Mixail İosifoviç Aberbax (rus. Михаи́л Ио́сифович Аверба́х; 17 (29) may 1872, Mariupol, Yekaterinoslav quberniyası[d] – 29 iyul 1944[1], Moskva) — SSRİ oftalmaloqu, əməkdar elm xadimi.
Mixail Aberbax | |
---|---|
Doğum tarixi | 17 (29) may 1872 |
Doğum yeri |
|
Vəfat tarixi | 29 iyul 1944[1] (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Elm sahəsi | oftalmologiya |
Elmi dərəcəsi |
|
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mixail İosifoviç Aberbax 29 may 1872-ci ildə o vaxtlar Rusiya imperiyasının bir hissəsi olan Mariupol şəhərində anadan olmuşdur. O, 1939-cu ildən SSRİ Elmlər Akademiyası akademiki olmuşdur. Aberbaxın əsərləri, əsasən, göz zədələnmələrinin, qlaukoma, traxoma, müxtəlif göz refraksiyalarının və s. öyrənilməsinə həsr olunmuşdur. O, bir sıra yeni göz əməliyyatları işləyib hazırlamış və təcrübədə tətbiq etmişdir. Aberbax 2-ci Moskva Tibb İnstitutunda, Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda və Helmqols adına Mərkəzi Oftalmologiya İnstitutunda göz xəstəlikləri kafedrasına rəhbərlik etmişdir. SSRİ Tibb Elmlər Akademiyası hər il oftalmologiya sahəsində ən yaxşı elmlər əsər üçün Mixail Aberbax adına mükafat vermişdir. Aberbax 29 iyul 1944-cü ildə Moskvada vəfat etmişdir.[2]
Mixail Aberbax 1943-cü ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.[2]