Camal Əbdül Nasir

Camal Əbdül Nasir (ərəb. جمال عبد الناصر‎; 15 yanvar 1918[2][3][…], İsgəndəriyyə, Misir sultanlığı[d]28 sentyabr 1970[2][3][…], Qahirə, Birləşmiş Ərəb Respublikası[2]) — Misir hərbi və dövlət xadimi, Misirin baş naziri (1954; 1954–1962; 1967–1970), Misirin 2-ci prezidenti (1956–1970), polkovnik, Sovet İttifaqı qəhrəmanı (1964).

Camal Əbdül Nasir
ərəb. جمال عبد الناصر حسين
bayraq
Misirin 2-ci prezidenti
bayraq2
23 iyun 1956 – 28 sentyabr 1970
ƏvvəlkiMəhəmməd Nəcib
SonrakıƏnvər Sadat
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İsgəndəriyyə, Misir
Vəfat tarixi (52 yaşında)
Vəfat yeri Qahirə, Misir
Vəfat səbəbi ürək tutması[1]
Dəfn yeri
  • Cəmal Əbdünnasir məscidi[d]
Təhsili
  • Qahirə Universiteti[d],
  • Misir Hərbi Akademiyası[d]
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, inqilabçı
Həyat yoldaşı
  • Təhiyyə Kazım[d] (19441970)
Uşağı Xalid Əbdül Nasir
Dini islam
Hərbi xidmət
Döyüşlər
Rütbəsi polkovnik-leytenant, polkovnik
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, ordu

Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni Grand Cross with Collar of the Order of the White Rose of Finland Grand Cross of the Order of Polonia Restituta Order of the Nile Respublika ordeni (Misir) Order of Merit Order of the Virtues Order of the Yugoslav Star Order of the Companions of O. R. Tambo Order of the Crown of the Realm Order of the Republic
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdül Nasir 1918-ci il 15 yanvarda Misirin İsgəndəriyyə şəhərində kiçik poçt məmurunun ailəsində dünyaya göz açmışdı. Onun uşaqlığı İskəndəriyyədə keçmiş, orta məktəbi isə Qahirədə bitirmişdir. Ağlına, bacarığına görə yaşıdlarından seçilən Camal çox erkən yaşlarından ətrafında baş verənlərin, həmin dövrdə hökm sürən ingilis ağalığının, xalqının aşağılandığının fərqində idi. Və bütün bunlarla barışa bilmirdi. Məhz bunların nəticəsi idi ki, yeniyetməlik vaxtlarından heç nədən qorxmadan siyasi aksiyalara qoşulmağa başladı. İlk dəfə antibritaniya nümayişində iştirak edəndə onun cəmi 12 yaşı var idi. Amma illər irəlilədikcə anladı ki, ürəyindəki amalları həyata keçirmək üçün daha optimal yollardan istifadə etməlidir.

İstəkləri onu 1936-cı ildə Qahirə hərbi məktəbinə gətirdi. Amma o, imtahanlardan keçmədi. Sonra Qahirə Universitetinin hüquq fakültəsinə də verdiyi imtahanlar qənaətbəxş olmadı. Görünür həyat onun üçün başqa bir yol seçmişdi. Hərbçi olmaq ideyası bir anlıq da olsa onu tərk etməmişdi. Bu ideya onu növbəti il də — 1937-ci ildə yenidən hərbi kollecə gətirdi. Bu dəfə daha hazırlıqlı və inadkar olan Əbdül Nasir qəbul olunaraq istəyinə çatdı. 1938-ci ilin sonlarında kurs yoldaşları ilə birgə Sudanla sərhəddə yerləşən Məkkəbad polkunda qulluq etməyə başladı. Amma o yalnız hərbi biliklərə yiyələnməklə işini bitmiş hesab etmirdi. Belə ki, o siyasətlə də yaxından maraqlanırdı. Və Misirin müstəqil olmaması, Avropa ölkələrindən asılı vəziyyətdə yaşaması gənc Əbdül Nasiri çox incidirdi. O özünü, xalqını təhqir olunmuş hesab edirdi. Məhz bu cür ideyalar idi ki, gənc zabitlər, onun kurs yoldaşları günlərin birində Cəbəl-Şərif dağına gedərək biri-birlərinə söz verib and içdilər ki, həyatlarının ilk məqsədi Böyük Britaniyanın hərbi hissələrini ölkədən çıxarmaq, orduda islahatlar keçirərək ərəblərin müdafiəsini təşkil edə biləcək ordu yaratmaq olacaq. Və bu gələcək hərəkat üçün ilk rüşeyim oldu.

