Mirzə Haqverdi Səfa

Mirzə Haqverdi Mirzə Əli oğlu Kəbirli (1805-1881) — şair, qazı.

Mirzə Haqverdi Səfa
Mirzə Haqverdi Mirzə Əli oğlu Kəbirli
Təxəllüsü Сяфа
Doğum tarixi
Doğum yeri Şuşa, Qarabağ xanlığı
Vəfat tarixi
Vəfat yeri
Vətəndaşlığı Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Atası Mirzə Əli bəy Qarabaği
Fəaliyyəti şair

Mirzə Haqverdi Səfa 1805-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mir Möhsün Nəvvab onun haqqında yazır: "Mərhum Mirzə əlinin oğludur ki, sabiqdə Şuşa qazisi idi. Mirzə Haqverdi ziyadə dəqiq və zərif bir vücud idi və əşarü kəlamından belə anlaşır ki, Şeyx əttar və Şəms Təbrizi kimi böyük və fazil ədiblərin asari-cəlilələrindən feyzü kamalat əxz edib, onların tutduğu təriqü məsləkdə müdavimət edib şer deyərmiş və əşarının çoxusu fars dilində yazılıbdır".

Mirzə Haqverdi Səfa Cəfərqulu xan NəvanınQasım bəy Zakirin həcvlərinə tuş gəlmişdi. O, şeirlərini əsasən fars, ərəb dillərində yazmışdı. Mirzə Haqverdi Səfa 1881-ci ildə vəfat edib.


  • Ənvər Çingizoğlu. Kəbirli eli. "Soy" dərgisi, 2 (7), Bakı, 2007.
  • Ənvər Çingizoğlu. Haqverdiyevlər. "Soy" dərgisi, 1 (33), Bakı, 2010.