Mirinalı Aqafi (lat. Agathias Scholasticus, q.yun. Ἀγαθίας ὁ Σχολαστικός; 536, Mirina[d][1] – ən tezi 579 və ən geci 582[1] və ya 582[2], Konstantinopol[1]) — Şərqi Roma şairi və erkən tarixçi. Ona verilən Sxolastik (q.yun. σχολαστικός) ləqəbi onun hüquq fəaliyyəti ilə əlaqədardır.
Mirinalı Aqafi | |
---|---|
q.yun. Άγαθίας σχολαστικός | |
Doğum tarixi | 536 |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi 579 və ən geci 582[1] və ya 582[2] |
Vəfat yeri | |
Fəaliyyəti | tarixçi, vəkil, şair, yazıçı |
Əsərlərinin dili | qədim yunan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Kiçik Asiyada yerləşən Mirinada anadan olmuşdur. Daha sonra ailə Konstantinopola köçmüşdür. İlk təhsilini İsgəndəriyyədə, daha sonra Konstantinopolda almış və burada özünü hüquq karyerasına həsr etmişdir. O, hüquqşünas kimi işləməklə yanaşı, asudə vaxtını ədəbiyyat və poeziyaya, əsasən erotik əsərlərə həsr etmişdir.[3]