Moğolların Qəndəhar mühasirələri — Səfəvi−Moğol müharibəsi (1649-1653) zamanı moğol qüvvələri 3 dəfə Qəndəharı mühasirəyə almışdır. 3 mühasirədə moğollar üçün uğursuzluqla nəticələnmiş və Səfəvi ordusu qalib gəlmişdir.Beləliklə, moğolların Qəndəharı ələ keçirmə istəkləri baş tutmamışdır.
Səfəvi-Moğol müharibəsi (1649-1653) | |||
---|---|---|---|
Tarix | 1649-1653 | ||
Yeri | Qəndəhar | ||
Səbəbi | Strateji məntəqəyə malik şəhərə sahiblik üstündə savaş | ||
Nəticəsi | Tam Səfəvi qələbəsi | ||
Ərazi dəyişikliyi | Qəndəhar şəhəri Səfəvilər imperiyasının tərkibində qaldı.[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
XVII əsrin ortalarında Səfəvi imperiyası ilə Moğol imperiyası arasında ərazi münaqişələri meydana çıxdı. Bu münaqişələrin meydana çıxdığı ərazilər müasir Əfqanıstan ərazilərini təşkil etməkdədir. Kabul və Qəndəhara nəzarət edən dövlətin bütün regiona nəzarət etdiyi hesab edilirdi. 1630-cu illərdə Qəndəhar şəhərini idarə edirdisə, moğollar da Kabil şəhərini idarə edirdilər.[2] Münaqişəyə yol açan əsas dəyişiklik isə 1638-ci ildə baş verdi. Beləki, Səfəvlərin Qəndəhardakı hakimi Əli Mərdan xan öz dövlətinə xəyanət edərək moğollara sığındı və şəhərin idarəetməsini onlara verdi. Bundan sonra iki imperiya arasında münasibətlər pozuldu.[3] This event provoked further tensions between the two empires.[3]
1647-ci ildə moğolların Bədəxşanı ələ keçirmə istəkləri uğursuzluqla nəticələndi.[4] Rəqibinin zəifliyindən istifadə edən Səfəvi imperiyası hökmdarı II Abbas 1649-cu ildə moğol torpaqlarına daxil oldu. Beləliklə, müharibə başladı. Səfəvi imperiyası əsas qələbəsini 1649-cu ilin fevralında Qəndəharı 2 aylıq mühasirədən sonra geri almaqla qazandı.[3]
Qəndəharın itirilməsi Moğol imperiyası üçün çox ağır strateji itki kimi görünürdü. Şəhərin itirilməsinin imperiyasının nüfuzuna xələl yetirdiyi düşünülürdü və Sultan Şahcahan nə olursa olsun onu geri qaytarmaq istəyirdi. Bunu reallaşdırmaq üçün o, oğlu Övrəngzibi 50 minlik ordu ilə yürüşə göndərdi. Övrəngzibi Sədullah xan (saray müşaviri) və Caypurlu I Cay Sinx müşayət edirdi. Onlar 1649-cu ilin aprelində Qəndəhar qalasına hücum etdilər və bir neçə ayı kənarındakı düzənlik ərazilərdə Səfəvi ordusuna qarşı döyüşməklə keçirdilər.[3] Şəhər kənarındakı döyüşdə Səfəvi ordusu məğlub olsa da, qala döyüşlərində böyük uğur əldə etdilər.[5][6] Lakin tədricən moğol ordusu maddi-texniki təminat problemləri yaşamağa başladı. Həmçinin Səfəvilərin inadlı müqavimət göstərməsi ilə birlikdə, şəhərin müdafiə tikililərini uçura bilmək üçün moğol ordusunun yetəri qədər odlu silahı da yox idi. Hər bir halda, 5 sentyabr tarixində moğol ordusu 3 min döyüşçü və minlərlə heyvan itirərək geri çəkildi.[3][7]
I mühasirənin uğursuzluqla bitməsindən etibarən moğollar ikinci hücuma hazırlaşmağa başladılar. İkinci mühasirəyə hazırlıq mərhələsində mğollar böyük toplar sifariş edərək özlərinin artilleriya qüvvələrini gücləndirməyə çalışdılar. İkinci mühasirəyə daha yaxşı hazırlaşan moğollar qoşqu heyvanları yerinə bu dəfə dəvələrdən yararlanmağı planlayırdılar. Birinci mühasirədə olduğu kimi şahzadə Övrəngzib, Caypurlu I Cay Sinx və Sədulla xan yürüşdə iştirak edirdi.[3]
Səfəvi imperiyası da Qəndəhardakı qüvvələrinə yardım göndərmiş, qalanın ziyan görmüş yerləri bərpa edilmişdi.
