Əjdər Tağıoğlu

Əjdər İsmayılov (tam adı:İsmayılov Əjdər Tağı oğlu; 23 aprel 1938, Çomaxtur, Noraşen rayonu13 mart 2022[1], Bakı) — Azərbaycan alimi, filoloq, tarixçi, türkoloq; filologiya elmləri doktoru, professor. 91-lərdənYAP-ın ən fəal yaradıcılarından olan siyasətçi.[2]

Əjdər İsmayılov
Doğum tarixi 23 aprel 1938(1938-04-23)
Doğum yeri
Vəfat tarixi 13 mart 2022(2022-03-13)[1] (83 yaşında)
Vəfat yeri
Milliyyəti Azərbaycanlı
Atası Tağı İsmayılov
Elm sahələri Azərbaycan ədəbiyyatı, türkologiya, filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı
İş yerləri
Təhsili
Tanınır filoloq, tarixçi, türkoloq, siyasətçi
Mükafatları "Tərəqqi" medalı
ajdarismayilov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olmuşdur[3]. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxumuş, rejisor Mehdi Məmmədovunaktyor Rza Təhmasibin tələbəsi olmuşdur.

1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosentprofessor olmuşdur.

Əjdər İsmayılov 13 mart 2022-ci ildə Bakı şəhərində vəfat etmişdir.[4]

Məşədi Mahmud İsmayıloğlunun nəvəsi, istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən olan Tağı İsmayılovun oğludur.[5]

Pedaqoq, hidro meliorator Həsən İsmayılovun qardaşı, iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı, hüquqşunas Cavid İsmayılın atasıdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuşdur. Akademiyanın vitse-prezidenti akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında "Hüseyn Cavidin tarixi dramları" ("Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam") mövzusunda namizədlik dissertasiyasını 1974-cü ildə müdafiə etmişdir.

1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq edilmiş "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlamışdır. Burada ədəbiyyatşünaslığımızda Azərbaycan romantizminin yaranmasını 1905–1917-ci il hadisələri ilə bağlayan fikir sahiblərinin əksinə olaraq, Hüseyn Cavid romantizminin mənşəyinin Zarvan ("Avesta") fəlsəfəsindən başlandığını, sənətin fəlsəfi-estetik dəyərləri baxımından Türk "Tənzimat ədəbiyyatı" başda olmaqla, mütəfəkkir şairin dünya ədəbiyyatının korifeylərinin sənət yoluna bağlılığı demonizm kontekstində araşdırılıb. Kitabda dünya romantizmində demonizm ənənələrinin H.Cavid irsində davamı və inkişafı məsələləri araşdırılmışdır. Əjdər İsmayılov H.Cavid yaradıcılığının ideya-fəlsəfi, bədii-mifoloji köklərini açıb göstərmiş, sənətkarın aləmindəki milli və ümümbəşəri cəhətləri tədqiq etmişdir[6].

H.Cavidi dünya ədəbiyyatının nəhəngləri ilə eyni sırada görməyən, o biri tərfdən demonologiya fəlsəfəsini dərk etməkdə çətinlik çəkən məşhur alimlərimizə cavab olaraq, 1988-ci idə Moskvadan və Gürcüstandan dəvət edilmiş dünya ədəbiyyatı üzrə məşhur beş mütəxəssis alimin Müdafiə Şurasında etdikləri müsbət çıxışları və xüsusən moskvalı rəsmi opponent professor A.L.Şteynin: "Biz romantizm ədəbiyyatı mütəxəssisləri bu dissertasiyayadək dünya romantizminin XIX əsrdə sona yetdiyi fikirindəydik, sən demə XX əsrdə Hüseyn Cavid kimi sənət nəhəngi varmış" — dediyi sözlər keçmiş Sovetlər Birliyində ədəbiyyatşünaslıqda və fəlsəfədə ilk dəfə demonizm problemindən, onun fəlsəfi-estetik və siyası dəyərlərindən danışan dissertasiyanın qabağını xudpəsəntcəsinə kəsməyə çalışan bizim məşhurlara tutarlı cavab oldu.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Əjdər İsmayılov

1961-ci ildə ADU-nu bitirib, anadan olduğu dogma kəndində, Çomaxtur kənd səkkizillik məktəbində pedaqoji fəaliyyətə başlamışdır.

