Mirzə Hacı bəy Əli bəy oğlu Novruzov (20 iyul 1832, Qovlar – 14 fevral 1902) — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant.
Mirzə Hacı bəy Novruzov | |
---|---|
Mirzə Hacı bəy Əli bəy oğlu Novruzov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyul 1832 |
Doğum yeri | Qovlar, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | 14 fevral 1902 (69 yaşında) |
Vətəndaşlığı | |
Uşağı | |
Atası | Əli bəy Novruzov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | süvari |
Rütbəsi | general-leytenant |
Döyüşlər | |
Təltifləri |
Gürcüstan Mərkəzi Dövlət Arxivində saxlanan "Əlahiddə Qafqaz Hərbi Dairəsinin generallara və zabitlərə məxsus 1894-cü və 1899-cu illərin sənədləri"ndə general-leytenant Mirzə Hacı bəyin 1832-ci ildə anadan olduğu göstərilir. Zadəgan nəslindən olduğuna görə o, Peterburqdakı Paj hərbi korpusunda təhsil almışdır. 1849-cu il iyunun iyirmi dördündə ilk zabit rütbəsilə təltif olunub. Sənədlərdə göstərilir ki, Mirzə Hacı bəy 1862-ci il, avqustun iyirmi altısında on altıncı Nijeqorod draqun alayına divizion komandiri təyin olunub. 1875-ci il, noyabrın iyirmi beşinədək yenə də polkovnik rütbəsində 44-cü Nijeqorod draqun alayında şimal ehtiyat eskadronunun süvari komandiri vəzifəsində çalışmışdır. Həmin il xidmət yeri Əlahiddə Qafqaz Hərbi Dairəsinə dəyişdirilən polkovnik Mirzə Hacı bəy Novruzov 43-cü Tver draqun alayının komandiri təyin olunmuşdur. General Mirzə Hacı bəy Novruzov 1849-cu ildə Macarıstanda Viloqoş qalası uğrunda gedən ağır döyüşlərdə və 1877–1878-ci illərdə Rusiya-Türkiyə müharibəsində iştirak etmişdir. Sonuncu müharibədəki əla döyüş xidmətlərinə görə 1878-ci il, dekabrın on üçündə ona general-mayor rütbəsi verilmişdir. Süvari qoşunlarında nümunəvi zabit kimi xidmət edən Mirzə Hacı bəy Novruzova məxsus sənədlərdə göstərilir ki, ona imperiyanın kavaler ordenləri məhz döyüşlərdə göstərdiyi igidliyə görə verilmişdir.
O, 1856-cı ildə üçüncü dərəcəli "Müqəddəs Stanislav", 1860-cı ildə üçüncü dərəcəli "Müqəddəs Anna", 1873-cü ildə ikinci dərəcəli "Müqəddəs Anna", 1877-ci ildə dördüMükafatları "Müqəddəs Vladimir" (qılınc və bantla birgə) " İgidliyə görə" (qızıl qılıncla birgə), üçüncü dərəcəli " Müqəddəs Vladimir" (qılıncla birgə), 1878-ci ildə isə çar II Aleksandrın şəxsi təşəkkürünə layiq görülmüşdür. 1882-ci ildə birinci dərəcəli" Müqəddəs Stanislav", 1886-cı ildə birinci dərəcəli "Müqəddəs Anna", 1891-ci ildə ikinci dərəcəli "Müqəddəs Vladimir", 1893-cü ildə uzun illər ordudakı nümunəvi xidmətinə görə fərqlənmə döş nişanı ilə təltif olunmuşdur. General-leytenant Mirzə Hacı bəy Novruzova 1871-ci ildə ali komandirlərə məxsus Almaniyanın qılıncla birgə "Xaç orden" verilmişdir. 1896-cı il, mayın 14 də qüsursuz xidmətinə görə general-leytenant rütbəsi alan Mirzə Hacı bəy Novruzov həmin ilidə istefaya çıxmış və Tiflisdə yaşamışdır. Sənədlərdə göstərilir ki, generalın iki oğlu olub: Teymur bəy və Hidayət bəy. Birincisi haqqında məlumatımız var, Teymur bəy 1918–1920-ci illərdə Azərbaycan Milli Ordusunda general-mayor rütbəsinə qədər yüksəlmişdi. Hidayət bəy haqqında isə heç bir məlumatımız yoxdur.
Şəmistan Nəzirli GENERAL ƏLİAĞA ŞIXLİNSKİ ÖMRÜ Anadan olmasının 140 illiyinə Bakı — 2005