Mirməhsəti Haşımzadə (1819, Məmər, Qarabağ xanlığı – 1894, Tuğ, Şuşa qəzası) — tarixçi, şair.
Mir Mehdi Xəzani | |
---|---|
Mir Mehdi Mir Həşim bəy oğlu Musəvı | |
Doğum tarixi | |
Doğum yeri | Məmər, Qarabağ xanlığı, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Tuğ, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Fəaliyyəti | alim |
Mir Mehdi Xəzani Vikimənbədə |
Mir Mehdi Mir Həşim bəy oğlu 1819-cu ildə Qarabağın Bərgüşad mahalının Məmər kəndində anadan olmuşdu. Ibtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Öz kəndlərini İbrahimxəlil xan Cavanşir nəsilbənəsil onların uruğuna bağışlamışdı. Molla Rəfi bəy Mirzə Məhəmməd bəy oğlu Şıxımlının (1809-?) dəvəti ilə Dizaq mahalına köçmüşdü. Bir müddət bu kənddə məktəbdarlıq edəndən sonra kürəkəni Aslan bəy Məlik-Aslanovun dəvəti ilə, 1859-cu ildə Tuğ kəndində yerləşmişdi. O, burda da məktəbdarlıqla məşğul olmuşdu.Öz ana dilini dərindən sevən Mir Mehdi Xəzani müsəlman dini ehkamına dair uşaqlar üçün Azərbaycan dilində mənzum bir əsər yazıb 1884-cü ildə çap etdirmişdi.
Mir Mehdi kənddə yaşasa da, Qarabağın ədəbi-mədəni mərkəzi Şuşa ilə daim əlaqə saxlayırdı. Mir Mehdi tarixçi idi. Onun yaradıcılığında ən əsas yeri onun "Kitabi-tarixi-Qarabağ" tutur. Müəllif özünün müqəddimədə qeyd etdiyinə görə əsəri Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarix"lərindən əlavə "təvarixi-qədimlər"dən geniş istifadə edərək Mirzə Camalın nəvəsi Məhəmməd bəy Cavanşirin xahişi ilə "xalis türki" (Azərbaycan) dilində yazmışdır. əsər müqəddimə, 24 fəsil və xatimədən (nəticə) ibarətdir.
Mir Mehdi şair idi. Xəzani təxəllüsü ilə xoştəb şeirlər yazırdı.
Mir Mehdi Xəzani 1894-cü ildə vəfat edib.
Mir Mehdinin Mir Həmzə adlı oğlu, Asya xanım və Ziba xanım adlı qızları vardı.