Verxoyansk ulusu

Verxoyansk ulusu (saxa Үөһээ Дьааҥы улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Bataqay qəsəbəsidir.

Verxoyansk ulusu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

67°33′ şm. e. 133°23′ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 5 yanvar 1967
Sahəsi
  • 137.400 km²
Saat qurşağı
  • Vladivostok vaxtı[d]
Əhalisi
Əhalisi
  • 10.009 nəf. (2023)[1]
Rəsmi sayt
Verxoyansk ulusu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayonun sahəsi 134.4 min km² -dir. Saxanın şimalında yerləşir. Şərqdə Muom ulusu, cənub-şərqdə Tompon, cənub-qərbdən Kobyay ulusu, qərbdə Even-Bıtantay, şimal-qərbdə Bulun, şimal-şərqdə Ust-Yana ulusları şimal-şərqdə həmsərhəddir.

Cənub və mərkəzi hissədən Yana yaylası, şimal-qərbdən Kular silsiləsi, şərqdən Çerski silsiləsi ilə əhatələnir. Ulusun ərazisi Yana çayı və onun qolları, Adışa (əsas olanlardan biri) və Tuostaax tərəfindən suvarılır.

Yananın orta axarındariya, 68 ° ş.e-də Bunqe-Tollya 1885 st paleolit düşərgəsi 47 min illik yaşa malikdir[2].

Təbii şərait

[redaktə | mənbəni redaktə et]

İqlimi subarktik, kəskin kontinentaldır. Yanvar ayının orta temperaturu −38 °C ... −48 °C, iyul +15 °C ... + 17 °C arasında dəyişir. Yağıntının miqdarı illik olaraq 150 mm-dən 300 mm-ə qdər ola bilir.

Antarktida xaricindəki havanın ən aşağı temperaturu (−67.8 °C) 1892-ci ilin fevral ayında ulus ərazisində, Verxoyansk şəhərində qeydə alınıb[3]. Verxoyansk Şimal yarımkürəsindəki soyuq qütbü adlanır.

1954-cü ildə rayon mərkəzi Verxoyanskdan Bataqaya köçürülmüşdür[4].

Milli tərkib

Əhalinin əsas hissəsi saxalılar təşkil edir. Üstəlik burada ruslar, evenlər və digər millətlərin nümayənələri yaşayır.

2002-ci il siyahıyaalmasına görə ulusun etnik tərkibi: saxalar - 9599 nəfər (70,24%), ruslar - 2756 nəfər (20,17%), ukraynalılar - 403 nəfər (2.95%), evenlər - 376 nəfər (2.75%) və digər millətlər - 532 nəfər ( 3.89%).

Urbanizasiya

Şəhər şəraitində (Verxoyansk şəhəri, Bataqay və Ese-Xaya şəhəri) ulus əhalisinin 43,67% -i yaşayır.

Yerli özünü idarəetmə

[redaktə | mənbəni redaktə et]

Verxoyansk ulusu ərazisinə 3 şəhər və 14 kənd inzibati vahidliyinə ümumilikdə 29 yaşayış məntəqəsi daxildir[5][6].

Ərazidə qalay, stibium, qızıl, gümüş, volfram, mis və digər faydalı qazıntılar vardır. Sovet dövründə burada Bataqay və Ese-Xaya kəndləri yaxınlığında (Kester yatağı da daxil olmaqla) qalay, Lazo kəndindəki qızıl çıxarılırdı. 1990-cı illərdə, ulusda mədən tam eniş vəziyyətinə düşür. 2001-ci ildə Lazo kəndi bağlanır[7], 2003-cü ildə Ese-Xaya kəndinin bağlanması planlaşdırılsa da, bağlanmaq qərarı verilmir[8].

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

İndi rayonun statusu aqrardır. Ulusun kənd təsərrüfatının əsasını ətlik və südlük maldarlıq, atçılıqı şimal maralı və xəz dəri ticarəti təşkil edir.

  1. Оценка численности населения на 1 января 2023 года по муниципальным районам.
  2. Российские учёные: человек заселил Арктику уже 45 тыс. лет назад[ölü keçid]
  3. "Росгидромет: «У Верхоянска есть право официально именоваться Полюсом холода»". Информационное агентство «SakhaNews». 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  4. Ведомости Верховного Совета СССР. № 12 (806), 1954 г.
  5. "Закон Республики Саха (Якутия) от 30 ноября 2004 года N 173-З N 353-III «Об установлении границ и о наделении статусом городского и сельского поселений муниципальных образований Республики Саха (Якутия)»". 2019-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  6. "Перечень населённых пунктов, входящих в состав сельских и городских поселений Республики Саха (Якутия)". 2013-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-14.
  7. "Постановление Госсобрания (Ил Тумэн) РС(Я) от 20.03.2001 ПР № 261-II «Об упразднении административно-территориальной единицы посёлка Лазо Верхоянского улуса РС (Я)»". Правовой портал «Bestpravo». 2020-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.
  8. "Распоряжение Правительства РС(Я) от 02.06.2003 № 597-Р «О посёлке Эсе-Хайя Верхоянского улуса»". Правовой портал «Bestpravo». 2020-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.