Moisey Xorenli[2] və ya Movses Xorenatsi (erm. Մովսես Խորենացի) — erməni tarixçisi, "Ermənistan tarixi" kitabının müəllifi. Dünya akademik elmi onu, yazılarındakı, verdiyi məlumatlardakı İnterpretasiya, interpolyasiya və anaxronizmə görə daha çox qeyri-ciddi qəbul edir və yazdıqlarını şübhə altına alır. Britannika Ensiklopediyasının verdiyi məlumata görə M.Xorenli haqqında məlumatı "Ermənistan tarixi"ndə yazılan avtobioqrafik məlumatlardan başqa heç bir mənbələrdən tapmaq mümkün olmayıb. Ümumiyyətlə, kitabdakı V əsrdən sonrakı dövrə aid olan məlumatların yer alması onun V əsrdə yox, VII-IX əsrlərdə yaşadığına işarə edir. Ona görə də M.Xorenlinin Mesrop Maştotsun tələbəsi və Saak Baqratuni ilə "tanışlığı" şübhə altına alınır. Devid Marşal Lenqin fikrinə görə artıq 1970-ci illərin axırlarında dünyada Sovet Ermənistanından kənarda "Ermənistan tarixi"nin V əsrə aid olduğuna inanan alim yox idi.
Moisey Xorenli | |
---|---|
erm. Մովսես Խորենացի | |
Doğum tarixi | təq. 410[1] |
Vəfat tarixi | 490 |
Vəfat yeri | Ermənistan |
Milliyyəti | erməni |
Fəaliyyəti | tarixçi, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumiyyətlə, kanonik erməni tarixinə şübhə ilə yanaşan hər bir alim, tədqiqatçi sovet erməni alimləri tərəfindən çox kəskin, "milliyətçi hücumlara" məruz qaldıqlarını qeyd ediblər. Ronald Suni misal kimi, M.Xorenlinin həyat və yaradıcılığını kəskin şübhə altına alan Robert Tompsona edilən "milliyətçi" hücumları göstərir.