Mirzə Vəliyev

Vəliyev Mirzə Dövlət oğlu (31 avqust 1923, Yuxarı Ləgər, Quba qəzası6 noyabr 1944, Vaşad[d], Macarıstan krallığı[d]) — Sovet İttifaqı Qəhrəmanı.

Mirzə Vəliyev
Mirzə Dövlət oğlu Vəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 31 avqust 1923(1923-08-31)
Doğum yeri
Vəfat tarixi 6 noyabr 1944(1944-11-06) (21 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Atası Dövlət Vəliyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü piyada
Rütbəsi çavuş
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Mirzə Vəliyev 1923-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur. Cəbhəyə könüllü getmişdir. Mirzə Vəliyevin döyüş yolu Şimali Qafqazdan başlamış və Ukrayna, Belarusiya, Rumıniya, Bolqarıstan və Macarıstandan keçmişdir. Topçular bölməsi komandiri baş serjant Mirzə Vəliyevin son döyüşü Macarıstan torpağında oldu. Faşist tanklarının və zirehli maşınlarının fasiləsiz hücumlarının qarşısını alan topçular döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstərdilər. Döyüş meydanına tüstü bürümüşdü. Mirzə Vəliyevin topçu bölməsi heyətinin hamısı həlak olmuşdu. Mirzə özü isə ağır yaralanmışdı. Mirzə bütün qüvvəsini toplayaraq sonuncu mərmini topa qoyaraq atəşi ilə düşmənin zirehli avtomobilini məhv etdisə də, özü də həlak oldu.

Sovet İttifaqı Qəhrəmanı adı ona ölümündən sonra 1945-ci ilin 24 martında verilmişdir.

Qusar rayonu N.Nərimanov parkında və Yuxarı Ləgər kənd məktəbinin qarşısında büstü qoyulub. Qusar rayonunda adına küçə vardır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]