Çomaxtur kənd səkkiz illik məktəbində yenidən müəllimlik fəaliyyətinə başlayaraq 1974–1977-ci dərs ilində özünün şəxsi təşəbbüsü ilə səkkiz illikdən orta təhsilə çevirilən və müasir tədris avadanlığı ilə təchiz edilmiş iki mərtəbəli məktəb binasının inşasında müstəsna xidməti olmuş və məktəb direktoru işləmişdir.

1977-ci ildə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutuna dəvət edilmiş, Ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olmuşdur (1994-cü ilə qədər).

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
YAP-ın yaradıcıları olan 91-lərdən bir qrupu

1990-cı ilin noyabr ayında təsis etdikləri "Şərur döyüşür" hərbi-cəbhə qəzetinin ilk sayı Şərur rayonu mətbəəsində onun Kremlin işğalçı siyasətini ifşa edən "İmperiya qoşunları Naxçıvan sərhədlərində" adlı məqaləsi ilə buraxılmışdı[7].

1990-cı ilin dekabr ayında Bakı-İrəvan dəmir yolu ilə gələn yük qatarlarının İrəvana tərəf keçməsinin guya "təhlükəsizliyini" təmin etmək, əslində Naxçıvan Vilayətini ermənilərə təhfil vermək üçün Şərur stansiyasını hərbləşdirmək bəhanəsilə faciəli planı həyata keçirməyə çalışan general Surkov Afiyəddin Cəlilova bildirmişdi ki, komandası altında olan qoşunun bir hissəsini Sədərək qəsəbəsinin girəcəyində, bir hissəsini Qıvraq kəndində rus polkunun ərazisində, o biri hissəsini Naxçıvanın çıxacağında yerləşdirdikdən sonra yolu Mehri stansiyasından bağlamış ermənilərlə danışığa gedəcək. Bir dəstə ziyalını dinləyəndən sonra rus generalının öz dili ilə dedyi planı ifşa edən Əjdər İsmayılovun qəti etirazından nəticəyə gələn Afiyəddin Cəlilov Surkovun ordusunu Muxtar Respublikanın ərazisindən çıxarmışdı.

1992-ci ilin 21 aprelində Azərbaycan Respublikasına prezident seçkisi qarşısında Şərur əhalisinin toplantısını təşkil etmiş, Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürdmüşdü. Bu toplantı müdrik siyasət rəhbərinin Azərbaycanı müstəqilliyə aparacaq mübarizə yolunun başlanğıcı idi. Toplantının çıxardığı qərarı 22 aprel 1992-ci ildə Bakı şəhərində yerləşən döyüşən Naxçıvana hər cür köməklik göstərən "Əlincə" cəmiyyətinə çatdırmışdı[8].

Heydər Əliyevin Azərbaycan Respublikasına prezident namizədliyini irəli sürmüş Şərur əhalisinin toplantısında "yaş həddi" ilə əlaqədar çıxarılmış qərarı müdafiə etmək üçün keçmiş Ali Sovetinin binası qarşısında 1992-ci ilin 24 aprelində tarixi mitinq keçrilmişdi. Mitinqin tşkilatçılarından olan Əjdər İsmayılov ilk çıxışında iki məlum qüvvətli qonşu dövlət tərəfindən Azərbaycanı parçalayıb, ermənilərə Kür çayında hüdudlanan, oradan "Port İliç" deyilən ərazidən dənizə çıxan böyük coğrafiyanı, oradan başlayaraq Abşeron yarımadası və ölkəmizin şimal torpaqları onunla həmsərhəd olan qonşu dövlətin, Talış bölgəsi başqa bir qonşu ölkənin ərazisinə daxil edilməsi planlaşdırıldığı bir zamanda Abşeron bağlarında gizlədilən Viktor Polyaniçkonun Bakıda 20 Yanvar qırğınını təkrar etməyə hazırlaşan Pirmokov rus kəşfiyyatına başçılıq etdiyini mitinq iştirqkçılarına çatdırmış, xalqı ayıqlığa, qarşıdan gələcək fəlakətlərdən xilas üçün Heydər Əliyevin ətrafında birləşməyə çağırmışdı[9].

