Misir–Yaponiya münasibətləri (ərəb. العلاقات المصرية اليابانية; yap. 日本とエジプトの関係) — Misir ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Misir səfiri Yaponiya ilə olan münasibətləri "çox güclü dostluq" kimi təsvir etmişdir.[1] Hər iki ölkədə qarşılıqlı səfirliklər fəaliyyət göstərir.[2] Hər iki ölkə arasında güclü ticarət əlaqələri var.[3]
Misir–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasındakı münasibətlərin tarixi XIX əsrə qədər gedib çıxır. Lakin müasir münasibətlərin əsası 1922-ci ildə qoyulmuşdur. Həmin il Yaponiya Misirin müstəqilliyini tanımışdır.[4] Bundan sonra ölkələr arasında səmimi münasibətlər davam etmişdir. Diplomatların qarşılıqlı səfərləri baş tutmuşdur. 1995-ci ildə Yaponiya baş naziri Tomiiçi Murayama Misiri, 1983, 1995 və 1999-cu illərdə isə Misir prezidenti Hüsnü Mübarək Yaponiyanı ziyarət etmişdir.[5][6][7]
1998-2002-ci illərdə Yaponiya Misirə 3,5 milyard ABŞ dolları pul vermişdir.[8] 2002-ci ildə Misir ilə Yaponiya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard ABŞ dollarına çatmışdır. Yaponiya Krallar vadisinə ambulanslar, bir körpü və ziyarətçi mərkəzi vermişdir.[9]
2009-cu ilin oktyabrına olan məlumata görə 1051 Yaponiya vətəndaşı Misirdə yaşayır. 2009-cu ildə 90.000 yapon Misiri, 2007-ci ildə 35.000 misirli Yaponiyanı ziyarət etmişdir.[5]
Yaponiya Misiri Orta Şərqdəki əsas dövlət kimi, eləcə də, regiondakı diplomatiyanın əsas açarı kimi görür.[5] Hər iki dövlətin dövlət başçıları Orta Şərqdə sülhün əldə olunması üçün bir-birilərini dəstəkləmişdirlər.[10]
Hər iki dövlət qarşılıqlı maraqları qorumaq üçün "Birgə komitə" təşkil etmişdirlər.[11]