Mirzə Mehdi Şükuhi (1829, Təbriz – 1896[1], Marağa, Şərqi Azərbaycan ostanı)—XIX əsr Azərbaycan şairi.
Mirzə Mehdi Şükuhi | |
---|---|
Təxəllüsü | Naşi, Şükuhi |
Doğum tarixi | 1829 |
Doğum yeri | |
Vəfat tarixi | 1896[1] |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Janrlar | qəzəl, qəsidə, müxəmməs, məsnəvi, gəraylı |
Mirzə Mehdi Şükuhi Vikimənbədə |
Mirzə Mehdi Şükuhi 1829-cu ildə Təbrizdə sənətkar (aynasaz) ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almışdır. Gənc yaşlarında Marağaya köçmüş, ticarətlə məşğul olmuşdur. İşi ilə əlaqədar Türkiyə, Orta Asiya, Ərəbistan və İranın bəzi yerlərini gəzmiş, bir müddət Tehranda qaldıqdan sonra yenidən Marağaya qayıtmış yə ömrünün axırına qədər orada yaşamışdır. 1896-cı ildə Marağada vəfat etmiş və orada dəfn olunmuşdur.
Bədii yaradıcılığa gənclik illərində başlayan Şükuhi həm klassik, həm də xalq ədəbiyyatı üslubunda əsərlər yazmışdır. Qəzəl, qəşidə, müxəmməs, qitə, qoşma, gəraylı janrlarında olan lirik şeirləri, "Münazireyi-Əqlü Eşq", "Cəlala öyüd" adlı epik məsnəviləri ona şöhrət qazandırmışdır.