Miron Qrossman

Miron Osipoviç Qrossman — fotoqraf, rejissor, operator.

Miron Qrossman
Doğum tarixi 10 mart 1866(1866-03-10)
Doğum yeri
Vəfat tarixi 29 iyul 1937(1937-07-29) (71 yaşında)
Vəfat yeri Odessa
Milliyyəti yəhudi
Fəaliyyəti fotoqraf
rejissor
operator
Mükafatları Medal "For Diligence" (1801)
IMDb ID0343690

Milliyyətcə yəhudi olan və Odessada yaşayan peşəkar fotoqraf Miron Qrossman Fransada staj keçdikdən sonra kinematoqrafiya ilə məşğul olmağa başlamışdır. O, Rusiyada ilk fotoqraflardan idi. 1907-ci ildən Odessanın həyatından bəhs edən kinoxronikalar lentə almışdı. 1908-ci ildə isə BakıdaUralda çəkilişlər aparmışdı. Bunlardan üçü Bakı həyatı, biri isə Uraldakı zavodlar haqqında idi. Sonralar Odessada Deribasovsk küçəsində kiçik bir laboratoriya açan Miron Qrossman bu laboratoriyada plyonkalarını özü yuyurdu. "Miroqraf" adlı studiyanı qurduqdan sonra isə o, öz şəxsi bağında şüşədən kiçik bir çəkiliş pavilyonu tikmiş və çəkilişləri burada aparmağa başlamışdır. Hazırda onun bağının yerində Odessa kinostudiyası yerləşir." Miroqraf" studiyası 1912-1914-cü illərdə 3 bədii film çəkmişdir. Sonralar maddi çətinliklərlə üzləşən Qrossman M. Tovbinin rəhbərlik etdiyi "Cənub Bankı" ilə "Miroqraf"ı birləşdirmək qərarına gəlmiş və onlar birgə çəkilişlər aparmışlar. Miron Qrossman sovet kinosunun, xüsusilə də Ukrayna kinosunun ilk kinematoqrafçılarındandır.

  1. Ağ və qara şəhər (film, 1908) (qısametrajlı sənədli film) — rejissor, operator
  2. Balaxanı (film, 1908) (qısametrajlı sənədli film) — rejissor, operator
  3. Nobelin zavodları (film, 1908) (qısametrajlı sənədli film) — rejissor, operator
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.