Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
Mirzə Məhəmməd (Molla) Şükür oğlu Axundov və ya Məhərrəmov (1876, Şuşa – 21 mart 1938) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi.
Mirzə Məhəmməd Axundov | |
---|---|
Məhəmməd Hacı Molla Şükür oğlu Axundov (Məhərrəmov) | |
yanvar 1919 – ? | |
Əvvəlki | Həsənqulu bəy Sərməstbəyov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1876 |
Doğum yeri | |
Vəfat tarixi | 21 mart 1938 |
Vəfat səbəbi | Böyük Təmizlik |
1876-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Əsl soyadı Məhərrəmov olmuşdur. İbtidai təhsilini atasından almışdı. Atası Qarabağın baş axundu Hacı Molla Şükür Məhərrəmzadə şərqdə İslam dinini yaxşı bilən adamlardan biriydi. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan hələ gəncliyindən Məhəmməd "Mirzə" ünvanı da daşıyırdı. Müəllimlik fəaliyyəti ilə məşğul olmuşdu.[1]