Mirsənani Seyidov

Mirsənani Mirsaleh oğlu SeyidovAzərbaycan siyasətçisi, 2018-ci ilədək Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri, 2018–2023-cü illərdə Naxçıvan şəhərinin icra başçısı.

Mirsənani Seyidov
Naxçıvan şəhərinin icra başçısı
30 iyul 2018 – 17 noyabr 2023
? – 2018
Şəxsi məlumatlar
Fəaliyyəti siyasətçi

Naxçıvan Ali Məclisinin Aparatında şöbə müdiri, daha sonra Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri işləmişdir.[1] 2018-ci ilin iyulunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyi ləğv edilmiş və onun əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılmışdır.[2] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 30 iyul 2018-ci ildə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[3] O, bu vəzifədə Vüqar Səfərovu əvəz etmişdir.[4][5]

Seyidovun 30 avqust 2023-cü ildə imzaladığı sərəncam əsasında Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Firuz Əsədov, Naxçıvan şəhər 2 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Abasət Vəliyev, Naxçıvan şəhər 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Orxan Hüseynov, Naxçıvan şəhər 5 nömrəli Mənzil İstismar İdarəsinin rəisi Xətai Məmmədov və Naxçıvan şəhər 6 nömrəli Mənzil İstismar İdarəsinin rəisi İlqar Fərəcov işdən çıxarılmışdır.[6] Bundan başqa, Naxçıvan şəhər İstilik təsərrüfatı idarəsinin rəisi Nəsimi Novruzov işdən azad olunmuş, onu Anar Anar Hüseyn oğlu Həziyev əvəz etmişdir.[7] Həmçinin, Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru Fariz Bağırov və Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri İlqar Əliyev vəzifələrindən azad edilmişdir. İcra başçısının digər sərəncamları ilə Əli Vəliyev Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin direktoru, Mustafa Mustafayev isə Naxçıvan Sukanalizasiya İdarəsinin müdiri təyin olunmuşdur.[8] Mirsənani Seyidov 8 sentyabr 2023-cü ildə imzaladığı sərəncamla Təhminə Mustafayeva Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini və İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdiri vəzifəsindən azad olunmuşdur.[9]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 17 noyabr 2023-cü ildə Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir. Hələ Seyidovun yerinə təyinat olmayıb.[10]

  1. "Arxivlənmiş surət". 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
  2. "Naxçıvan Nəqliyyat Nazirliyi ləğv edildi". sherg.az. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
  3. "M.M.Seyidovun Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
  4. "Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı dəyişdirilib". Report İnformasiya Agentliyi. 21 iyn 2020. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
  5. "Naxçıvanın icra başçısı dəyişdi" (#bad_url). Abzas.net.[ölü keçid]
  6. "Naxçıvanda 5 MİS rəisi işdən çıxarılıb". Apa.az. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
  7. "Naxçıvanda daha bir neçə vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinatlar". 30 avq 2023. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
  8. "Naxçıvanda vəzifəli şəxslər işdən çıxarılıb - Yeni təyinatlar". 28 iyl 2023. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
  9. "Naxçıvan icra başçısının müavini İŞDƏN ÇIXARILDI". bizim.media. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
  10. "Naxçıvan şəhərinin icra başçısı vəzifəsindən azad edilib". 17 noy 2023. 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.