Xakasiya Respublikası

Xakasiya (rus. Республика Хакасия, xak. Хакасия Республиказы) — Rusiya Federasiyası subyektlərindən biri. Sibirin cənubunda, Altay dağlarıYenisey çayı ətrafında və Altay Respublikasının şimalında yerləşən Xakasiya Rusiya Federasiyasına bağlı muxtar bir cümhuriyyətdir. Xakasiya ərazisimdən dünyanın ən böyük çaylarında biri olan Yenisey (Kim Suyu) çayı keçir. 2010-cu il əhalinin siyahıya alınmasına əsasən, respublikanın əhalisi 532.403 nəfər idi.

Xakasiya
Хакас Республиказы
Bayraq Gerb[d]
Bayraq Gerb[d]

53°30′ şm. e. 90°00′ ş. u.


Ölkə
İnzibati mərkəz Abakan
Tarixi və coğrafiyası
Yaradılıb 3 iyul 1991
Sahəsi
  • 61.569 km²
Saat qurşağı
  • Krasnoyarsk vaxtı[d]
Əhalisi
Əhalisi
  • 532.036 nəf. (1 yanvar 2021)
Rəqəmsal identifikatorlar
ISO kodu RU-KK
Telefon kodu 390
Avtomobil nömrəsi 19
Rəsmi sayt
Xakasiya xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paytaxtı Abakan şəhəridir. Ölkənin üçdə ikisi dağlıq olub, xalqın çoxusu Abakan və Yenisey çaylarının kənarında yaşamaqdadır. Relyefi dağlıqdır, ərazinin çox hissəsini Kuznetsk Alatausu dağları və Yeniseyboyu düzənliklər əhatə edir. Ən uca zirvəsi Karaqoş (2930), Aksu-Tayqa (2858) və s-dir. Faydalı qazıntıları daş kömür, dəmir filizi və s-dir. Respublika kəskin kontinental iqlimə malikdir. Yanvar ayının temperaturu -20 °C, iyul ayının temperaturu isə 16-18 °C-dir. Yağıntıların miqdarı 400 mm-dir. Əsas çayları YeniseyAbakandır. Xakasiyanın düzənlik çöllərində çöl, meşə-çöl bitkiləri və qara torpaqlar, dağ yamaclarında tayqa yayılmışdır. Təbii ehtiyatları çoxdur və bura dəmir, qızıl, gümüş, daş kömür, nefttəbii qaz daxildir.

Türkcə danışan xakasların əsl adı koraylardır (Hooraylar). Xakaslar – Kaçinlər (Haaş, Haas) Sogaylar, Kızıllar və Koybollar (Hoybollar) daxil olmaqla, dörd boy olub və bu dörd qrupun da ortaq adı Xakasdır. Xakas dili Türk dilinin Uyğur-Oğuz qrupuna daxildir. Öz dilinə, öz mədəniyyətinə və ənənələrinə bağlı olan Xakasiyada universitet, texnikiinstitut , dil, tarix və ədəbiyyat araşdırmaları institutları fəaliyyət göstərir. Müxtəlif mədəniyyət və sənət quruluşları, 4 teatrı, kitabxana və muzeyləri, musiqi və incəsənət məktəbləri mövcuddur.

Xakaslar 1800-cü illərdə Rus İmperatorluğuna qatılmış, 1930-cu ildə muxtar bölgə statusu almışlar. Xakaslar qədim şamanizm inancına bağlıdırlar.

Xakasların 2000-i aşan tarixləri onların bir Qırğız qrupu olduğunu göstərir.

