Mixail Rodionov

Mixail Rodionov (rus. Родионов, Михаил Иванович; d.12 oktyabr 1907; Makaryevsky rayonu (Nijni Novqorod vilayəti), Rusiya imperiyası - ö.1 oktyabr 1950; Leninqrad, Rusiya Sovet Federativ Sosialist Respublikası) — Sovet dövlətində partiya rəhbəri, RSFSR Nazirlər Sovetinin sədri (1946-1949).[1]

Mixail Rodionov
Doğum tarixi 12 (25) oktyabr 1907
Doğum yeri
Vəfat tarixi 1 oktyabr 1950(1950-10-01) (42 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Levaşovo memorial qəbiristanlığı[d]
Fəaliyyəti siyasətçi
Partiyası
Üzvlüyü

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1907-ci ildə 12 oktyabr tarixində Rusiya imperiyası Nijni Novqorod vilayətində anadan olub. 1927-ci ildə Lıskovski Politexnik Kollecini bitirib. 1927-1930-cu illərdə Komsomol Kislovski kənd komitəsinin katibi, Lyskovski rayon komitəsinin xalq təhsili şöbəsinin Nijni Novqorod vilayəti - Nijni Novqorod bölgəsi), Nijni Novqorod rayon xalq təhsili şöbəsinin siyasi və tərbiyə işləri müfəttişi, 1930-1931-ci ildə Bor Pedaqoji Kollecinin direktoru, 1931-1935-ci ildə Mədəniyyət və təbliğat, kütləvi təşviqat şöbəsinin müdiri, Sov.İKP Bor rayon komitəsinin katibinin müavini (Nijni Novqorod ərazisi - Nijni Novqorod - Nijeqorod vilayəti), 1935-1938-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası İvanovski rayon (Kostroma vilayəti) komitəsinin birinci katibi (Nijeqorod vilayəti) vəzifələrində işləyib. 1938-ci ilin yanvarında Nijeqorod regional təhsil şöbəsinin müdiri təyin edilib. 1938-ci ilin iyulunda Sov.İKP Nijeqorod Regional Komitəsinin üçüncü katibi seçildi. 1940-cı ilin yanvarından 1946-cı ilin martına qədər Sov.İKP Nijeqorod Regional Komitəsinin 1-ci katibi olub. 23 mart 1946 - 9 mart 1949-ci illərdə RSFSR Nazirlər Sovetinin sədri, 1941-ci ilin fevralından - 1949-cu ilin avqustunadək Sov.İKP Mərkəzi Komitəsinə namizəd, 18 mart 1946 - 6 mart 1949-cu illərdə Ümumittifaq Bolşeviklər Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat Bürosunun üzvü (A.A.Kuznetsovla eyni vaxtda tərkibindən çıxarıldı), 2 çağırış SSRİ Ali Sovetinin üzvü olmuşdur. 13 avqust 1949-cu ildə Leninqradda baş vermiş "Leninqrad işi"nə görə 1 oktyabr 1950-ci ildə həbs edildi. Ölümündən sonra bəraət almışdı.[1][2]

1942-ci ildə 2 dəfə Lenin ordeninə, I dərəcə "Vətən müharibəsi" ordeni, "Qırmızı əmək bayrağı" ordeni cə digər medallarla təttif edilib.[2]

  1. 1 2 "Родионов Михаил Иванович" (rus). 2012-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-12.
  2. 1 2 "Родионов Михаил Иванович". 15 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-12.