Ağayev Mirzə İbrahim bəy Həsən ağa oğlu (Mirzə İbrahim bəy Səba) — şair.
Mirzə İbrahim bəy Səba | |
---|---|
Mirzə İbrahim bəy Həsən ağa oğlu Ağayev | |
Təxəllüsü | Сяба |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Fəaliyyəti | şair |
Mirzə İbrahim bəy Səba 1801-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxuyub dini və dünyəvi elmlərə yiyələnmişdi. Savadlı olduğundan dolayı "mirzə" ünvanı daşıyırdı. Müəllimliklə məşğul idi. Gözəl təbi və xətti vardı. Şeir yazırdı. Səba təxəllüsü ilə gözəl poeziya nümunələri yaratmışdı. Mir Möhsün Nəvvabyazır: "Mirzə İbrahim Həsən ağa oğlu Qarabağın Şuşa əhalisinin molla və şairlərindəndir. Onun əsli Bəyazid məmləkətindəndir. Heybətli bir kişi idi. Sənəti müəllimlik idi və yaxşı xətti var idi. On beş il bundan əvvəl yetmiş yaşında rəhmətə gedib. Təxəllüsü Səba olub. Bəzən şeir də deyirdi. Divanı yoxdur və şeirləri pərakəndədir. Bir gün mərhum arvadı Aynanın üzünü kədərli görür, vəcdə gəlib dərhal bu fərd ilə ona müraciət edir:
Ayineyi-ruyində çün oldu kədər peyda,
Vəhm eyləgilən, oldu ahımda əsər peyda.
Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə Mirzə İbrahim bəy haqqında yazır: "Badi-Səba nəfəxatı-canfəzayi-nəsayim əfkarından xiclü münfəil olan zati-pəsəndidesifat mərhum Mirzə İbrahim ibn Həsən ağadır ki, hüsni-xətti isə hüsn sahiblərinin xəttinə tənə vurar imiş. Hüsni-təbi isə zeylən tərqim olunmuş mərhum Mirzə Həsən bəy Vəzirovun nəzmən kağızın cavabı ilə bir neçə sözlərdən mübin olur. Xülasət ül-kəlam, bu sahibi-ehtiram vücud əba ən cəddən Qazağ əhlindən olaraq, təvvəlüd edib Şuşa şəhərində. Təlim və tərbiyə gördükdən sonra axır ömrünədək bu vilayətdə müdərrislik ilə imrari-həyat edər imiş. Şişeyi-ömrü isə min iki yüz səksən altı hicrətdən keçmiş, Şuşa şəhərində daşa toxunmuş.[2]
Mirzə İbrahim bəyin Şuşa şəhərində böyük daş otağı vardı. İkinci Rus-İran savaşında şəhərin komendantı onun evini zəbt etmişdi. Mirzə İbrahim bəy Tiflisə yazıb evini həbsdən qurtarmışdı.
Mirzə İbrahim bəy Ayna xanımla ailə qurmuşdu. Məhəmməd bəy, Həsən bəy, Hüseyn bəy, Əli bəy, Cəfər bəy, Mehdi bəy adlı oğulları vardı. Əhməd bəy Ağayevin babası idi.