Mitral qapaq çatışmazlığı

Mitral qapaq çatışmazlığı və ya mitral çatışmazlıq — anadangəlmə və əsasən qazanılma ürək qüsuru olub, ikitaylı qapaqların iltihabi proseslərlə: revmatizma, sistemli qırmızı qurd eşənəyi, sistemli sklerodermiya, arteriit və s.-lərlə zədələnməsi ilə meydana çıxmış olur.

Mitral qapaq çatışmazlığı
XBT-10-KM Q23.3
XBT-9-KM 746.6[1][2], 396.3[1][2]
DiseasesDB 8275
MedlinePlus 000176
MeSH D008944
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
XBT-10 təsnifatı
1 Sol mədəcik 2 Sol qulaqcıq Qırmızı ox işarəsi sistola zamanı qanın qulaqcığa geri axınını göstərir
1 Sol mədəcik
2 Sol qulaqcıq
Qırmızı ox işarəsi sistola zamanı qanın qulaqcığa geri axınını göstərir

1 Sol mədəcik
2 Sol qulaqcıq
Qırmızı ox işarəsi sistola zamanı qanın qulaqcığa geri axınını göstərir
I34.0 Mitral qapaq çatışmazlığı
I05.1 Revmatik mitral qapaq çatışmazlığı
Q23.3 Anadangəlmə mitral qapaq çatışmazlığı
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası)

Mitral çatışmazlıq qapaq həlqəsinin, qapaq qanadcıqlarının, qapaq vətər tellərinin və məməyəbənzər əzələnin hər hansı patoloji dəyişikliyə məruz qalmasından meydana çıxmış olur. Həlqə dilatasiyasına ürəyin sol mədəciyinin genişlənməsi, həlqə kirəcləşməsinə isə arterial hipertoniya, aorta daralması, şəkərli diabet, Marfan sindromu və s. səbəb ola bilir. Vətər tellərinin qırılmasına və ya cırılmasına infeksion endokardit, revmatik hərarət və travma səbəb ola bilər.

Səbəblərinə görə mitral çatışmazlıq aşağıdakı kimi ola bilər:

  • revmatik mitral çatışmazlığı — revmatizm nəticəsində qapaq qanadcıqları yeyilərək qısalır, sərtləşərək deformasiyaya uğrayır
  • işemik mitral çatışmazlığı (bura daxildir postinfarkt) — ürək əzələlərinin qan təchizatının pozulması nəticəsində. Məməyəbənzər əzələlər tac damarların terminal şaxələri vasitəsilə qidalandığından xroniki ürəyin işemik xəstəliyi zamanı onda qan təchizatının pozulması nəticəsində baş verən dəyişiklər mitral çatışmazlığa gətirib çıxara bilir.[3]
  • nisbi mitral çatışmazlığı — sol mədəciyin böyüməsi və qapaq həlqəsinin genişlənmisi nəticəsində
  • mitral prolaps sindromu zamanı mitral çatışmazlığı — Marfan sindromunun simptomu ola bilər.[4][5]
  • infeksion və ya qeyri-infeksion endokardit nəticəsində qapaqlar patoloji dəyişikliyə uğrayır

İnkişafda olan ölkələrdə mitral qapaq qanadcıqlarının patoloji dəyişikləri (qapaq qanadcıqlarının yeyilməsi) revmatik mənşəli olur. İnkişaf etmiş ölkələrdə revmatizmə və revmatik mitral qüsuruna nadir rast gəlinir.