Əjdər İsmayılov mitinqdən sonra Heydər Əliyevin dəvətilə Naxçıvanda onun qəbulunda olmuş və Bakıda baş verən mürəkkəb və ziddiyyətli siyasi hadisələr barədə xilaskarımıza ətraflı məlumat vermişdi. Sonra baş verən mürəkkəb hadisələrin xaosunda xilas yolunu seçə bilməyən xalqı onun ətrafında birləşdirmək üçün partiya yaratmağın zəruriliyini təklif etmişdi.

1992-ci ilin avqust ayında bu məqsədlə o, Şərur rayonunda ziyalılardan ibarət "Heydər Əliyev tərəfdarları" təşəbbüs qrupunu yaratmış, rayon ərazisini dairələrə ayırmış və bir neçə ayda otuz iki mindən artıq tərəfdarı siyahıya aldırmışdı. Şərurluların bu fəaliyyəti 1992-ci il 21 noyabr tarixində YAP-ın Naxçıvan şəhərində keçirilən təsis konfransının tarixi əsasını qoymuş oldu.

1992-ci ilin 24 oktyabr ayında Naxçıvan şəhərinin, CulfaOrdubad rayonlarının Xalq Cəbhələrinin fəalları başda olmaqla, onların fikir tərəfdarları Heydər Əliyevi hakimiyyətdən salmaq və onu ələ keçirmək məqsədilə istirahət günündən istifadə edərək gözlənilmədən Naxçıvan Radio və Televiziya Verlişləri Komitəsinin və Naxçıvan Daxili İşlər Nazirliyinin binalarını ələ keçrilsə də, əhalinin köməyi ilə hər iki bina tez bir zamanda təhlükəli hadisə baş vermədən, cəbhəçilərdən təmizlənmişdi.

1992-ci ilin 28 oktyabr tarixində Naxçıvan Muxtar Respublikası ictimaiyyəti nümayəndələrinin Ali Məclisin binasında keçirilən toplantısında fəlakətlə üz-üzə dayanmış Vətənin xilasına gəlmiş Heydər Əliyevin ətrafında sıx birləşməyə çağıran Əjdər İsmayılov sonda demişdi:

"Moskvada olarkən Heydər Əliyev qəlbinin sağlamlığını xalqına qurban verdi. O, rus qoşunlarını Naxçıvandan hadisəsiz, gül-çiçəklə yola saldı. Mənim qəti tələbim budur ki, Heydər Əliyevə qarşı yönəldilmiş təxribatlara son qoyulsun." Heydər Əliyevin göstərişi ilə Əjdər İsmayılov yazdığı bəyanatı toplantı iştirakçılarına özü çatdırmışdı[10].

1992-ci ilin 9 dekabr tarixində Əjdər İsmayılov "Yeni Azərbaycan Partiyası"nın ümumxalq mahiyyətini aşkarlayan "Səs" qəzetində "Partiyamızın lideri xalqdı" bəyanatı ilə çıxış etmişdi.

1992-ci ilni 12 dekabr tarixində Əjdər İsmayılov Naxçıvan şəhərində "Heydər Əliyev tərəfdarları" təşəbbüs qrupunu yaratmışdı. 1992-ci ilin dekabr ayınıda Əjdər İsmayılov Heydər Əliyevi fiziki cəhətdən məhv etmək məqsədilə "Xalq Cəbhəsi"nin Naxçıvan şəhər, Ordubad və Culfa rayon şöbələrinin bir sıra fəallarının dəvəti ilə Türkiyədən gəlmiş üç nəfərin, daha sonra bir nəfərin (Milli Məclisin yaxınlığında Heydər Əliyevi qətlə yetirmək istəyən terroristdən söhbət gedir) törədəcəyi qəddar əməlin əməliyyat yolu ilə qarşısını almışdı.

