Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 6 gün əvvəl Eminn (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Mirzə Mehdi bəy Vəzirov (1833, Şuşa – Şuşa) — çarın xüsusi qvardiyasının zabiti
Mirzə Mehdi bəy Vəzirov | |
---|---|
Mirzə Mehdi Mirzə Camal oğlu Vəzirov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa şəhəri |
Vəfat yeri | Şuşa şəhəri |
Mirzə Mehdi bəy Mirzə Camal bəy oğlu 1833-cü ildə Şuşa şəhərində doğulmuşdu. Əslən Hacılı camaatının Şərifbəyli obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Bir neçə şərq və rus dilini bilirdi. Rusiya imperatorunun xüsusi qvardiyasında xidmət etmişdi. Poruçik rütbəsi almışdı. Bu qvardiyada Azərbaycanlılardan Hacı Səfərəli bəy Səfərbəyov, Cavad bəy Şirvanski, Ələsgər bəy Naxçıvanski, Fətəli mirzə Qovanlı-Qacar, Cəfər bəy Ağalar bəy oğlu və başqaları qulluq etmişdilər. Mirzə Mehdi bəy ordudan tərxis olunduqdan sonra dövlət idarələrində məmur işləmişdi. Quberniya katibi mülkü ünvanı vardı. Mehdi bəyin əski Dizaq mahalının ərazisində torpaqları vardı. Mülklərini gəzərkən şair Mir Mehdi Xəzani ilə oturub-durardı. Xəzani şerlərinin birində onun adını hallandırır:
Mehdi bəyə ərz elədim bir çuxa, Köhnəsin də verməz o bağrı yoxa.
Müzayiqə etməz yüz xərci çıxa, Gər olsa silisti, ya inki qumar…
…Budur bizə hasil olan mədaxil, Buna da olursuz hamınız paxıl.
O ki, səngəkinə əkilir taxıl Mehdi bəy, Məmiş bəy edər pərekar…
Mehdi bəy Qönçə xanımla həyat qurmuşdu. Balış xanım və Balaxanım xanım adlı qızları vardı.
Qızı Balış xanım şair Məşədi Əyyub Baki ilə ailə qurmuşdu.