Mirzə İbrahim oğlu Hüseynov (18 mart 1939, Bakı – 21 iyun 2020, Bakı) — 1967-ci ildən 1980-ci ilə qədər Azərbaycanın ağır atletika idman növü üzrə yığma komandasının baş məşqçisi
Mirzə Hüseynov | |
---|---|
Doğum tarixi | 18 mart 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyun 2020 (81 yaşında) |
Vəfat yeri |
Hüseynov Mirzə İbrahim oğlu 18 mart 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1952-ci ildə "Dinamo" İdman Cəmiyyətində, idmanın müxtəlif növləri üzrə məşqlərə başlamışdır. Xüsusən ağırlıqqaldırma növündə fərqlənərək idman ustası səviyyəsinə qədər yüksəlmişdir. 1963-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 1967-ci ilə qədər dəfələrlə Azərbaycanın və "Dinamo" İC-nin Ümumittifaq Mərkəzi Şurasının çempionu və rekordçusu olmuşdur. Azərbaycan yığma komandasının tərkibində 3 dəfə (1956, 1959 və 1963-cü illərdə) SSRİ Xalqlarının Spartakiadalarında Respublikanın idman şərəfini qorumuşdur.
21 iyun 2020-ci ildə Bakı şəhərində vəfat edib.[1]
1984-cü ilə qədər davam edən məşqçilik dövründə o, eyni vaxtda müsabiqələrdən keçməklə, 1967-71-ci illərdə ADU-da müəllim, 1971-88-ci illərdə Az.DBTİ-də baş müəllim işləmişdir və 1988-ci ildən dünənə qədər ATU-nun bədən tərbiyəsi və idman kafedrasında dosent vəzifəsində çalışmışdır. 1967-ci ildən 1980-ci ilə qədər o, Azərbaycanın ağır atletika idman növü üzrə yığma komandasının baş məşqçisi olmuşdur.