1992-ci ilin 15 dekabrında mərhum Elçibəyin hakimiyyətini öz çirkin əməllər ilə fəlakətə sürükləyən onun ətrafında zor sahibi olan qara güruh qüvvələrin göstərişi ilə Naxçıvan Sərhəd Qoşunları gecənin bir vaxtı şəhərə çıxıb, çevriliş etməli, hakimiyyəti "Xalq Cəbhəsi"nin fəalları ələ keçirməli idilər. Heydər Əliyevin göstərişi ilə ordu qərargahına Əjdər İsmayılov gedərək, həmin günün axşamı saat 23-dən dekabrın 16-na keçən gecədə saat 3-dək komandirlərə 1918–1920-ci illərdə ingilislərin köməyilə ermənilərin Naxçıvan əhalisini qətl və qarət edərək Arazın o tayına qovaladıqları onlrın da atalarından və babalarından eşitdikləri faciəli tariximizi faktlarla xatırladaraq demişdir ki, düşmənin planı ilə törətmək istədiyiniz əməl erməni banditlərinin adıyla ruslar Vilayətimizi "Xocalı"ya çevirəcəklər və tarixi təkrar edəcəklər. Saatlarla çəkən gərgin mübahisə inama çevrildi, Bakıdan gələn şeytan fitvasına komandirlər ayıldı.

1993-cü ilin 27 yanvarında Heydər Əliyevin iştirakı ilə keçirilən YAP-n Şərur təşkilatının təsis konfransında Əjdər İsmayılov çıxışının bir yerində demişdi: "Qurcağımız dövlətin heç bir strukturunda işə getməyəcəyimə and içirəm. Ancak Vətənimizi hədələyən fəlakətlərdən qorumq üçün Allahın yolladığı bu müdrik xilaskarı biz həyatımız bahasına olsa da, qorumalıyıq."

Əjdər İsmayılov 1993-cü il 7 fevral tarixində Culfa rayonunun Bənnanyar kəndindən gəlmiş 45 nəfərin xahişini Heydər Əliyevə çatdırdıqdan sonra demişdi ki, məsləhətsə gələn nümayəndələri qəbul etsin və onların iştirakı ilə rayon adından "Heydər Əliyev tərəfdarları" təşəbbüs qurupu yaradılsın. Çünki Culfa "Xalq Cəbhəsi" qəti imkan verməzdi ki, YAP-çılar şəhərə getsinlər və orada təşəbbüs qurupu yaratsınlar.

Heydər Əliyev Ali Məclisin qanı donduran soyuq otaqlarının birində gələn nümayəndələri qəbul etmiş və onları saatlarla bir-bir dinləmişdi. Bundan sonra YAP-ın yaradılacaq Çulfa rayon təşkilatının "Heydər Əliyev tərəfdarları" təşəbbüs qrupu yaradılmışdı.

1994-cü il 4 oktyabr tarixində Bakı şəhərində çevriliş etməyə cəhd göstərən məlum qüvvələrin qanlı əməllərininin qarşısını almaq üçün prezident aparatında lazımi tədbirlərə hazırlıq görüldüyü zaman hadisələrin önlənməsində şəxsən Əjdər İsmayılovun, habelə 24 aprel 1992-ci ildə Ali Sovetin binası qarşısında keçirilən Heydər Əliyevin "yaş senzi" mitinqlərindən başlayaraq, onun ətrafımda kifayət sayda birləşən "Heydərçilər"in müstəsna xidmətləri olmuşdu.

Xalqın Heydər Əliyevə olan sevgisi hakimiyyəti xilas etdi, fəlakət arxada qaldı. Səhəri günü hava işıqlaşanda saat 6-da Heydər Əliyevlə iş otağından çıxan yerdə görüşüb, onu evə yola salan üç nəfər — Şeyxülislam Hacı Allahşükür Paşazadə, Cəlal Əliyev bir də Əjdər İsmayılov olmuşdur[11].

1994-cü il 5 oktyabr tarixində Heydər Əliyevin göstərişi ilə Azadlıq meydanında yüz minlərlə əhalinin iştirak etdiyi dövlət çevrilişinə həsr edilmiş mitinqin təşkilatçılarından biri Əjdər İsmayılov olmuşdu.

