Mirzə Məhəmməd Müsəvvir

Mirzə Məhəmməd Müsəvvir (Qəzvin1901, Bakı) — XIX əsr Azərbaycan şairi, rəssamı və xəttatı. O, "Məcməüş-şüəra" ədəbi cəmiyyətinin üzvü olmuşdur.[1][2][3]

Mirzə Məhəmməd Müsəvvir
Doğum yeri
Vəfat tarixi 1901
Vəfat yeri
Fəaliyyəti şair
Üzvlüyü

Mirzə Məhəmməd Qəzvin şəhərində anadan olmuş, 1876-cı ildə Bakıya köçmüş və ömrünün sonuna kimi burada yaşamışdır. O, rəssamlıq və xəttatlıqla məşğul olmuş, eyni zamanda "Müsəvvir" təxəllüsü ilə şeirlər yazmışdır.[4][1] Müsəvvir ali savadının olmamasına baxmayaraq elmdən uzaq qalmamış, mahir şahmatçı olmuşdur. Seyid Əzim Şirvani ilə dost olan Mirzə Məhəmməd onun yaradıcılığını Maninin yaradıcılığına bənzətmiş, Çin incəsənəti ilə müqayisə etmişdir.[5]

O,1901-ci ildə Bakıda vəfat etmişdir.

  1. 1 2 Müniri, 2018. səh. 3
  2. Əhmədova, 2022. səh. 160
  3. Rüstəmxanlı, 2019. səh. 351
  4. Qarayev, 2012. səh. 283
  5. Şirvani, 2005. səh. 70
  • Müniri, Mirzə Ağadadaş, redaktorBahar ağlayışı. Baku: Ecoprint. 2018.
  • Rüstəmxanlı, Tənzilə, redaktorAzərbaycan Ədəbiyyatında İstiqlal İdeyasının Formalaşmasında Ədəbi Məclislərin Rolu. INTERNATIONAL JOURNAL OF HUMANITIES AND EDUCATION (IJHE). 2019.
  • Əhmədova, Səbinə, redaktorXIX əsrin ikinci, XX əsrin əvvəllərində Bakı ədəbi mühiti Azərbaycanda ədəbi prosesin özünəməxsus mərhələlərindən biri kimi (PDF). Baku: ANAS. 2022.
  • Şirvani, Seyid Əzim, redaktorSeçilmiş Əsərləri, II cild (PDF). Baku: Avrasiya Press. 2005.
  • Qarayev, Nəsrəddin, redaktorXIX əsr Azərbaycan ədəbi məclisləri. Baku. 2012.