Lakin bütün bu ideyaların özündə müəyyən tələskənlik, təzadlar mövcud idi. Onun hərəkat dostlarından bəzilərinin britaniyalılara olan qəzəbi müəyyən yanlışlığa qədər gətirib çıxardı. Belə ki, həmin hərəkatçılar bir Qərb dövlətinin hegemonluğundan qurtulmaq üçün digəri ilə ittifaq halına gəlməyə cəhd etdi. Onun yaxın silahdaşlarından biri olan Ənvər Sadat alman hərbi kəşfiyyatı ilə əlaqəyə girdi və çox çəkmədi ki, onu həbs etdilər. Bu İkinci Dünya Müharibəsi ərəfəsində idi. Amma Əbdül Nasir başqa cür düşünür, fərqli hərəkət etməyi bacarırdı. O, ordudakı orta rütbəli zabitləri, həm də ortabab kəndli ailəsindən çıxmış şəxsləri ətrafına toplayaraq onlar arasında ortaq bir bağ yaratmağa nail oldu, təşkilatı gücləndirdi.

Əbdül Nasir artıq 1942-ci ildə baş qərargahın hərbi kollecində təlimatçı vəzifəsinə gətirilmişdi. Bir neçə ildən sonra onun ölkəsinin yenidən İsrail ilə münasibətləri kəskinləşmişdi. Nəhayət, 1947–49-cu illər müharibəsi başladı. Və Misirin müharibədən çox itgilərlə çıxması bu gənc hərbçilərin daha da səfərbər olması üçün bir təkana çevrildi. Nasir və onun hərəkat dostları belə hesab edirdilər ki, kral I Faruq Qərbin təsiri altında olduğu üçün ölkəni idarə edə bilmir. Və bu ideya ilə Azad zabitlər təşkilatı yaradaraq vətənin, ərəblərin xilası üçün hərəkətə keçdilər. Və beləliklə 1952-ci ildə "İyul inqilabı" ilə monarxiyanı devirdilər və ölkədə İnqilabi Komandanlıq Şurası yaratdılar, Əbdül Nasir bu şuranın sədr müavini vəzifəsinə seçildi. (Sədri isə Məhəmməd Nəcib idi). Respublika elan edildi. Amma Əbdül Nasirin ideyaları tamam başqa idi. O yalnız bunlarla kifayətlənmək istəmirdi. Onun məqsədi inqilabi proseslərin digər ərəb ölkələrində də davam etdirmək, ərəblərin birliyinə nail olmaq idi. Əbdül Nasir Panərəbizminin qızğın tərəfdarlarından idi.

Hakimiyyətə gəlişi

[redaktə | mənbəni redaktə et]

Yeni quruluşun elə ilk dövrlərində Nasirlə Naqibin arasında fikir ayrılığı yarandı. Belə ki, Əbdül Nasir mövcud parlamentin fəaliyyətinə qarşı idi, sədr isə bunun əksini istəyirdi. Amma Əbdül Nasir bu inqilabı hərəkata hər şeyi ölçüb-biçib başlamışdı. Çox çəkmədi ki, Nasir və onun tərəfdarları Naqibi vəzifədən uzaqlaşdırdılar və 36 yaşlı gənc Əbdül Nasir Misirin lideri oldu, eyni zamanda rəsmi olaraq baş nazir vəzifəsində də qaldı. Bundan sonra Camal Əbdül Nasirin britaniya hərbi hissələrinin ölkədən çıxarılması uğrunda fəaliyyəti başladı. Təbii ki, Qərb bunu əks reaksiya ilə qarşılamalıydı. Elə belə də oldu. Amma gənc hərbçi və dövlət rəhbəri öz prinsipindən geri durmadı və iki il çəkmədi ki, ingilis qoşunlarının bütün Misir ərazisindən, xüsusilə də Süveyş kanalından çıxarılmasına nail oldu. Amma problemlər bununla bitmədi. Əksinə, gənc respublika Qərbin daha böyük təzyiqlərinin açıq hədəfinə çevrildi.

