Mirzə Mirzəyev

Mirzə Mirzəyev və ya Şürbi (Mirzə Cəlil oğlu Mirzəyev; 1874, Naxçıvan1915, Rəşt) — ziyalı, maarifteatr xadimi, şair

Mirzə Mirzəyev
Mirzə Cəlil oğlu Mirzəyev
Doğum adı Şübri
Doğum tarixi
Doğum yeri Naxçıvan
Vəfat tarixi
Vəfat yeri İran,Rəşt şəhəri
Dəfn yeri Rəşt
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Rusiya İmperiyası
Təhsili
Teatr Naxçıvan teatrı
Rolları İskəndər

Mirzə Cəlil oğlu Mirzəyev 12 fevral 1874-cü ildə Naxçıvan şəhərində anadan olub.[1]

1888–92-ci illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil alıb.[2] Şərur-Dərələyəz qəzasındakı Aralıq ibtidai məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1894-cü ildə Cəlil Məmmədquluzadənin müdiri olduğu Nehrəm məktəbində işləyib. Daha sonra isə Naxçıvan şəhər ibtidai məktəbində davam etdirmişdir. Ordubad qəzasının Vənənd kənd ibtidai məktəbinin 1903–1908 və Naxçıvan şəhər rus-tatar məktəbinin 1909–1913-cü illərdə müdirləri olmuşdur. "Kollec registratoru" rütbəsi almışdır.

Teatr fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Cəlil Məmmədquluzadənin təşviqi ilə teatr hərəkatına qoşulmuş, Naxçıvan teatrında qadın rollarını oynamış, ədəbi-maarif tədbirlərinin təşkilində fəal iştirak etmişdir.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Açıqfikirliliyinə, milli mənafeyi və maarifçiliyi üstün tutmasına, xurafata və fanatizmə qarşı çıxdığı üçün, "siyasi bədgümanlıq" doğurmasına görə Naxçıvan mühitindən uzaqlaşdırmaq məqsədilə Şahbuz ibtidai məktəbinə gəndərilmiş, lakin şərab içməsi bəhanə gətirilərək, şübhəli şəxs kimi 3 aydan sonras vəzifəsindən geri çağırılmışdır. Aşqabad, yaxud Bakı məktəblərində münasib iş tapmaq təşəbbüslərinə də maneəçilik törədilmişdir.

Bədii yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

"Şürbi" təxəllüsü ilə şeir yazmışdır. Klassik üslubda qələmə aldığı qəzəllərində həyat eşqi qabarıq şəkildə ifadə olunmuşdur. Maarifçi şeirlərində "Elm və cəhalət", "Səhranişin və ayı" və s.) fanatizmi, gerilik və cəhaləti tənqid etmiş, yeniliyə, elmə və maarifə çağırmışdır. "Molla Nəsrəddin"in Naxçıvan üzrə təmsilçisi kimi jurnalın abunə və satış məsələləri ilə məşğul olmuş, jurnala xəbər və məqalələr göndərmişdir. Yazıları "Şərqi-rus" qəzetində də dərc olunmuşdur. Cəlil Məmmədquluzadə "Ölülər" komediyasında Şübridən İskəndər obrazının prototiplərindən biri kimi faydalanmışdır.

  • Nəsirli M., Mirzə Cəlil Şübri, "Cəlil Məmmədquluzadənin naxçıvanlı müasirləri" kitabında,Bakı.,1967
  • İsa Həbibbəyli., Cəlil Məmmədquluzadə:Mühiti və müasirləri., Bakı.,1997
  1. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 551. ISBN 5-8066-1468-9.
  2. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 153. ISBN 978-9952-5455-010.