Misir–Özbəkistan münasibətləri

Misir–Özbəkistan münasibətləriMisir Respublikası ilə Özbəkistan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Hər iki dövlət BMT-yə üzvdür. Hər iki ölkə bir-birlərini müstəqil dövlətlər və dünya birliyinin tam hüquqlu üzvləri kimi tanıyır. Misir Özbəkistanın müstəqilliyini tanıyan və 23 yanvar 1992-ci ildə ilk diplomatik əlaqə quran dördüncü dövlət olur[1].

Misir–Özbəkistan münasibətləri
Misir və Özbəkistan
 Misir  Özbəkistan

İki ölkə arasındakı münasibətlər isti və mehribanlıq prinsipləri əsasında inkişaf edir. Misir Özbəkistanın Afrikadakı ən böyük siyasi və iqtisadi tərəfdaşıdır. Misir üçün Özbəkistan da öz növbəsində Orta Asiyada ən böyük tərəfdaşdır. Misir Ərəb Respublikasının səfirliyi Özbəkistanın paytaxtı Daşkənddə, Özbəkistan Respublikasının səfirliyi isə Misirin paytaxtı Qahirədə yerləşir. Özbəkistanın Qahirədəki səfirliyi ölkənin Afrika qitəsindəki ən böyük diplomatik nümayəndəliyidir. Misirin özündən başqa, Qahirədəki Özbəkistan səfirliyi, bütün Afrika ölkələrində (Cənubi Afrika Respublikası xaricində) və Livan, Suriyaİordaniyada konsulluq bölgələrinə xidmət göstərir[2][3].

Ölkələr Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq TəşkilatıBeynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatların üzvüdür.

1992-ci ilin yanvarında Misirin rəsmi bir nümayəndə heyəti Özbəkistana gəlir və 23 yanvarda iki dövlət arasında diplomatik əlaqələr qurulur. 1992-ci ilin dekabrında, o vaxtkı Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Misirə rəsmi səfər edir. Qahirədə Misirin o zamankı prezidenti Hüsnü Mübarəklə görüş baş tutur. Bu səfərdən sonra ölkələr arasında münasibətlər inkişaf edir. 1993-cü ilin mayında Misir Ərəb Respublikasının Daşkənddə, 1994-cü ilin dekabrında Qahirədə Özbəkistan Respublikasının səfirliyi açılır[4].

2007-ci ilin aprelində Özbəkistan Respublikası Prezidentinin Misirə ikinci rəsmi səfəri baş tutur. 2018-ci ilin sentyabr ayında Misir Ərəb Respublikasının Prezidenti Əbdül Fəttah əs-Sisinin Daşkəndə iki günlük rəsmi səfəri baş tutur. Bu Misir liderinin SSRİ-nin dağılmasından sonra 60 illik fasilədən sonra Özbəkistana ilk səfəri idi. Bu səfər zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələrində əməkdaşlığa dair 12 sənəd imzalanmışdır. Bundan sonra misirli iş adamları Özbəkistana investisiya yatırmağa başlayır. 2018-ci ilin sonuna qədər ölkələr arasında dövlətlərarası, hökumətlərarası və idarələrarası xarakterli 62 sənəd imzalanmışdır. Ticarət-iqtisadi əməkdaşlıq üzrə Özbəkistan-Misir hökumətlərarası komissiyasının altı iclası keçirilmişdir. 1997-ci ildə Özbəkistanda Özbəkistan-Misir dostluq cəmiyyəti qurulur və 2000-ci ilin may ayında Misirdə Özbəkistan-Misir dostluq cəmiyyəti fəaliyyətə başlayır. Özbəkistan Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyi yanında Əməkdaşlıq İnkişaf Agentliyi ilə də kifayət qədər uğurla əməkdaşlıq edir. 1993-cü ildən bəri Özbəkistanın 1100-dən çox nümayəndəsi bu agentliyin diplomatları, turizm işçiləri, ərəb dili müəllimləri və digər sahələr üçün təlim keçmişdir.

Özbəkistanın bir çox vətəndaşı Misir universitetlərində təhsil alıb və almaqdadır. Bu universitetlər arasında Qahirədəki Əl-Əzhər Universiteti özbəklər arasında ən populyardır. Misir özbəkləri turizm və istirahət mərkəzlərindən biri kimi də cəlb edir və misirlilər üçün Özbəkistan həm bu ölkənin müqəddəs şəhərlərinə ziyarət turizminin mərkəzi, həm də tibbi və ekoturizm mərkəzi olaraq cəlbedicidir.

2019-cu ilin iyun ayına olan məlumata görə ölkələr arasında viza rejimi mövcuddur. Misir vətəndaşlarının Özbəkistan ərazisinə girməsi üçün bu ölkənin elektron vizası, Özbəkistan vətəndaşlarının isə mövcud olduqları dünya ölkələrindəki Misir nümayəndəliklərindən birində müvafiq viza almaları lazımdır.

  1. "Страны, с которыми Узбекистан установил дипломатические отношения". Министерство иностранных дел Республики Узбекистан. 2019-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-27.
  2. "Официальный сайт посольства Республики Узбекистан в Арабской Республике Египет". www.uzembegypt.com. 2019-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-27.
  3. "О консульских округах дипломатических представительств и консульских учреждений Республики Узбекистан за рубежом". Министерство иностранных дел Республики Узбекистан. İstifadə tarixi: 2019-06-27.[ölü keçid]
  4. "Сотрудничество Республики Узбекистан со странами Среднего, Ближнего Востока и Африки". Министерство иностранных дел Республики Узбекистан. 2019-11-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-27.