilə çıxış yolu tapması, elmi mənbələrə və tarixi faktlara istinad etməsi əsərə intellektual detektiv xarakteri vermişdir. Kitabla tanış olan bir çox tənqidçilər və oxucular bu səbəbdən də "Miras: Bakının sirri" kitabını Azərbaycanda yazılan ilk milli intellektual detektiv hesab etməyə başlamışlar, onların fikirlərinə görə bu kitabla Azərbaycan ədəbiyyatında yeni ədəbi janrın əsası qoyulmaqdadır.
Kitabda 37-dən artıq tarixi şəxsin adı çəkilir və 22-dən artıq real mənbəyə istinad olunur. Əsas qəhrəmanın düşdüyü çətin vəziyyətlərdən öz biliyi və məntiqi mühakiməsi ilə çıxış yolu tapması, elmi mənbələrə və tarixi faktlara istinad etməsi əsərə intellektual detektiv xarakteri verəcək. Bu səbəbdən də kitab Azərbaycanda yazılan ilk milli intellektual detektiv hesab edilə bilər.[11] Lakin müəllif qeyd edir ki, Kitabda göstərilən obrazlar və təşkilatlar,haqqında danışılan qurumlar,hadisələrin təsviri,Bakının "sirr"i barədə yazılanlar yazıçı təxəyyülünün məhsuludur,üst-üstə düşən adlar və hadisələr tamamilə təsadüfdür.[12]
ATGTİ-nin "Kitab adam yemir" klubu müəlliflə onun oxucuları ilə görüşünü təşkil edərək "Miras: Bakının sirri" kitabının müzakirəsini və fikir mübadiləsini təşkil etmişdir.[15][16][17]