Elmi monoqrafiyaları

[redaktə | mənbəni redaktə et]

Seçilmiş məqalələr və müsahibələr

[redaktə | mənbəni redaktə et]
  1. Molla Pənah Vaqifin anadan olmasının 250 illiyi qarşısında – Gözəllik və məhəbbət müğənnisi-Şərq qapısı 05 sentyabr 1968-cı il 4 cü səh.
  2. Cavid teatrının bəzi xüsusiyyətləri - Qobustan 1972 №4 s.16-20
  3. Hüseyn Cavidin tarıxı dramlarının bəzi xüsusiyyətləri – EA-nın elmi şurasının X elmi sessiyası – tezis. Bakı, 1973. s25-28
  4. Xalq və qəhrəman problemi – Ulduz jurnalı 1973, №5 s. 62-64
  5. Hüseyn Cavid yaradıcıılığında azad qadın problemi – Azərbaycan jurnalı 1973, №7.
  6. Hüseyn Cavid və Şekspir (İblis – Otello) – Elm və Həyat jurnalı 1976 №9, s.22-24.
  7. Hüseyn Cavid və Bayron – Elm və Həyat jurnalı,
  8. Hüseyn Cavid və Gete – Elm və Həyat jurnalı, 1980 №1, s.35-38.
  9. Hüseyn Cavid və Şekspir – Qobustan, 1981 №1 s.15-17.
  10. Cavid,Cabbarlı və Azərbaycan sovet teatrı – Azərbaycan müəllimi qəzeti, №65 (3159) 15.08.1979.
  11. Bir əsatirin izi ilə. Sovet Naxçıvanı qəzeti. 27.01.1980.
  12. Azərbaycanda günəş inamı - Sovet Nxçıvanı qəzeti №176 (12999) 07.26.1981.
  13. Ulu əcdadımızın bahar bayramı - Sovet Nxçıvanı qəzeti № 69 (14410) 18.03.1986.
  14. ... Haq yoludur tutduğumuz yol!- Şərur cəbhəsi - 26 yanvar 1990, №4-5 səh 2.
  15. Yolumuz hayanadır – Şərq qapısı № 142 (15.682) – 30 iyun 1990-cı il, səh 3.
  16. İslam özülçülüyü: uydurmalar, həqiqətlər.- Şərq qapısı qəzeti – № 215. (15.755) – 22 sentyabr 1990-cı il səh. 2-3.
  17. Rus imperiya qoşunları Şərur sərhədlərində - Şərur döyüşür cəbhə bületeni – Şərur mətbəəsi, 1991 dekabr №1.
  18. Keçmiş Sədərək qlaballığının bu günü – Azərbaycan jurnalı, 1991 №11.
  19. Naxçıvandan Türkiyədəki Azərbaycan milli mərkəzinin baş katibi Əhməd Qaracaya açıq məktub (1-ci hissə) - Səs qəzeti № 41 (70) 01.10.1992.
  20. Naxçıvandan Türkiyədəki Azərbaycan milli mərkəzinin baş katibi Əhməd Qaracaya açıq məktub (2-ci hissə) - Səs qəzeti № 39 (68)17.10.1992.
  21. Partiyamızın lideri xalqdır - Səs qəzeti 09.12.1992.
  22. Partiyamızın lideri xalqdır – Naxçıvan qəzeti № 83 (267) 29.11.1997.
  23. Yeni Azərbaycan partiyası gələcəyin partitasıdır - Yeni Azərbaycan q. №92 (267) 29.11.1997.
  24. Uca Allahdan diləyirəm - Qələbə uğrunda q. №3-4 (3-4) 10.05.1999.
  25. XXI əsr milli tariximizdə Azərbaycan dili və Azərbaycan ideoloqiyası əsri olmalıdır – “ İki sahil qəzeti” 24.06.2001. (müsahibəni apardı Yeganə Əliyeva)
  26. Qədim erməni dövlətçiliyi illüziyası və ya "işkil" (Səllim itlər) etnosunun "hay və armyan" anlamları ilə əlaqəsi. İki sahil qəzeti 31.10. 2001.
  27. Qədim erməni dövlətçiliyi illüziyası və ya "işkil" (Səllim itlər) etnosunun "hay və armyan" anlamları ilə əlaqəsi. - . İki sahil 2.11.2001.
  28. Qədim erməni dövlətçiliyi illüziyası və ya "işkil" (Səllim itlər) etnosunun "hay və armyan" anlamları ilə əlaqəsi. İki sahil qəzeti 03.11.2001.
  29. Qədim erməni dövlətçiliyi illüziyası və ya "işkil" (Səllim itlər) etnosunun "hay və armyan" anlamları ilə əlaqəsi. İki sahil qəzeti 6.11.2001.
