Misir Kommunist Partiyası (ərəb. الحزب الشيوعي المصري; MKP) — Misirdə kommunist partiya.
Misir Kommunist Partiyası الحزب الشيوعي المصري | |
---|---|
Lideri | Saleh Ədli[1] |
Quruluş tarixi | 1975[2] |
Baş qərargah | Qahirə, Misir |
İdeologiya |
Kommunizm Marksizm-Leninizm |
Aşağı palatada |
0 / 567 |
Saytı | cp-egypt.com |
Vikianbarda əlaqəli mediafayllar |
Misir Kommunist Partiyası Misirin müstəqillik əldə etməsi uğrunda, Yaxın Şərq məsələlərinin həllində separat siyasət əleyhinə fəal çıxış etmişdir. Partiya rəhbərliyi Ənvər Sadat hakimiyyətinin antisovet xəttini qətiyyətlə pisləmişdir. MKP gizli şəraitdə fəaliyyət göstərmişdir. 1980-ci ilin sentyabrında keçirilmiş I qurultayında partiyanın Proqramı və Nizamnaməsi təsdiq olunmuşdur. MKP 1980-ci ilin əvvəlində Misirin hakim dairələrinin xalqa zidd siyasətinə qarşı mübarizə aparmaq üçün nasirçilər, dini və müstəqil müxalifət nümayəndələri ilə birlikdə Misir Vətənpərvər Cəbhəsini (MVC) yaratmışdır. MKP qeyri-leqal "Əl-İntisar" qəzetini nəşr etmişdir.[3]