Tanrı Dağı Qırğızlarının dünyada məşhur olan böyük dastanları Manas da bu tarixi hadisədən bəhs etməkdədir. Manas Dastanının dediyinə görə, Tanrı Dağı Qırğızları Yenisey bölgəsindən bugünkü vətənlərinə Manas Xan rəhbərliyi zamanı köç etmişlər. IX əsr Çin qaynaqları qırğızlardan "Heges" və ya "KieKiaSe" adı ilə bəhs etməkdədir. Sonrakı illərdə Tanrı Dağı Qırğız tayfalarının müsəlmanlaşması və yaşanılan bölgələr arasındakı məsafənin uzaq olması səbəbiylə, Yenisey qırğızlarının ayrıca bir kimlik mənimsəməsinə və Xakas adını qəbul etmələrinə gətirib çıxarmışdır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Xakas Muxtar Bölgəsi sənaye baxımından kömür, dəmir, qızıl, mərmər və s. çox zəngindir. Bundan başqa, taxta-şalban müəssisə sənayesi inkişaf etmişdir. İqtisadiyyat əkinçilikheyvandarlığa əsaslanır.

Qoyunkeçi `yetişdirilməsi hələ də önəmli bir iqtisadi sahə sayılır. Düzənlik sahələrdə reallaşdırılan suvarma layihələri otlaqlarda bəslənən heyvan sayını, əkin əraziləri sahəsini və başda buğda, yulaf, darı və kartof olmaqla, kənd təsərrüfatı istehsalını artırmışdır. Rusların bölgəyə yerləşməsinə də səbəb olan mis mədənçiliyi XVIII əsrdən bəri əhəmiyyətini qoruyub saxlamaqdadır. Abaza və Teyada zəngin dəmir cövhəri, yuxarı Çulımda qızıl, Çemogorskda kömür, Aksizdə barıt çıxarılmaqdadır. Bölgədə həmçinin mis, tungsten yataqları da mövcuddur. Meşələr əhəmiyyətli bir taxta-şalban qaynağıdır.

Respublikanın iqtisadiyyatının əsasını elektroenergetika və dağ – mədən sənayesi təşkil edir. Ölkədə zəngin meşə örtüyü meşə və ağac emalı, meşə - kimya sənayesinin inkişafına təkan vermişdir. Yüngül və və yeyinti sənayesi var. Kənd təsərrüfatında buğda, kartof, tərəvəz bitkiləri əkilir. Heyvandarlıqda zərifyunlu qoyunçuluq, atçılıq, maldarlıq inkişaf etmişdir. Xakasiya Respublikasında avtomobil, dəmiryolu, çay nəqliyyatı inkişaf etmişdir.

Əhalisi: 532.403 (2010 siyahıyaalınması); 546.072 (2002 siyahıyaalınması); 568.605 (1989 siyahıyaalınması).