Bütün bu proseslərin nəticəsi kimi 1956-cı ildə o dövr üçün gurultulu Süveyş böhranı başladı. Məlumat üçün bildirim ki, Süveyş kanalı dünyada yüklərin dəniz vasitəsilə daşınmasının 1/6-ni, Böyük Britaniya xarici ticarətinin isə 1/4 təşkil edirdi. ABŞ-nin, Fransanın böyük həcmdə neft məhsullarının daşınması məhz bu kanal vasitəsilə həyata keçirilirdi. Əbdül Nasirin Süveyş kanalı ilə bağlı tətbiq etdiyi yeni qaydalar nə qədər ərəblərin mənafeyinə xidmət edirdisə, bir o qədər də Qərbin ziyanına idi. Bu üzdən də ABŞ bəyan etdi ki, Asuan Bəndinin tikintisi üçün kreditlərin verilməsinə qadağa qoyur. 1956-cı ilin iyun ayında prezident postuna keçən Əbdül Nasir Qərbin bu təzyiqlərinin qarşılığı olaraq Süveyş kanalının milliləşdirilməsi üçün qanun qəbul etdi və bununla da hamını şok vəziyyətinə saldı. Xristian dünyası inanmaq, barışmaq istəmirdi ki, son dövrlərədək faktiki Böyük Britaniyanın müstəmləkəsi olan Misir bu cür cəsarətli addımları necə ata bilir. Amma Əbdül Nasir artıq ölkəsinin müdafiəsində idi. O vaxt bir çox şərhçilər yazırdılar ki, belə addımla Misir özünün iflas sənədlərinə qol çəkib. Amma Nasir sübut etdi ki, onlar hələ ərəbləri yaxşı tanımırlar.

Lakin 1956-cı ilin oktyabrında İngiltərə, Fransaİsrail qoşunları gənc ərəb liderini yerində oturtmaq üçün Misirə qarşı hərbi əməliyyatlara başladılar. Birləşmiş qoşunların təyyarələri bir sıra Misir obyektlərini bombalamağa başladı. Amma o vaxtadək keçmiş SSRİ ilə sıx əlaqələr quran Əbdül Nasir tək qalmadı. Moskvanın prosesə müdaxiləsi nəticəsində Misir üzərinə başlayan hərbi hücum dayandırıldı.

Bundan başqa Əbdül Nasir ölkədə yoxsulların vəziyyətini yaxşılaşdırmaq üçün xüsusi torpaq sahiblərinin özbaşınalığına son qoydu, artıq olan torpaq hissələrini dövlət tərəfindən müsadirə edərək az torpaq payı olan, ümumiyyətlə, torpaq sahəsindən məhrum kəndlilər arasında bölüşdürdü. Şəhərlərdə sənayenin inkişaf etməsi üçün islahatlar apardı. Misrin yeni konstitusiyasını yaratdı. Amma bunlar ərəblərin inkişafına düşmən kəsilən güclərin siyasətinə uyğun deyildi. Hələ hakimiyyətə gəldiyi elə ilk dövrlərdə — 1954-cü ildə mitinqlərin birində ona qarşı sui-qəsd törədildi. Tribunda Əbdül Nasirə atəş açıldı, onun yanındakılardan ikisi həlak oldu, digərləri isə qorxudan tribundan tullanıb qaçaraq canlarını qurtardılar. Təkcə Əbdül Nasir cəsarətlə durduğu yerdən tərpənmədi və məşhur sözlərini bəyan etdi: "Qoy onlar Nasiri öldürsünlər! O, yalnız minlərdən biridir. Ölsə də, sağ qalsa da hərəkat davam edəcək". Və bununla da o sübut etdi ki, ölümlə də Nasiri qorxutmaq olmaz.

Birləşmiş Ərəb Respublikası

[redaktə | mənbəni redaktə et]

Artıq ərəblər, xüsusi ilə də misirlilər gözləri önündə böyük bir lider görürdülər. Onun nüfuzu, şöhrəti elə bir həddə çatmışdı ki, hər kəs Nasiri milli qəhrəman kimi qəbul edirdi. 1958-ci ildə Əbdül Nasir Birləşmiş Ərəb Respublikalarının (BƏR) Misirlə Suriya federasiyasının prezidenti oldu. Qeyd edək ki, ərəb birliyinin bünövrəsi olan bu proses sonralar nəinki dayandı, hətta ləğv edildi. Belə ki, Suriyanın 1961-ci ildə BƏR-in tərkibindən çıxması həm ərəb birliyi ideyasının, eləcə də Əbdül Nasirin nüfuzuna bir zərbə oldu.