Mitral çatışmazlığın bir neçə təsnifatı var[6]:

1. Yaranma vaxtına görə:

  • anadangəlmə
  • qazanılmış

2. Anatomik təsnifat:

  • Mitral üzüyün dəyişiklikləri: infeksion endokardit (abses yaranması), travma (qapaq üzərində cərrahi əməliyyat), əməliyyatardı tikiş kəsilməsi sonucu qapaqyanı sızıntı, kardiomiopatiya (qapaq üzüyünün genişlənməsi)
  • Qapaq taylarının dəyişiklikləri: infeksion endokardit (tayların tam qapanmasının vegetasiyalar nəticəsində pozulması), travma (qapaq əməliyyatı, dəlici döş qəfəsi zədələri), şişlər (qulaqcıq miksoması), miksomatoz yozlaşma, sistemli qırmızı qurd eşənəyi (Libman-Saks sindromu), kəskin revmatik qızdırma.
  • Ürək vətər tellərinin dəyişiklikləri: idiopatik (səbəbi bilinməyən), yozlaşdırıcı xəstəlik (mitral qapağın prolapsı, Marfan sindromu, Elers-Danlos sindromu)
  • Məməyəbənzər əzələlərin dəyişiklikləri: tac arteriyaların xəstəliyi, sol mədəciyin kəskin pozulması, infiltrativ xəstəliklər (amiloidoz, sarkoidoz), travma, şişlər.

3. Karpentyer və əməkdaşlarına görə təsnifat[7]

  • I növ — normal tay və xorda hərəkətli (deşilmə, yarılma)
  • II növ — mitral üzük üzərində aşırı hərəkətli xorda və tay (mitral qapağın prolapsı)
  • III növ — qapaq tayının və ya xordanın məhdudlaşdırıcı hərəkəti ilə müşahidə olunan (paraşüt mitral qapaq).

Mitral çatışmazlıq requrqitasion həcmdən (RH) asılı olaraq aşağıdakı ağırlıq dərəcələrinə bölünür:

  • RH 0,3 qədər olduqda — yüngül dərəcəli çatışmazlıq,
  • RH 0,3–0,6 olduqda — orta dərəcəli çatışmazlıq,
  • RH 0,6 dan artıq olduqda — ağır dərəcəli çatışmazlıq.

Normal sol mədəcik ön yüklənmənin kəskin artmasına uyğunlaşa bilmir, onun əzələ divarı gücə düşmüş olur; bu da sol mədəciyin disfunksiyasına, ağciyər ödeminə və arterial hipotoniyaya səbəb olmuş olur.

Kəskin mitral çatışmazlıq hemodinamikanı gücə salmış olur belə ki, kəskin requrqitasiyanın meydana çıxması sol qulaqcıq və mədəciyin kompensator dilatasiyası baş vermədiyindən qücə düşərək sol qulaqcıqda və ağciyər kapillyarlarında təzyiqin artmasına gətirib cıxardır ki, bu da öz növbəsində kəskin ağciyər ödemi ilə nəticələnmiş olur.

Kəskin mitral çatışmazlığın və ya kəskinləşmiş xroniki mitral çatışmazlığının əlamətləri aşağıdakılar ola bilər:

  • Təngnəfəslik
  • Tez yorulma
  • Ortopnoe vəziyyəti — təngnəfəsliyin oturaq halda azalması

Xroniki mitral çatışmazlığı özünü həm də aşağıdakılarla büruzə verə bilər:

  • Bəzi xəstələrlə illərcə əlamətsiz qala bilər.
  • Ürək çırpıntıları
  • fiziki iş vaxtı təngnəfəslik.[8]

Xroniki mitral çatışmazlıq özünü kəskin büruzə vermədən uzun müddət mülayim gedişata malik ola bilər. İlk əlamətlər (simptomlar) əsasən süstlük, tənginəfəslik xüsusən gecə tənginəfəsliyi və aşağı ətraflarda meydana çıxan şişkinliklərdən (ödemlərdən) ibarətdir. Bəzən adi anamnez toplayarkən məlum olur ki, mitral çatışmazlığın səbəbi miokard infarktından sonra və ürəyin işemik xəstəliyi nəticəsində zədələnmış məməyəbənzər əzələlərdə baş verən patoloji dəyişikliklərdir. Çatışmazlığın kəskin meydana çıxması qidalanmanın pozulması nəticəsində qəflətən qırılan mitral qapağın vətər telləri ilə əlaqədardır. Patalogiyanın meydana çıxmasının digər səbəbləri revmatizm və bakterial endokarditdir.

