Mizunami Fosil Muzeyi (瑞浪市化石博物館, Mizunami-şi Kaseki Hakubutsukan?) – Yaponiyanın Gifu prefekturasının Mizunami şəhərində yerləşən fosil muzeyi.
Mizunami Fosil Muzeyi | |
---|---|
Əsası qoyulub | 1974[1] |
Açılış tarixi | may 1974 |
Ölkə | |
35°22′22″ şm. e. 137°14′06″ ş. u.HGYO | |
city.mizunami.lg.jp/kank… | |
Vikianbarda əlaqəli mediafayllar |
Mizunami Fosil Muzeyi 1974-cü ildə Naqoya Universitetinin professoru Cunci İtoiqavanın rəhəbrliyi ilə açılmışdır. O, 1971-ci ildə Çuo avtomagistalının tikintisi zamanı fosillərin aşkarlanmasında iştirak etmişdir.[2] 2018-ci ildə Mizunami Kita liseyinin tikintisi zamanı kəşf edilmiş balina və midiya fosilləri üçün muzeydə yeni guşə yaradılmışdır.[3] 2020-ci ildə muzeyin əməkdaşı tərəfindən dünyanın ilk tam və Yaponiyanın ən qədim pərayaqlı skeleti tapılmışdır.[4]
Mizunami şəhəri "Fosillər şəhəri" kimi tanınır.[2] Muzey Miosen dövrünə aid edilən Mizunami qrupunda tapılmış fosillərə və Mizunaminin təbiətinə həsr olunmuşdur. Muzeyin kolleksiyasında molyusk, balıq, məməli, xərçəng, bitki növlərinə aid 250.000 fosil daxildir. Bu fosillərə Çuo avtomagistralının tikintisi zamanı aşkarlanmış və şəhərin müxtəlif yerlərində tapılmış fosillər daxildir. Daimi sərgi otağında 3000 fosil sərgilənir.[5] Muzey eksponatlarına cücü ehtiva edən kəhrəbalar da daxildir.[6]
1974-cü ildən etibarən muzey tərəfindən paleontologiya mövzusunda bülleten nəşr olunur.[6]