Mirzə Həsib Qüdsi

Mirzə Həsib Qüdsi (1828, Bakı1908, Bakı) — XIX əsr Azərbaycan şairi.

Mirzə Həsib Qüdsi
Doğum tarixi 1828
Doğum yeri
Vəfat tarixi 1908
Vəfat yeri
Fəaliyyəti şair
Üzvlüyü
Vikimənbənin loqosu Mirzə Həsib Qüdsi Vikimənbədə

Mirzə Həsib Qüdsi 1828-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə aldıqdan sonra Tehran şəhərinə yollanaraq mükəmməl dini və dünyəvi təhsil almışdır. Bakıya qayıtdıqdan sonra isə mədrəsə açmış və ömrünü dini alimlərin yetişməsinə sərf etmişdir. Bu böyük alim və şair 1908-ci ildə Bakıda vəfat etmişdir. Təəssüf ki, bir çox din alimləri və Əhli-Beyt (ə) şairləri kimi Mirzə Həsib Qüdsinin də həyat və fəaliyyəti barədə məlumat yox dərəcəsindədir.

Zəngin irsə malik olan şairin şerləri mütəmadi olaraq o dövrün mətbuat orqanlarında: "Məktəb", "Şərqi Rus", "Həyat", "İrşad", "Dəbistan", "Tazə həyat", "Füyuzat" və başqalarında çap edilmiş, divanı isə 1883 və 1887-ci illərdə Təbrizdə, 1901-ci ildə isə Bakıda nəşr edilmişdir. Sovet imperiyası dövründə isə şairin divanı mərhum Əliəbbas Müznib tərəfindən tərtib edilsə də çap edilməmişdir. Bu kitab ancaq müstəqillik dönəmində Sona Xəyal və Mustafa Mailoğlu tərəfindən transfonelimerasiya edilərək nəşrə hazırlanmış və 2004-cü ildə nəşr edilmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi şair zəngin və çoxşaxəli ədəbi irsə malikdir. Mirzə Həsib Qüdsi elm və məarifi nicat yolu bilərək bir çox şerlərində bunu qeyd etmişdir.