Vacib statistika

[redaktə | mənbəni redaktə et]
Mənbə: Rusiya Federal Dövlət Statistika Xidməti Arxivləşdirilib 2008-04-12 at the Wayback Machine
Əhali (x 1000) Doğum Ölüm Təbii artım Doğum səviyyəsi (hər 1000 nəfərə) Ölüm səviyyəsi (hər 1000 nəfərə) Təbii artım səviyyəsi (hər 1000 nəfərə) Hər qadına düşən doğuş
1970 448 7,347 3,749 3,598 16.4 8.4 8.0
1975 476 9,106 4,485 4,621 19.1 9.4 9.7
1980 508 9,994 5,345 4,649 19.7 10.5 9.2
1985 541 10,382 5,546 4,836 19.2 10.3 8.9
1990 572 8,724 6,060 2,664 15.3 10.6 4.7 2,27
1991 573 8,114 6,195 1,919 14.2 10.8 3.3 2,14
1992 574 6,917 6,843 74 12.0 11.9 0.1 1,81
1993 574 6,152 8,387 - 2,235 10.7 14.6 - 3.9 1,58
1994 572 6,219 9,426 - 3,207 10.9 16.5 - 5.6 1,57
1995 571 5,807 8,186 - 2,379 10.2 14.3 - 4.2 1,44
1996 569 5,727 8,093 - 2,366 10.1 14.2 - 4.2 1,40
1997 566 5,309 7,766 - 2,457 9.4 13.7 - 4.3 1,28
1998 563 5,602 7,821 - 2,219 10.0 13.9 - 3.9 1,34
1999 559 5,312 8,304 - 2,992 9.5 14.8 - 5.3 1,26
2000 556 5,634 8,104 - 2,470 10.1 14.6 - 4.4 1,32
2001 552 5,576 8,561 - 2,985 10.1 15.5 - 5.4 1,28
2002 547 6,118 9,280 - 3,162 11.2 17.0 - 5.8 1,39
2003 542 6,417 9,660 - 3,243 11.8 17.8 - 6.0 1,44
2004 539 6,453 8,763 - 2,310 12.0 16.3 - 4.3 1,43
2005 536 6,198 9,411 - 3,213 11.6 17.6 - 6.0 1,35
2006 533 6,465 7,927 - 1,462 12.1 14.9 - 2.7 1,40
2007 531 7,384 7,324 60 13.9 13.8 0.1 1,60
2008 531 7,935 7,427 508 14.9 14.0 1.0 1,72
2009 531 8,062 7,255 807 15.2 13.7 1.5 1,81
2010 532 8,010 7,373 637 15.0 13.8 1.2 1,80
2011 532 8,013 7,154 859 15.1 13.4 1.7 1,83
2012 533 8,534 7,137 1,397 16.0 13.4 2.6 2,00
2013 534 8,362 6,987 1,375 15.7 13.1 2.6 2,01
2014 535 8,145 6,999 1,146 15.2 13.1 2.1 2,01
2015 536 7,911 7,216 695 14.8 13.5 1.3 1,99
2016 537 7,592 6,869 723 14.1 12.8 1.3 1,96(e)
2017 537 6,662 6,752 -90 12.4 12.5 -0.1

2007-ci ildə respublikada uzun illər ərzində ilk dəfə əhalinin müsbət təbii artımı qeyd edilmişdir (Çox kiçik olmasına baxmayaraq, illik 0.01 faizdən az), bununla da Rusiyada təbii əhali artımı müsbət olan 20 bölgəsindən biri olmuşdur.[1][2][3]

2010-cu il Rusiya siyahıyaalınmasına görə, etnik ruslar respublika əhalisinin 81,7% -ni təşkil edir, etnik xakaslar yalnız 12.1%-dir. Digər qruplara etnik almanlar (1.1%), ukraynalılar (1%), tatarlar (0.6%) və hər bir əhalinin 0,5% -dən azını təşkil edir digər kiçik qruplar daxildir.

Ethnic
group
1926 siyahıyaalınması 1939 siyahıyaalınması 1959 siyahıyaalınması 1970 siyahıyaalınması 1979 siyahıyaalınması 1989 siyahıyaalınması 2002 siyahıyaalınması 2010 siyahıyaalınması1
Sayı % Sayı % Sayı % Sayı % Sayı % Sayı % Sayı % Sayı %
Xakaslar 44,219 49.8% 45,799 16.8% 48,512 11.8% 54,750 12.3% 57,281 11.5% 62,859 11.1% 65,421 12.0% 63,643 12.1%
Ruslar 41,390 46.6% 205,254 75.3% 314,455 76.5% 349,362 78.4% 395,953 79.4% 450,430 79.5% 438,395 80.3% 427,647 81.7%
Almanlar 46 0.1% 333 0.1% 10,512 2.6% 10,547 2.4% 11,130 2.2% 11,250 2.0% 9,161 1.7% 5,976 1.1%
Ukraynalılar 836 0.9% 7,788 2.9% 14,630 3.6% 9,480 2.1% 10,398 2.1% 13,223 2.3% 8,360 1.5% 5,039 1.0%
Digərləri 2,381 2.7% 13,556 5.0% 22,938 5.6% 21,685 4.9% 23,622 4.7% 29,099 5.4% 24,735 4.5% 21,409 4.1%
1 İdarə məlumat bazalarından qeydiyyatdan keçən 8,689 nəfər etnik mənsubiyyətini elan edə bilmədi.[4]
Xakasiyada din 2012-ci il üçün (Sreda Arena Atlas)[5][6]
Rus Pravoslav Kilsəsi
  