Patofiziologiyası

[redaktə | mənbəni redaktə et]

Mitral qapaq catışmamazlığı ürəyin sistolası (yığılması) zamanı qanın ikitaylı qapaqların tam qapanmaması nəticəsində sol mədəcikdən geriyə sol qulaqcığa qayıtmasından — requrqitasiyasından ibarətdir.

Sol mədəciyin kompensator dilatasiyası sol mədəcikdən geriyə sol qulaqcığa qayıtmasından — requrqitasiyadan asılı olub, sol mədəciyin sistolik funksiyasının nəticə etibarilə ürəyin atılma vurğusunun dəyişməsinə səbəb olur.

Requrqitasiyanın həcmi aşağıdakı dinamik amillərdən asılıdır:

  • mitral qapağın kip qapanmayan hissəsinin böyüklüyündən;
  • sol mədəcik və sol qulaqcıq arasındakı təzyiq qradiyentindən — fərqindən;
  • yığılma fazasının davametmə müddətindən.

Requrqitasiya həcminin asılı olduğu ststik amillər:

  • sol mədəciyin yığılma qabiliyyəti;
  • sol qulaqcıgın və ağciyər venalarının tutumluluq qabiliyyəti;
  • aortaya qovulan həcmin qarşılaşmış olduğu müqavimət.

Dərman müalicəsi

[redaktə | mənbəni redaktə et]

Kəskin mitral çatışmazlıqda diuretiklər və periferik vazodilatatorlar təyin olunur. Hemodinamikanın stabilizasiyası üçün aortadaxili ballon kontrpulsasiya aparıla bilər. Yüngül simptomsuz xroniki mitral çatışmazlıq xüsusi müalicə tələb etmir. Subkompensasiya mərhələsində APF inhibitorları, beta-adrenoblokatorlar, vazodilatatorlar, ürək qlikozidləri, sidik qovucu preparatlardan istifadə olunur. Qulaqcıqların fibrillyasiyasının inkişaf etdiyi hallarda birbaşa olmayan antikoaqulyantlar tətbiq edilir.

Orta və ağır ifadə dərəcəsinə malik mitral çatışmazlıq, eləcə də şikayətlərin yaranması kardiocərrahi müdaxiləyə göstəriş sayılır.

Cərrahi müalicəsi

[redaktə | mənbəni redaktə et]

[9] Tayların kalsinozunun olmaması və qapaq aparatının hərəkətliliyinin saxlanılması qapaqqoruyucu müdaxilələrin – mitral qapağın plastikası, annuloplastika və s. aparılmasına imkan verir. İnfeksion endokardit və trombozların yaranma riskinin aşağı olmasına baxmayaraq, qapaqqoruyucu əməliyyatlar çox zaman mitral çatışmazlığın residivi ilə müşayiət edilir, bununla əlaqədar onların tətbiq sahəsi (mitral qapağın prolapsı, qapaq strukturlarının cırılmaları, nisbi qapaq çatışmazlığı, qapaq həlqəsinin dilatasiyası, hamiləliyin planlaşdırılması) məhdudlaşır.

Qapağın kalsifikasiyası, xordaların ifadəli qalınlaşması mitral qapağın (bioloji və ya mexaniki protezlə) protezlənməsinə göstəriş hesab olunur. Belə hallarda spesifik postoperasion ağırlaşmalara – tromboemboliya, atrioventrikulyar blokada, protezlərin ikincili infeksion endokarditi, bioprotezlərin degenerativ dəyişikliklərinə rast gəlmək mümkündür.

[10]

  • R. Larzen Anästhesie und Intensivmedizin in Herz-, Thorax- und Gefäßchirurgie, 5. Auflage, Springer, Berlin (alman dilində)
  • В.И. Бураковский, Л.А. Бокерия Сердечно-сосудистая хирургия Москва 1989 (rus dilində)
  • Essentials of Cardiovascular Medicine, Edited by Mark Freed, M. D., Cindy Grines, M. D., Division of Cardiovascular Diseases, William Beamont Hospital Royal Oak, Michigan; 1994