Mirseyid Mirbabayev

Seyid Mir Tağı Mirbabayev (1867, Bakı – 1953, Tehran) — XIX əsrin sonu - XX əsrin əvvəli Azərbaycan xanəndəsi, neft sənayeçisi. Seyid Mirbabayevin prototipi bəstəkar Cahangir Cahangirovun "Xanəndənin taleyi" (1978) operasında yaradıb.[1]

Seyid Mirbabayev
Mir Tağı Mirbabayev
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Tehran, İran
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
İran İran
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Janr muğam

Seyid Mirbabayevin əsl adı Mir Tağı idi. 1867-ci ildə mərsiyəxan ailəsində doğulub, atası və böyük qardaşları kimi mərsiyəxanlıqla məşğul olurdu. Sonralar xalq məclislərində xanəndə kimi şöhrət qazanıb; 1910-cu ilə kimi Bakının musiqi həyatında mühüm rol oynayırdı. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi yaxından iştirak edir və 1906-cı ildə "Qrammofon" şirkəti tərəfindən Riqaya səsinin vala yazılması üçün dəvət almışdı.[2]

Xanəndə toylarda da oxumuşdu. Toyların birində Seyid Mirbabayev elə oxumuşdu, ki ona "Bala Şoranlıq" deyilən yerdə neft quyusu hədiyyə eləmişdilər. Tezliklə Mirbabayevin "Bala Şoranlıq" quyudan neft fontanı vurdu və xanəndə millionçu oldu.

Neft sənayesinin nümayəndələri və milyonerlərdən biri olan Mirbabayev musiqi fəaliyyətindən uzaqlaşır. Varlanan xanəndə əvvəlki peşəsindən utanır, və Varşavada səsi salınmış valları bir-bir baha qiymətə alır sındırır. O hesab etmişdi, ki əsl sənəti olan xanəndəliyi indiki milyonçuluğuna əskiklik gətirər, şan-şöhrətini azaldır.[3]

Seyid Mirbabayev Bakıda "Qubernator evi"nin sahibi idi, və bu evi Rusiya imperiyasının Bakı quberniyasının qubernatorlarına icarəyə verirdi. Bakı şəhərində hazırkı "AzNeft" meydanı kimi tanınan yerdə yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin binası Seyid Mirbabayevə məxsus olmuşdur.[4] Seyid Mirbabayev bu evdə 1920-ci ilə qədər yaşayıb. 1920-ci ildə Bakı əməliyyatından sonra Seyid Mirbabayev Fransaya köçür. 1929-cu ildə Seyidin Parisə apardığı sərvət 1929-cu ildə tükəndi. Muflisləşmiş milyonçu Parisdə, Teymur bəy Aşurbəyliyə rast gəlir. Mirbabayevin ağır vəziyyətini görən Teymur bəy onu Tehrana apardı.

Seyid Mirbabayev 1953-cü ildə Tehran şəhərində vəfat edib.

  1. "Mirbabayev Seyid Mirtağı oğlu". 2017-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  2. "Seyid Mirbabayev - Səssizliyin bədəli". 2013-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-16.
  3. "Рафик Джахангиров: "Для нас с братом дед был не столько великим композитором, сколько доверенным человеком. .."". 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  4. "Бакинская набережная" (PDF). 2020-01-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.