Moisey Bainov

Moisey Romanoviç Bainov (rus. Моисей Романович Баинов 17 yanvar 1937 - Arşanovo ulusu, Altay rayonu, Xakasiya Respublikası, 2001, Abakan, Xakasiya Respublikası) — Xakas şairi, Rusiya Yazıçılar Birliyinin üzvü (1964), Rusiya Federasiyası Əməkdar Mədəniyyət işçisi (1994).[1]

Moisey Bainov
Moisey Romanoviç Bainov
Təxəllüsü Moisey Bainov
Doğum tarixi
Doğum yeri Arşanovo ulusu, Altay rayonu, Xakasiya Muxtar Vilayəti
Vəfat tarixi 2001-ci il
Vəfat yeri Abakan, Xakasiya Respublikası
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Milliyyəti xakas türkü
Təhsili Maksim Qorki adına Ədəbiyyat İnstitutu
Fəaliyyəti yazıçı, şair, dilçi
Fəaliyyət illəri 1959-2001-ci illər
Əsərlərinin dili xakas dili
İstiqamət poeziya
Janrlar şeir, poema
Mükafatları Rusiya Federasiyası Əməkdar Mədəniyyət İşçisi

Moisey Romanoviç Bainov 17 yanvar 1937-ci ildə Xakasiya Muxtar Vilayətinin (indiki Xakasiya Respublikası) Altay rayonunun Arşanovo ulusunda anadan olmuşdur. Uşaq ikən valideynlərini itirmiş, nənəsinin himayəsində yaşamışdır. O. xakas folkloru örnəklərini də nənəsinin dilindən eşitmiş, xüsusilə taxpax türündə olan nümunələrə ciddi maraq göstərmişdir.

Orta məktəbi doğulduğu kənddə bitirmişdir. Daha sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. Moisey Bainov Rusiya Yazıçılar Birliyinin üzvü seçilmişdir (1964).[1]

2001-ci ildə Abakanda vəfat etmişdir.[2]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Moisey Bainov bədii yaradıcılığa hələ orta məktəbdə oxuduğu illərdə şeirlə başlamışdır. 1959-cu ildə xakas dilində nəşr olunan “Şeirlər” (Стихтар) adlı poetik toplusu və daha sonra yayınlanan “Çöl Duması” poeması ilə ədəbi prosesdə tanınmışdır. Bütövlükdə müəllifin xakasrus dillərində 10-dan artıq kitabı nəşr olunmuşdur. Onun şeirlərini rus dilinə V.Juravlyev, S.Polikarpov, İ.Fonyakov, A.Medvedyev, N.Axpaşeva kimi peşəkar tərcüməçilər çevirmişlər.[2]

Moisey Bainovun poeziyası realist və romantik üslubun qovuşunda təzahür edir. Uşaq ikən yetim qalması, həyatın ən sərt, mürəkkəb keşməkeşləri ilə üzləşməsi onu erkən yaşlarında müdrikləşdirmiş və bu məqam poeziyasına yansımışdır. Onun lirik, melodik şeirlərinin sətirləri arasında real, kədərli, acı həqiqətlər gizlənir. Şeirlərindən fərqli olaraq şairin poemalarında epik vüsət özünü büruzə verməkdədir.

Mosey Bainovun xakas türkcəsinin imkanlarından maksimum bəhrələnərək şeir və poemalar yazması onun doğma ana dilini yaşatmaq missiyasından qaynaqlanır. Müəllifin əsərləri rus dili ilə yanaşı, qırğız, tuvaukrayna dillərinə tərcümə olunmuşdur.[2]

Xakas dilində

  • Стихтар (Şeirlər). - Абакан, 1959. - 44 с.
  • Килдiм, Агбан, хазынзар (Mən gəldim, Abakan, sənin sahilinə): Стихи и поэмы. - Абакан, 1962. - 80 с.
  • Тустарча чорых чоргенi (Zamanında səyaət): poema. - Абакан, 1964. - 80 с.
  • Тас сом (Abidə): Oçerklər toplusu. - Абакан, 1967. - 64 с.
  • Кун сурнахтары (Günəş zərrəsi): Стихи. - Абакан, 1973. - 44 с.
  • Чарых салгахтары.(Şeirlər toplusu). – Абакан, 1977;
  • Тан солбанында тогазыг (Verada görüş): Поэма и стихи. - Абакан, 1982. - 95 с.
  • Кооленістенер ког (Məhəbbət haqqında poema): (Poemalar toplusu). – Абакан, 1988. – 126 с.
  • Хан Тонiс (Xan Tonis): Богатыр. сказание. - Абакан, 1994. - 215 с.

Rus dilində

  • Путешествие во времени: Стихи / Пер. В.Журавлева, С.Поли-карпова, И.Фонякова. - Красноярск: Кн. изд-во, 1966. - 59 с.
  • Я пришел к тебе: Стихи и поэмы / Пер. С.Поликарпова. - М.: Сов. писатель, 1966. - 56 с.
  • Текущие реки: Стихи и поэмы / Пер. А.Медведева. - М.: Современник, 1976. - 61 с.

Mükafatları və xatirəsinin əbədiləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Moisey Bainov Rusiya Federasiyası Əməkdar Mədəniyyət işçisi adına layiq görülmüşdür (1994).

2014-cü ildə Xakasiya Respublikasında Moisey Bainov adına ədəbi mükafat təsis edilmişdir.

  1. 1 2 "Литературная карта Хакасии". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-13.
  2. 1 2 3 Кошелева А. Л. Хакасская поэзия 1920—1990-х годов: Типология и закономерности развития. Абакан, 2001; Библиограф, справочник «Писатели Хакасии» / Сост. Вычужанина А. Г. — Абакан, 2000

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

http://www.nbdrx.ru/chit/lm/souz/souz3.asp

Кошелева А. Л. Хакасская поэзия 1920—1990-х годов: Типология и закономерности развития. Абакан, 2001; Библиограф, справочник «Писатели Хакасии» / Сост. Вычужанина А. Г. — Абакан, 2000