1962-ci ilin mayında Əbdül Nasir ölkənin siyasi, iqtisadi və sosial inkişafı üçün proqramını xalqa bəyan etdi. O, ağıllı və uzaq görən lider idi. Anlayırdı ki, İsrailin mütəmadi müharibə variantlarını önləmək, Misirin dünyada nüfuzlu söz sahibi olmasını təmin etmək üçün mütləq ölkənin iqtisadi cəhətdən çox inkişaf etməsi şərtdir. Və bu yoldada əlindən gələni etdi. Əbdül Nasir elmin, təhsilin tərəqqisi, ərəb uşaqlarının yüksək səviyyədə oxuması üçün təhsil ocaqlarına diqqəti artırdı. Təkcə onu demək kifayətdir ki, Əbdül Nasirin hakimiyyəti dövründə tikilən məktəblərin, həm də xəstəxanaların sayı Misirin bütün tarixi boyu tikilən məktəb və xəstəxanalarından çox idi. Açılan müəssisələr ölkədəki işsizliyin sayını çox sürətlə minumuma endirdi. 1967-ci ildə Qərbin dəstəyi ilə İsrail yenidən Misirə qarşı hərbi əməliyyatlara başladı. Bu müharibədə Misir ordusu ağır məğlubiyyətə uğradı. Bundan sonra Əbdül Nasir postundan istefa verdi. Amma bu yalnız bir gün çəkdi. Belə ki, on minlərlə misirli küçələrə axışaraq onun yenidən öz vəzifəsinə qayıtmasını tələb etdi. Və Əbdül Nasir yenidən hakimiyyətini davam etdirməyə başladı.

O, müharibədəki bu məğlubiyyəti həzm edə bilməsə də düşünülməmiş addımların, vaxtsız müharibənin Misir üçün fəlakətə səbəb olacağını bilirdi. Bu səbəbdən də ordunun yenidən qurulması, yeni silahların alınması, xarici dəstəyin qazanılması üçün çox ciddi şəkildə işə başladı. Qısa müddət ərzində çox böyük irəliləyişlər əldə edildi. Və yeni müharibə də başladı. Amma bu dəfə Əbdül Nasirsiz. Ərəblərin çox sevdikləri, qəhrəman bildikləri lideri Camal Əbdül Nasir 1970-ci ilində 28 sentyabrında ürək tutmasından dünyasını dəyişdi. Xalqın sevgisini, hörmətini aydın təsəvvür etmək üçün onun dəfninə milyonlarla insanın qatılmasını, sadə ərəblərin prezidentlərindən ötrü keçirdikləri üzüntünü, göz yaşlarını görmək kifayət idi. Dünyanın bir çox dövlət və hökumət başçıları, məşhur siyasi və ictimai xadimlər Qahirəyə axın etdilər. Onun tabutu sevənlərinin çiyinlərində son məzara daşındı və böyük məqbərədə dəfn edildi. Misirlilər indi də Camal Əbdül Nasiri hörmətlə xatırlayırlar, xatirəsini əziz tuturlar. Çünki onun ərəblər üçün nələr etdiklərini və nələr etmək istədiyini insanlar bilirdilər.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Camal Əbdül Nasir evli idi və ailə münasibətlərinə də ciddi yanaşan, önəm verən şəxs olub. Beş övladı vardı, hər biri yüksək təhsil görmüşdülər. Onu yaxından tanıyanlar bilirdilər ki, Nasir sutka ərzində 18 saat işləyərdi. Ən çox xoşladığı məşğuliyyəti də elə siyasət idi. Əbdül Nasirin özəlliklərindən biri də onun zənginliyə, var-dövlətə biganə olmasıydı. Belə demək olar ki, Camal Əbdül Nasir varlı adam olmayıb. Hətta asketik həddə sadə həyat tərzi keçirib. Hətta çoxları uzun müddət inanmırdı ki, ərəblərin bu şöhrətli oğlu, Misirin prezidenti belə bir sadə həyat tərzi sürüb. Elə bir faktı bildirmək kifayətdi ki, onun dünya malına olan münasibətini öyrənəsən. O çox uzun illər 1952-ci ilədək sahib olduğu mənzildəcə yaşamışdı. Təm-təraqlı saraylara üz tutmamışdı. Şahidlərin söylədiklərinə görə, həyatının son günlərində Əbdül Nasir tez-tez: — "Mənim ərəbləri böyük günə nə qədər yaxınlaşdıra bildiyimi yalnız tarix qiymətləndirəcək" — fikrini təkrarlayırmış. Tarix də ona öz qiymətini vermişdi… [4]

