Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mirzə Kiçik xan (gil. ميرزا کۊجي خان; fars. میرزا كوچک خان; 12 oktyabr 1880, Rəşt, Qacar dövləti – 2 dekabr 1921, Xalxal şəhristanı, Ərdəbil ostanı) — İran inqilabçısı, Gilanda (İran) antiimperialist partizan (cəngəlilər) hərəkatının təşkilatçısı və rəhbəri.
Mirzə Kiçik xan | |
---|---|
fars. میرزا کوچک خان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 oktyabr 1880 |
Doğum yeri | |
Vəfat tarixi | 2 dekabr 1921 (41 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | hipotermiya |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, hərbi lider[d] |
Dini | şiəlik |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İran inqilabının (1905–11) iştirakçısı olmuşdur. Gilanda milli azadlıq hərəkatının yüksəlişi dövründə (1920–1921) İran kommunistləri ilə vahid cəbhədə çıxış etmişdir. Gilan respublikası müvəqqəti inqilabi hökumətinin sədri (1920, 5 iyun-18 iyul), sonra isə 1921-ci il mayın 8-də yaradılmış Gilan respublikası yeni hökumətinin — İnqilab Komitəsinin sədri olmuşdur. Rusiya bolşevik hökuməti ingilis əsarətinə qarşı barışmaz mübariz olan Kiçik xanın qüvvələrindən öz maraqları yönündə istifadə etmişdir. Sovet hökuməti Kiçik xana ingilislərlə əməkdaşlıq edən L. Biçeraxovun öz silahlı qüvvələri ilə Bakıya gəlməsinə imkan verməsinə dair məktub göndərmişdi. Lakin Kiçik xan İran Kommunist Partiyası üzvlərinin və Sovet hökuməti tərəfindən İrana ezam edilən şəxslərin sosialist məzmunlu inqilabi hərəkatı genişləndirmək, xüsusi mülkiyyətə qarşı çıxmaq, aqrar dəyişikliklər etmək, kommunist rejimi yaratmaq cəhdləri ilə barışmamışdır. Nəriman Nərimanov Sovet hökumətinin İranda həyata keçirdiyi radikal tədbirləri kəskin surətdə pisləyir, İranın xarici əsarətdən azadlıq mübarizəsini mümkün reallıq kimi qiymətləndirərək, bu baxımdan Kiçik xanı dəstəkləməyi, onunla əlaqədə bütün İranı ingilis əsarətinə qarşı qaldırmağı tövsiyə edirdi. İranın müstəqilliyi uğrunda vuruşan Kiçik xan bolşevik hökumətinin müdaxiləsinin mahiyyətini anlayanda əks mövqe tutmuş, 1921-ci il sentyabrın 29-da İran kommunist Partiyasına qarşı çıxmışdır. Yaranmış vəziyyət İran hökumətinin Gilanda milli azadlıq hərəkatını yatırmasını asanlaşdırmışdı. Kiçik xan Gilan meşələrinə çəkilmiş, Talış dağlarında həlak olmuşdur. Onun azadlıq savaşı ingilis tarixşünaslığında ekstremist, terrorçu hərəkat, sovet tarixşünaslığında isə inqilabi mübarizəyə xəyanət kimi qiymətləndirilmişdir.