Mohsen Namjoo (fars. محسن نامجو; 4 mart 1976, Türbət Cam, Rəzəvi Xorasan ostanı) — İran musiqi ifaçısısı, bəstəkarı və yazıçısı.
Mohsen Namcu | |
---|---|
fars. محسن نامجو | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 4 mart 1976 (48 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni-mahnı yazarı, mahnı yazarı[d], müğənni, bəstəkar, aktyor |
Fəaliyyət illəri | 2006-cı ildən |
Janr | xalq musiqisi |
Musiqi alətləri | setar |
mohsennamjoo.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Mohsen Namcu Məşhəd şəhərində, yerli adət-ənənəyə uyğun şəkildə böyüyüb. Uşaqkən ədəbiyyata və musiqiyə marağı yaranmış və oxuduğu məktəbdəki incəsənət tədbirlərində aktiv iştirak etmişdir. 12 yaşında ikən, atasını itirmiş və anası və böyük qardaşları tərəfindən musiqi məktəbinə göndərilmişdir. Burada onun müəllimi Nəsrullah Naşəpur olmuşdur. Ailəsinin etiraz etməsinə baxmayaraq, peşəkar musiqi karyerasına başlamaq qərarı verdi və musiqi təhsilinə Tehran Universitetində davam etmək üçün Tehrana köçdü. Qəbul sınağından keçmək üçün istənilən bir musiqi alətində ifa edə bilməli idi. Maddi vəziyyəti yalnız sətar almağa çatırdı.
1994-cü ildə universitetə qəbul oldu. Burada müntəzəm olaraq teatr və musiqi təhsili aldı. Universitetdəki klassik tədris sistemindən razı deyildi. Klassik, ənənəvi İran musiqisi ilə yaxından maraqlandıqdan sonra həmin ənənəvi musiqini modern musiqi ilə birləşdirib sintez etdi. Bu işləri bəzi musiqi qurumları və nümayəndələri tərəfdən bəyənilmədi və çox ciddi tənqid və maneələrlə üz-üzə qaldı.
İran musiqisini qeyri-ənənəvi bir şəkildə və mahnıların yeni tərzdə ifa edilməsi səbəbilə, üçüncü ilində universitetdən kənarlaşdırıldı. Universitetdən qovulduqdan sonra Tehranda üç konsert verdi. 2000-ci ildən rok və caz musiqisi onun üçün vacib əhəmiyyət kəsb edir. Bu iki musiqi janrını ənənəvi İran musiqisi ilə birləşdirdi. Bu səsyazmalar çox keyfiyyətsiz bir sistemlə qeydə alındı. Bu səsyazmaların bir qismi kopyalandı və bütün İran'da, bir çok insan tərəfindən sevilərək dinlənildi. 2006-cı ildən qapalı konsertlər verməyə başladı və həmin il Beynəlxalq Rotterdam Film Festivalı'nda "Hotspot Teheran" adlı kompozisiya ilə səhnəyə çıxdı. Uğurlu baş tutan bu konsertdən sonra Hollandiya radiosunda onunla bir veriliş hazırlandı və konsertdən bəzi əsərlər çalındı. İran sərhəddlərindən xaricdə Mohsen Namjoo xüsusilə "Sound of Silence" adlanan sənədli filmlə tanındı. Bu filmdə Amir Hamz ve Mark Lazarz, Namjoo ilə birlikdə, İran'ın digər qabaqcıl musiqiçiləri O-Hum, Hich-Kas və Emad Bonakdar'ı da göstərərək, Tehran'dakı underground musiqidən söhbət açırdılar.
İyul, 2009 tarixində Qurana ləkə yaxma iddiası ilə beş il həbsə məhkum olundu.