Mixail Kozlovski

Mixail İvanoviç Kozlovski (rus. Михаи́л Ива́нович Козло́вский; 26 oktyabr (6 noyabr) 1753, Sankt-Peterburq[1]18 (30) sentyabr 1802, Sankt-Peterburq[1]) — rus heykəltaraş, İmperator Rəssamlıq Akademiyasının akademiki.

Mixail Kozlovski
Doğum tarixi 26 oktyabr (6 noyabr) 1753
Doğum yeri
Vəfat tarixi 18 (30) sentyabr 1802 (48 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Smolensk qəbiristanlığı[d]
Fəaliyyəti heykəltaraş
Təhsili
  • İmperator Rəssamlıq Akademiyası[d] (17641773)
Janr heykəltaraşlıq
Mükafatları İmperator Rəssamlıq Akademiyasının böyük qızıl medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Aleksandr Nevski lavrasının Lazarevskoye qəbirstanlığıda qəbri

1753-cü ildə donanma trubaçalanın ailəsində anadan olmuşdur. Sank-Peterburq Rəssamlıq Akademiyasında təhsil almışdır, burada onun ən yaxın tərbiyəçi müəllimləri N. F. JilleA. Losenko oldular. Rəssamlıq Akademiyasından müxtəlif mükafatlar almışdır: böyük gümüş (1771), kiçik qızıl (1772), böyük gümüş və böyük qızıl (1773). Universiteti 1-ci dərəcəli attestatla heykəltaraşlıq rəssamı dərəcsini aldı.[2]

Kursun sonunda (1773), akademiyanın pensiyaçısı olaraq Romaya (1774—1779) və Parisə (1779—1780) göndərildi. 1782-ci ildə Rusiyaya qayıdaraq, xaricdə düzəltdiyi "Yupiter Qanimed ilə" adlı heykəltaraşlıq qrupuna görə "təyin olunmuş akademik" nüfuzunu aldı. 1788 — 1797-ci illərdə yenidən Parisdə oldu, burada ona Rəssamlıq Akademiyası tərəfindən göndərilən təqaüdçülərə nəzarət etmək tapşırıldı. 1794-cü ildə əvvəlki əsərləri ilə istedadı və biliyini sübut etmiş bir sənətkar kimi akademik dərəcəsinə qaldırıldı, bundan sonra isə professor dərəcəsinə yüksəldi. 1794-cü ildən ömrünün sonuna qədər akademiyada heykəltaraşlıqdan dərs demişdir. 1802-ci ildə vəfat etdi.

Kozlovski tələbələri arasında ən məşhurları Stepan PimenovVasili Demut-Malinovskidir.

Heykəltaraş ilk öncə Smolensk Pravoslav qəbirstanlığında dəfn olundu.[3] 1931-ci ildə qəbri Aleksandr Nevski lavrasının Lazarevskoye qəbirstanlığına köçürüldü.

  • Sankt-Peterburqdakı Suvorovskaya meydanında sərkərdə Aleksandr Suvorov monumenti (1799—1801, bürünc);
  • Əsas Peterhof fontanının bəzəyi olan "Şiri məğlub edən Samson" adlı heykəl (1800—1802, zərlənmiş tunc; 1947-ci ildə Böyük Vətən Müharibəsi zamanı oğurlanmışdır, 1947-ci ildə heykəltaraş V. L. Simonov tərəfindən yenidən qurulmuşdur);
  • "Oturmuş qız" və "Oxluğundan ox çıxardan Amur" mərmər heykəllə (Ermtiaj);
  • Vəliəhd Konstantin Pavloviçin nikahlanma münasibətilə düzəldilən "Gimeney" mərmər heykəli;
  • "Requlun Karfagenə qayıdışı" və "Romanı qallardan qurtaran Kamill" barelyefləri (1787, Mərmər saray);
  • "Makedoniyalı İskəndərin sayıqlığı" mərmər heykəli (1780-ci illər, Rus Muzeyi);
  • "Polikrat" gips heykəli (1790, Rus Muzeyi);
  • "Yatan Amur" mərmər heykəli (1792, Rus Muzeyi);
  • "Çar fərmanını cıran Yakov Dolqoruki" mərmər heykəli (1797, Tretyakov qalereyası);
  • "At üzərində Herkules" tunc heykəli (1799, Rus Muzeyi);
  1. 1 2 3 4 Козловский Михаил Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Справочник Императорской Академии художеств, 1915. səh. 258
  3. Qəbirstanlıq planında qəbriа // Отдел IV // Весь Петербург на 1914 год, адресная и справочная книга г. С.-Петербурга. СПб.: Товарищество А. С. Суворина – «Новое время». Ред. А. П. Шашковский. 1914. ISBN 5-94030-052-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]