Mizostomidlər yarımsinfi

Mizostomidlər (lat. Myzostomıda ) — Həlqəvi qurdlar bölməsinə aid yarımsinif.

Mizostomidlər yarımsinfi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Tipüstü:
???:
Mizostomidlər yarımsinfi
Beynəlxalq elmi adı
  • Myzostomida

Haqqında[redaktə | mənbəni redaktə et]

Mizostomidlər yastılaşmış, oval və ya diskşəkilli bədənə malik çoxqıllı qurdlardır. Bəzi formaları xarici quruluşuna görə yastı qurdlara oxşardır. Bədənləri xaricdən buğumlanmamışdır. Parapodiləri beş cüt qarın çıxıntıları şəklində olub, üzəri qıllarla, bəzilərində qarmaqcıqlarla təchiz olunmuşdur. Mizostomidlərin bir qismində isə parapodilər tamamilə olmur. Yarımsinfin nümayəndələrində selom zəif inkişaf etmiş, daxili orqanların parenximadan yerləşmişdir. Mərkəzi sinir sistemi metamerdir. Həzm sistemi üç hissədən ibarətdir - ön, orta və dal bağırsaqdan ibarətdir. Ön bağırsaq xaricə çıxa bilən əzələli udlağa, orta bağırsaq kisəşəkilli yan çıxıntılara malikdir. Dal bağırsaq kloaka rolunu yerinə yetirir, buraya cüt nefridilər və yumurta boruları açılır. Qan – damar və tənəffüs sistemi yoxdur. Hermofroditdirlər. Cinsi hüceyrələr selomun divarında formalaşır, toxumluq və yumurtalıqdan ibarətdir. İnkişafları metomorfozla olub, troxofora oxşar sürfə əmələ gətirirlər. Mizostomidlər yarımsinfinə parazit və kommensal çoxqıllı qurdlar daxil olub, müxtəlif dərisitikanlılarda , xüsusilə dəniz zanbaqlarında, həmçinin dəniz ulduzlarında və ofiurlarda parazitlik edirlər.[1]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

B.Ağayev, Z.Zeynalova. Onurğasızlar zoologiyası. Bakı, Təhsil, 2008, -563 səh.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın heyvanlar aləmi. II hissə, Elm nəşriyyatı, Bakı-2004.