Misir bazarı

Misir bazarı (ing. Spice Bazaar), (türk. Mısır Çarşısı) — İstanbulun qədim hissəsində, Eminönü rayonunda yerləşən bazar. İstanbulun ən böyük bazarı olan Qapalı çarşıdan sonra ikinci böyük bazar hesab edilir. Onun ərazisində 85-dən çox mağaza yerləşir. Dükanlar bazar günləri də fəaliyyət göstərir. Bazar 120 metr enə və 170 metr uzunluğa sahibdir. Bazarın əsas çeşidləri şirniyyat, ədviyyat və otlar, qurudulmuş meyvə, ət və süd məhsullarıdır

Misir bazarı
41°00′59″ şm. e. 28°58′14″ ş. u.HGYO
Ölkə
Xəritəni göstər/gizlə
Misir bazarı xəritədə
Misir bazarı
Misir bazarı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bizans dönəmində hazırkı bazarın yerində Makro Envalos adlı bir bazarın olması ehtimal edilir. Bazarın inşasına 1597-ci ildə III Muradın həyat yoldaşı, III Mehmedin anası safiyə Sultanın əmri ilə balanılmışdır. 67 illik inşaatdan sonra 1660-cı ildə IV Mehmedin anası Turhan Xədicə Sultannın dəstəyi ilə inşa edilmişdir. Tikinti Kazım ağanın layihəsi əsasında inşa edilsə də, tikinti işləri 1660-cı ilin son aylarında digər memar Mustafa Ağanın nəzarəti altında davam etdirilmişdir. İlk əvvəllər Yeni Məscid kompleksinin bir hissəsini təkil edirdi. Bu kompleksin tamamlanmasında əsas maliyyə qaynağı rolunu oynamışdır. Tikili L hərfi şəklində tikilmişdir. Binanın altı giriş qapısı var. Kompleksin qübbələri qurğuşun ilə örtülmüşdür.

İlk əvvəllər "Yeni", sonradan isə "Validə" bazar olaraq adlanmışdır. Daha sonra "Misir bazarı" adlandırılmışdır. Bunun səbəbi isə o dövr ədviyyatının əksəriyyəti Hindistandan Misir vasitəsilə Avropaya çatdırılması idi. Bu əsasən 19-cu əsrdən etibarən işlədilir.

Misir bazarı iki dəfə güçlü yanğından zərər görmüşdür:1691 və 1940-cı illər. 1940–1943-cü illərdə aparılan bərpa işləri zamanı kompleks özünəməxsus xüsusiyyətlərinin bəzisini itirmişdir. 1941-ci ildə bazar Yeni məsciddən yolla ayrılmışdır. 1998-ci ildə bazarda partlayış baş vermişdir. Bir neçə uşaqda daxil olmaqla yeddi nəfər həlak olmuşdur. Hadisədən sonra bazarın girişində təhlükəsizlik gücləndirilmişdir.