İkinci müharisəyə yollanan moğol ordusu 2 may 1652-ci ildə şəhərə çatdı və qala divarlarının altından lağımlar qazmağa başladı. Lakin Səfəvi ordusu moğollarla müqayisə də daha dəqiq tüfənglərə sahib idilər.[3] Şahcahanın qala divarları dağıdılmadan döyüşçülərin hücum etməməsini əmr etməsindən sonra Səfəvi ordusunun şəhəri müdafiə etməsi daha asanlaşdı. Bundan başqa, moğollar özbəklərlə də bağlı problemlər yaşamağa başladılar. Beləki, II Abbas özbək Əbdüləziz xanla da ittifaq imzalamışdı. Bundan sonra Əbdüləziz Kabula 10 minlik qoşun göndərərək, moğolların təminat yollarını kəsdi.[8] Moğolları mühasirəni ləğv etməyə məcbur edəcək qədər güclü olmasalar da, özbəklər önəmli zərbələr vura bilirdilər. Belə zərbələrin birində onlar mühasirəyə alan orduya gedən və 2500 döyüşçü tərəfindən qoruna 1.5 milyon gümüş sikkəni ələ keçirə bilmişdilər.[8]
Səfəvi ordusunun yaxşı müdafiə olunduğunu, özbəklərin fəaliyyətini və öz ordusunun uğursuzluğunu görən[9] Şahcahan oğlu Övrəngzibə ordusunu Kabula aparmağı əmr etdi. Beləliklə, 9 iyul 1652-ci ildə ikinci mühasirəni də Səfəvi ordusu uğurla başa vura bildi.[3]
Moğolların Qəndəharı ələ keçirmək üçün olan III cəhdi 1653-cü ilin yazında baş verdi. İki dəfə uğursuz olduqdan sonra şahzadə Övrəngzib ordunun komandanlığından alındı, yerinə qardaşı və vəliəhd şahzadə Dara Şükuh gətirildi. Dara 70 minlik ordu ilə yürüşə başladı. Onun qərərgahına moğolların ən əşhur generalları və əvvəlki iki mühasirə zamanı yaxşı mənada seçilən Caypurlu I Cay Sinx də daxil idi.[3] Lakin şahzadə özünün etməli olduğu şeylərdə belə tez-tez müşavirləri ilə məsləhətləşirdi. Bu məsləhətləşmələr vəliəhd şahzadənin gözünə girməyə çalışan müşavirlərinin qarşılıqlı davaları ilə müşayət olunurdu. Həmçinin təcrübəli moğol generalları hərbi məsələlərdə onların yerinə şahzadənin öz şəxsi müşavirləri ilə məsləhətləşməsindən də narahat idilər.[3]
Üçüncü mühasirəni edəcək olan ordu Qəndəhara aprel ayında çatdı.[3] Lakin ənənəvi xətti müharibə üçün olan silahlarla təmin edilmiş moğol ordusu mühasirə döyüşü apara bilmək üçün zəif təchiz edilmişdi. Ordunun döyüş qabiliyyətini zəiflədən bir digər məsələ isə Daranın hərbi səriştəsizliyi, həmçinin uğursuz əmrlər verdikdən sonra buna görə başqalarını ittiham etməsi oldu.[3] İyun ayında qalanın bir hissəsinin zəbt edilməsi şahzadənin müdaxiləsi ilə baş tutmadı. Yayın sonlarında ordunun daxilində narazılıqlar baş qaldırmağa başladı. Nəhayət, 29 sentyabr 1653-cü ildə mühasirə qaldırıldı.[3]
Bu mühasirənin də Səfəvi ordusunun qələbəsi ilə sonlanması müharibənin faktiki sonlanması və Səfəvi ordusunun qələbə çalması demək idi.[6]
Aside from the conflict with the Mughals in 1648-50, during which the shah seized Kandahar from Shah Jahān, no major external wars were fought
Battle of Raona.