Mis (I) bromid — formulu CuBr olan qeyri-üzvi maddədir. İkili birləşmələr sinfinə aiddir və monovalent mis və bromid turşusunun duzu hesab edilə bilər.
Təmiz formada rəngsiz tetraedral mikrokristallardır. Kristal qəfəsi sfalerit tiplidir (kubik sinqoniya). İşıqda nəmli havada yavaş-yavaş oksidləşərək yaşılımtıl rəng alır. Suda, etanolda, efirdə həll olunmur. Kristalhidratlar əmələ gətirmir.
Mis(I) bromidi aşağıdakı üsullardan biri ilə almaq olar.
1. Mis (II) bromidin termiki parçalanması:
2. Mis (I) oksidin durulaşdırılmış bromid turşusu ilə reaksiyası:
3. Mis (I) oksidin durulaşdırılmış bromid turşusu ilə reaksiyası:
4. :
Həll olunan birləşmələrin əmələ gəlməsi.
1. Mis (I) bromid isti qatı sulfat turşusunda həll olunur:
2. Kompleks birləşmə əmələ gətirdiyi üçün bromid turşusunun, kalium bromidin, kalium siyanidin, ammonyakın qatı məhlullarında həll olunur:
3. Mis (I) bromid nəmli havada işıqda yavaş-yavaş oksidləşir:
4. Lyuis əsasları ilə molekulyar adduktlar əmələ gətirir, məsələn, dimetil sulfidlə:
Mis (I) bromid kimya sənayesində üzvi sintez proseslərində istifadə olunur.
- Реми Г. "Курс неорганической химии" М, 1963
- M. K. Bağıyeva. Ümumi və qeyri-üzvi kimya praktikumu. Bakı-2012
- Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
- ↑ Copper(I) bromide (ing.).