Üsyançıların rəhbəri Camal Əbdülnasir bir neçə aydan sonra Nəcibi uzaq bir kəndə sürgün edib, hakimiyyəti tam ələ keçirdi və iqtidarın ən ciddi siyasi rəqibi "Müsəlman Qardaşları"na (İhvan-i Müslimin) əks hücumlar başladı.

Əbdülnasir siyasi rəqiblərini sıradan çıxarandan sonra Misiri güclü dövlətə çevirmək üçün hərəkətə keçdi, strateji əhəmiyyətli obyektlərin milliləşdirilməsinə başladı. Süveyş kanalını milliləşdirmək istəyi isə ona baha başa gəldi.

1956-cı ildə "Süveyş" savaşını Böyük Britaniya, İsrail və Fransa qazandı. Əbdülnasir vəziyyətdən çıxış üçün dünyanın ikinci qütbü olan SSRİ ilə əlaqələri daha da sıxlaşdırmağa məcbur oldu. SSRİ-nin himayəsinə girən Misir qısa müddətdə Süveyş kanalını geri qaytardı.

Ərəb dünyasının liderliyinə iddia edən Əbdülnasir qazandığı uğurdan ruhlandı və Suriyanı da Misirə qatıb Birləşmiş Ərəb Respublikası yaratdı. Qarşıda İraqın BƏR-ə birləşməsi dayanırdı. Nasir kommunizmin ərəb dünyasındakı Çe Gevarasıydı, sürətlə bütün əmlakların dövlətləşməsinə start vermişdi, sosialist ideyalarının Yaxın Şərqdə yayılmasının başında dayanırdı. Yəmən inqilabında "Ərəb Çesi"ndən – Nasirdən yardım istənilməsi də təsadüfü deyildi.

Nasir 100 minlik ordu ilə sosialist inqilabına dəstək üçün Yəmənə savaş açdı. Ancaq Qərbin Yəmənə və mülkləri, sərvətləri əlindən alınan misirlilərə dəstəyi, Xruşşov islahatlarıyla imperiya maraqlarından geri duran SSRİ-nin isə Misiri taleyin ixtiyarına buraxması ərəblərin sosialistləşməsinə mane oldu. Daxili və xarici savaşda zəifləyən ölkə iqtisadiyyatına isə İsrail son zərbəni vurdu: Yəmənlə müharibəni bəhanə gətirib, Misirlə iqtisadi əlaqələri kəsdi.

Suriya və Yəməndən əl çəkməyə məcbur olan Nasir bir də Xruşşovdan sonra, 1967-ci ildə Qərbin bölgədə əsas dayağı olan İsraillə müharibəyə cəsarət edə bildi.

Savaş 3 saat çəkdi. Misir uduzdu. Televiziya efirində ağlayan Nasir infarkt keçirdi və qoruya bilmədiyi "növbəti Gevaranın" müalicəsini SSRİ öz üzərinə götürdü. Amma "İkinci Gevara" da öldü, SSRİ Latın Amerikası kimi, Yaxın Şərqi də Qərbə uduzdu.[5]

  1. https://www.alarabiya.net/amp/politics/2022/02/06/%D9%84%D8%BA%D8%B2-%D8%A7%D9%84%D9%88%D9%81%D8%A7%D8%A9.
  2. 1 2 3 Насер Гамаль Абдель // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 John R. S. Gamal Abdel Nasser // Encyclopædia Britannica (ing.).
  4. "ÖLÜMDƏN DƏ QORXMAYAN LİDER…". 2018-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-14.
  5. "Mübarəkdi…". 2011-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-14.