Mirzəcan Xəlilov

Mirzəcan Xəlilov (1954, Sabirabad rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış[1] deputatı. "Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi"nin və "İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi"nin üzvüdür.[2]

Mirzəcan Xəlilov
Şəxsi məlumatlar
Doğum tarixi 1954
Doğum yeri
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Mirzəcan Mirzəmməd oğlu Xəlilov 1954-cü il, aprel ayının 19-da Sabirabad rayonunun Kovlar kəndində kolxozçu ailəsində anadan olub. Mirzəcan Xəlilov ailədə 6 övladdan biri olub. İlk təhsilini 1960-cı ildə Kovlar kənd 8 illik natamam məktəbdə alan Mirzəcan Xəlilov 1968-ci ildə oranı əla qiymətlərlə bitirib. Həmin ili Sabirabad şəhər Səməd Vurğun adına 3 saylı şəhər orta məktəbində təhsilini davam etdirib. 1970-ci ildə şəhər məktəbinin 10-cu sinfini bitirib. Həmin ili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Çay Qurğuları və su-elektrik stansiyasının Hidrotexniki Tikintiləri ixtisasına qəbul olub. Qiyabi təhsil alan Mirzəcan Xəlilov 8 oktyabr 1978-ci ildə paytaxtda fəaliyyət göstərən Bakı Şin zavodunda iş fəaliyyətinə Başlayıb. 1974–76-cı illərdə hərbi xidmətlə bağlı təhsilinə ara verməli olub. 1978-ci ildə ali təhsilini başa vuran Mirzəcan Xəlilov Hidrotexniki qurğular üzrə mühəndis kimi təyinatla Sabirabad rayonuna göndərilib və iş fəaliyyətini orda davam etdirməli olub. 1978-ci ildən Sabirabad rayonunda Sabirabad-Saatlı su kəmərinin inşaasını həyata keçirən "Azərkənd Su Təchizat Tikinti İstehsalat Birliyi"nin 20 saylı SMD-sində briqadir kimi işə başlayıb, qısa müddətdə usta, iş icraçısı və sahə rəisi vəzifələrinə qədər yüksəlib. 1980-ci ildə Avropada anoloqu olmayan və sutkada 50 min kub. saat su təmizləyən qurğunun tikintisi yekunlaşdırılıb.

O, 1984-cü ildə 20 saylı Səyyar Mexanikləşdirilımiş Dəstədə (SMD) də baş mühəndis, 1989-cu ildə isə həmin quruma rəhbər vəzifəsinə təyin edilib. Təşkilat Respublikanın əksər rayonlarında içməli su təchizatı ilə bağlı "Mil Qarabağ, Gəncə- Qazax- Şirvan" Qroup Su kəmərlərinin tikintisində bilavastə yaxından iştirak edib. 1997-ci ildə Tikintinin inhisarlaşması ilə əlaqədar olaraq, Mirzəcan Xəlilovun rəhbərlik etdiyi təşkilat Sabirabad Su Təchizat Tikinti ASC-nə çevrilib. Yeni yaranan ASC, Avropa Birliyinin TACİS proqramı çərçivəsində Füzuli rayonunun azad edilmiş 22 yaşayış məntəqəsində Avropa Birliyinin vəsaiti hesabına tikinti-bərpa işləri həyata keçirib. 2003-cü ildə isə Mirzəcan Xəlilovun rəhbərlik etdiyi qurum daha da genişlənən Azərsutəchizattikinti ASC-yə çevrilib.

Hal-hazırda Mirzəcan Xəlilov Azərsutəchizattikinti ASC təşkilatının müşahidə şurasının sədridir. 6 övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2007-ci ildən YAP-ın üzvü olan Mirzəcan Xəlilov Azərbaycan Respublikası Milli Məclisinin V çağırış Deputatı, "Təbii Ehtiyatlar, energetika və Ekiologiya Komitəsi"nin və "iqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olmuşdur.

  • "Əməkdar Mühəndis" fəxri adı — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 aprel 2014-cü il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə "Əməkdar Mühəndis" fəxri adı verilmişdir.[3]
  • "Şöhrət" ordeni ilə — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2019-cu il tarixli Sərəncamı ilə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirzəcan Mirzəmməd oğlu Xəlilov "Şöhrət" ordeni ilə təltif edilmişdir.Sitat səhvi: <ref> açılış teqi səhv formalaşdırılıb və ya adı etibarsızdır