31.6%
Digər Şərq ortodoks kilsəsi
  
1.4%
Protestantlıq
  
0.8%
Digər Xristianlar
  
6%
İslam
  
0.6%
Paqanizm və digər yerli inanclar
  
2%
İnanclı, amma dindar deyil
  
37.6%
Ateizmdinsiz
  
15.8%
Digərləri
  
4.2%

2012-ci il sorğusuna görə, Xakasiyanın əhalisinin 31.6% -i Rus Pravoslav Kilsəsinə, 6% -i qeyri-xristian icmalara, 1% -i heç bir kilsə mənsubiyyəti olmayan və digər (qeyri-rus) pravoslav kilsələrinə aid olmayan pravoslav xristianlardır. Əhalinin 2% -i paqanizmə, 1% İslama, 1% Protestantlıqa, 0.4% Hinduizmə (Vedizmə, Krişnaizmə yaxud Tantrizmə) və digər 0.4% Tibet Buddizminə inanır. Bundan əlavə, əhalinin 38% -i "inanclı, lakin dindar deyil", 16% ateist, 2,6% isə digər dinlərə tabedir və ya suala cavab vermir.

Xakas dilin uyğur dilinə yaxındır. Bu gün bir yazı dilinə sahib olan Xakasların dil və ədəbiyyat institutları mövcuddur. Xakaslar Çar dövründə zorla qəbul etdirilən Kiril əlifbasını Sovet İnqilabından sonra tərk edib, Latın əlifbasına keçmişlər, amma 1939-cu ildən sonra yenidən Rus əlifbasını istifadə etmək məcburiyyətində qalmışlar. Monqol diliÇin elementlərinin də rast gəlindiyi Xakas dilinin söz dağarcığı daha çox ortaq Türkcənin sözlərindən ibarətdir. Xakaslar zəngin bir xalq ədəbiyyatı ənənəsinə sahibdirlər. Türkoloq W. Radloffun Xakas ləhcəsi ədəbiyyatı və etnoqrafyasıyla bağlı geniş araşdırmaları mövcuddur.[7]

  • Abakan – 165.197 nəfər (2002-ci il siyahıya almasına əsasən)[8]
  • Sayanoqorsk – 50.255 nəfər (2002-ci il siyahıya almasına əsasən)[9]
  1. Постоянное население России на начало 2008 года - 142 миллиона человек Arxivləşdirilib 2008-03-20 at the Wayback Machine. Demoscope.ru. Retrieved on 2013-08-20.
  2. В 2007 году естественная убыль снизилась до 478 тысяч человек, а миграционный прирост увеличился до 240 тысяч Arxivləşdirilib 2008-03-20 at the Wayback Machine. Demoscope.ru. Retrieved on 2013-08-20.
  3. Каталог публикаций::Федеральная служба государственной статистики Arxivləşdirilib 2018-12-24 at the Wayback Machine. Gks.ru (2010-05-08). Retrieved on 2013-08-20.
  4. Перепись-2010: русских становится больше Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine. Perepis-2010.ru (2011-12-19). Retrieved on 2013-08-20.
  5. "Arena: Atlas of Religions and Nationalities in Russia" Arxivləşdirilib 2017-12-06 at the Wayback Machine. Sreda, 2012.
  6. 2012 Arena Atlas Religion Maps. "Ogonek", № 34 (5243), 27/08/2012. Retrieved 21/04/2017. Archived.
  7. "Xakasiya". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-30.
  8. "RussiaOutdoors - Путешествия по России". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.
  9. "RussiaOutdoors - Путешествия по России". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]