Mirvari Qəhrəmanlı (tam adı: Mirvari Üzeyir qızı Qəhrəmanlı; 23 iyul 1946, Nuxa) — hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri[1]
Mirvari Qəhrəmanlı | |
---|---|
Doğum tarixi | 23 iyul 1946 (78 yaş) |
Doğum yeri | |
Dini | İslam[1] |
Fəaliyyəti | insan hüquqları fəalı |
Partiyası |
SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur[2].
1992–1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir[2].
Milli Müqavimət Hərəkatında iştirak etmiş, SİDSUH-da katib olmuşdur. Demkonqresdə ADİP-i təmsil etmişdir[2].
"Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə[3] yaransa da yanız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır.
Bir müddət Böyük Quruluş Partiyasının üzvü olmuşdur.[4] Daha sonra Azərbaycan Demokrat Partiyası üzvü olmuş, 2007-ci ildə isə istefa vermişdir.[5]
Dindar bir ailədə böyüyüb, tərbiyə almışdır[1]. Ana babası təhsil almış molla olub[1][2]. Ailədə 7 uşaq olublar[2].
Həyat yoldaşı Mürşüd bəy Füzuli rayonundandır[6].
2 qız övladı (Mətanət və Sara[2]) və 3 nəvəsi var[6]. Böyük qızı Mətanət Əzizova da hüquq müdafiəçisidir və Qadın Krizis Mərkəzinin rəhbərlik edir[7][8].