Zaur Natiq oğlu Abdullayev — Azərbaycan Respublikasının Daxili İşlər Naziriliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi. Polis general-mayoru.
Zaur Abdullayev | |
---|---|
Vəzifədədir | |
18 fevral 2022-ci ildən | |
Nazir | Vilayət Eyvazov |
Əvvəlki | Mirqafar Seyidov |
15 yanvar 2019 – 18 fevral 2022 | |
Rəis | Mirqafar Seyidov (2014-2020) Əkbər İsmayılov(2020-) |
Əvvəlki | Səhlab Bağırov |
Sonrakı | Sərdar Səfərov |
13 may 2011 – 15 yanvar 2019 | |
Əvvəlki | Səhlab Bağırov |
Sonrakı | Səhlab Bağırov |
Rütbəsi |
Polis general-mayoru |
|
|
Təltifləri |
Zaur Abdullayev 2011-ci ilədək Daxili Qoşunların Qubada yerləşən “N” saylı hərbi hissəsinin komandiri vəzifəsini daşımışdır. O, 13 may 2011-ci il tarixində daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Çevik Polis Alayının komandiri vəzifəsinə təyin edilmişdir.[1]
Zaur Abdullayev 15 yanvar 2019-cu il tarixində daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Çevik Polis Alayının komandiri vəzifəsindən azad edilərək Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini təyin olunmuşdur.[2]
Zaur Abdullayev 18 fevral 2022-ci il tarixində daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Daxili İşlər Naziriliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. [3]