Moisey Yefimov (saxa Моисей Ефимов ) (4 avqust 1927 – 14 noyabr 2010) – Saxa şairi və tərcüməçisi, Saxa Respublikasının Xalq şairi, SSRİ Yazıçılar Birliyinin üzvü (1957)
Moisey Yefimov | |
---|---|
Moisey Dmitriyeviç Yefimov | |
Doğum tarixi | |
Doğum yeri | Dulgalax kəndi,Verxoyansk ulusu,Saxa Respublikası |
Vəfat tarixi | 14 noyabr 2010-cu il |
Vəfat yeri | Yakutsk,Saxa Respublikası |
Milliyyəti | Saxa türkü |
Təhsili | Yakutiya Pedoqoji İnstitutu |
Fəaliyyəti | yazıçı, şair |
Fəaliyyət illəri | 1940-2010 |
Əsərlərinin dili | saxa dili,rus dili |
Janrlar | şeir,poema, tərcümə |
Tanınmış əsərləri | "Киирбэт күннээх дойдуга" (Günəşin batmadığı yerdə),1954 |
Üzvlüyü | |
Mükafatları |
"Qırmızı əmək bayrağı" ordeni Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi |
Moisey Dmitriyeviç Yefimov 4 avqust 1927-ci ildə Yakutiya ASSR Verxoyansk rayonunun Dulgalax kəndində anadan olmuşdur. Milliyyətcə Saha türküdür. 1953-cü ildə Yakutiya Pedaqoji İnstitutunu bitirdikdən sonra "Eder Kommunist" (Yakutiya gəncliyi) qəzetində poeziya və incəsənət şöbəsinin müdiri, "Kıım" adlı respublika qəzetində və "Xotugu sulus" jurnalı redaksiyalarında çalışmış, orta məktəbdə müəllim işləmişdir. 1963–1983 — Yakutiya Yazıçılar Birliyinin məsul katibi və idarə heyəti sədrinin müavini olmuşdur.
1991-ci ildən ömrünün sonunadək Saxa Respublikası (Yakutiya) Yazıçılar Birliyinin İcraiyyə Komitəsinin sədri, Saha Respublikası Ruhani Akademiyasının elmi katibi olmuşdur. SSRİ Yazıçılar Birliyinin üzvü (1957), Saxa Respublikası (Yakutiya) Yazıçılar Birliyinin üzvü (1991) olmuşdur. 14 noyabr 2010-cu ildə vəfat etmişdir.
Moisey Yefimovun şeirləri 1940-cı illərin sonlarından etibarən nəşr olunmağa başlamışdır. İlk şeir kitabı "Günəşin batmadığı yerdə" (Киирбэт күннээх дойдуга) 1954-cü ildə nəşr edilmişdir.
Sovet dövründə yakut və rus dillərində, bəziləri keçmiş SSRİ xalqlarının dillərində nəşr olunan 48 şeir toplusunun müəllifidir. Bir çox şeirlərinə mahnılar bəstələnmişdir.
Şairin bəzi kitabları dünya dillərinə tərcümə edilmişdir. Moisey Yefimov, M.Qorki, N.Nekrasov, Y.Kupala, S.Marşak, S.Şipaçev və başqa müəlliflərin əsərlərini, o cümlədən qazax, qırğız şairlərinin şeirlərini Saha dilinə tərcümə etmişdir.
Saxa dilində
Rus dilində