  30. Qədim erməni dövlətçiliyi illüziyası və ya "işkil" (Səllim itlər) etnosunun "hay və armyan" anlamları ilə əlaqəsi. İki sahil qəzeti 07.11.2001.
  31. Ən yaxın silahdaş və sirdaş – “Azada Azərbaycan” № 62 (820) 27.04.2005. (müsahibəni aldı Hacı Tofiq Seyidov)
  32. Bizə birlik - milli birlik gərəkdir! 30.09.2006 ( milli birlik müsahibə )
  33. 15 yaşlı YAP-ın problemləri - Milli birlik № 09 (29) 21.09.2007. Ruhiyyə Nəsimiqızı müsahibə
  34. "26 Bakı komissarları" barədə tarixi həqiqət. Yaxud 3 məzarsız komissar kimdir? - "Xalq qəzeti" - 2009.- 19 aprel.- S. 4.[22]
  35. Ermənidə şərəf, namus, qürur anlayışı yoxdur. Milli birlik № 04 (47) 30.04.2009. (müsahibəni apardı Ruhiyyə Nəsimiqızı)
  36. Türkcədən türkcəyə tərcümə düzgündürmü? (müsahibə Milli birlik qəzeti) 31.01.2009.
  1. 1 2 Professor Əjdər İsmayılov vəfat edib // https://apa.az/az/social/professor-ejder-ismayilov-vefat-edib-692237.
  2. "1992-ci İLDƏ HEYDƏR ƏLİYEVİ HAKİMİYYƏTƏ ÇAĞIRAN 91 NƏFƏR («91-lər»in siyahısı)" (az.). mediaforum.az. 2007-04-02 - 19:11:00. 2016-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-15.
  3. İsmayılov Əjdər Tağı oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 276. ISBN 5-8066-1468-9.
  4. Əjdər İsmayılov vəfat etdi
  5. Təmiz adım, qorxmaz ömrüm mənim ən böyük var-dövlətim, tükənməz sərvətimdir - Əjdər İsmayılov
  6. Ramazan Seyidov. "Hüseyn Cavidin "İBLİS" faciəsinin əsas qayəsi" (az.). ramazan-seyid.blogspot.com. December 29, 2010. 2019-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-10.
  7. "Səs" qəzeti, 09 dekabr 1992-ci il
  8. "Naxçıvan" qəzeti, №83(267), 29 noyabr 1997-ci il
  9. 24 aprel mitinqi 1992
  10. "Yeni Azərbaycan" qəzeti, №92(267), 29 noyabr 1997-ci il
  11. "Milli birlik" qəzeti, №09(29), 21 sentyabr 2007-ci il
  12. 1 2 "Hüseyn Cavid-Azərbaycan şairi, yazıçı və dramaturq" (az.). xatai.libmks.az. 24-10-2014, 07:02. 2014-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-15.
  13. "İsmayılov, Əjdər Tağı oğlu". 2014-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-17.
  14. ""Qədim ön Asiya və ön Qafqaz türk tayfaları" erməni saxtakarlığını elmi əsaslarla ifşa edir" (az.). olaylar.az. 17.06.2014 15:13. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-15.
  15. "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" adlı kitabının təqdimat mərasimi[ölü keçid] — "Azpress" saytı
  16. Erməni tarixşünaslığının şah damarını kəsən əsər Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine — AZƏRTAC
  17. [1] Arxivləşdirilib 2019-09-20 at the Wayback Machine — AZƏRTAC
  18. [2] Arxivləşdirilib 2022-01-23 at the Wayback Machine — AZƏRTAC
  19. [3] Arxivləşdirilib 2020-12-01 at the Wayback Machine — ONN media
  20. [4] Arxivləşdirilib 2021-11-23 at the Wayback Machine — YAP.org.az
  21. [5] Arxivləşdirilib 2020-06-25 at the Wayback Machine — GÜNAZ.TV
  22. Əjdər Tağıoğlu. ""26 Bakı komissarları" barədə tarixi həqiqət. Yaxud 3 məzarsız komissar kimdir?". Azərbaycan Milli Kitabxanası (az.). anl.az. 2009. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-16.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]