Mirmehdi Ağayev

Mirmehdi Ağayev (1 sentyabr 1913, Bakıfevral 1942) — SSRİ çempionatında top vuran ilk azərbaycanlı futbolçusu, "Temp" komandasının futbolçusu, ikiqat Azərbaycan kubokunun (1937-1938) sahibi.

Mirmehdi Ağayev
Ümumi məlumatlar
Doğum tarixi 1 sentyabr 1913(1913-09-01)
Doğum yeri
Vəfat tarixi fevral 1942 (28 yaşında)
Vətəndaşlığı
Mövqeyi hücumçu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirmehdi Ağayev 1913-cü il sentyabrın 1-də Bakıda anadan olub.

1898-ci ildə Hacı Zeynalabdin Tağıyev Bakıda toxuculuq fabriki açdıqdan sonra başqa ölkədən Bakıya işçi qüvvəsi axını başlamışdı. Mirmehdi Ağayevin atası Mirmövsüm, anası Xeyransa xanım İrandan köç edənlərdən idilər.

Mirmehdi Ağayev 15 yaşında toxuculuq fabrikində çilingər vəzifəsində işləməyə başlayır. Burada kombinatdakı futbol komandasının məşqçisi Şirəli Şirəliyevlə tanış olur. O, heç fikirləşmədən məhəllə futbol komandasında ad-san qazanmış Mirmehdini öz komandasına götürmüşdü. Kombinatın işçiləri Mirmehdinin oyunlarını izləmək üçün nəinki "Toxucu” komandasının oyunlarına, hətta komandanın məşqlərinə də tamaşa etmək üçün stadiona gedərdilər.

30-cu illərdə Bakı inşaatçılarının Həmkarlar İttifaqı tərəfindən "Temp” komandası yaranmışdı. 1937-ci ildə komandanı yarışlara moskvalı mütəxəssis Vladimir Blinkov hazırlayırdı. Həmin ildə o, Mirmehdini komandaya götürmüşdü, az bir müddətdə Mirmehdi komandanın liderinə çevrilmişdi. Burada da o, öz gözəl görkəmi ilə azarkeşləri sevindirməyə başlamışdı. "Temp” respublikamızın ilk komandası idi ki, SSRİ çempionatının güclülər dəstəsində Azərbaycanı təmsil etmişdi. Həmin ildə (1938-ci il) 26 komanda SSRİ çempionu adı uğrunda mübarizə aparırdı. Bunlardan 10-u Moskvanı, 4-ü Leninqradı (indiki Sankt-Peterburq), 2-i Kiyevi, Tbilisini və Xarkovu təmsil edirdilər.

1940-cı ildə "Dinamo" Tbilisi komandasının oyunçusu və Mirmehdinin yaxın dostu Şota Şavqulidzenin komanda rəhbərləyinə təklifi ilə Mirmehdi "Dinamo" Tbilisiyə dəvət alır. Lakin Mirmehdi 3 yaşlı oğlundan, ailəsi və vətənindən ayrı qala bilmir və 1941-ci ildə öz doğma komandası olan "Temp"ə qayıdır.

Mirmehdi Ağayev SSRİ çempionatının güclülər dəstəsində top vuran ilk azərbaycanlı futbolçudur. Böyük Vətən müharibəsinin başlanması səbəbiylə Mirmehdi idman karyerasına son qoymaq məcburiyyətində qaldı. Cəbhəyə yollanmazdan əvvəl Mirmehdi dostu Əlihüseynlə birlikdə təxminən 80 gün Bakının "Salyan kazarması” deyilən yerdə olmuş, bir müddətdən sonra Kerç şəhərinə yola düşmüşdülər. Burada onlar 105-ci atıcı alayına düşmüşdülər. 1941-ci il sentyabrın 1-də - anadan olduğu gün Mirmehdi ailəsinə məktub göndərmişdi. Mirmehdi 199 gün faşistlərə qarşı vurumuşdu. 6 aydan sonra Ağayevlər ailəsi cəbhədən növbəti məktub almışdılar. Amma bu məktub Mirmehdidən yox, onun dostu Əlihüseyndən idi. O, məktubu Mirmehdinin atası Mirmövsüm kişiyə yazmışdı. Bu məktubda Mirmehdinin müharibədə həlak olması xəbəri yazılmışdı.

1941-ci ildə Böyük Vətən müharibəsində həlak olan Mirmehdi Ağayevin cəsədi tapılmamışdır.