Moldova Kommunist Partiyası

Moldova Kommunist Partiyası (abr. MKP; rum. Partidul Comunist al Moldovei, PCM; mold. Партидул Комунист ал Молдовей; rus. Коммунистическая партия Молдавии) — Moldova SSR-də hakim və yeganə qanuni siyasi partiya, 1991-ci ilə qədər Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsini təşkil edən on beş respublika səviyyəli partiyadan biri.

Moldova Kommunist Partiyası

mold. Партидул Комунист ал Молдовей
Loqonun şəkli
Quruluş tarixi 14 avqust 1940 (1940-08-14)
Dağılma tarixi 27 avqust 1991
Baş qərargah Kişinyov
İdeologiya
İdeoloji spektr İfrat solçuluq
Şüar Proletari din toate ţările, uniţi-vă!
Bayrağı

Moldovada ilk sosial-demokrat dərnəkləri XIX–XX əsrlərin ayrıcında yaranmışdır. 1902-ci ildə Rusiya SDFP-nin Kişinyov Komitəsi təşkil edilmişdir. Peterburqdan buraya sürgün olunmuş siyasi məjbuslar və leninçi "İskra"nın Kişinyov gizli mətbəəsi bu işdə mühüm rol oynamışdır. Rusiyada 1905–1907-ci illər inqilabı dövründə Moldova bolşevikləri mütləqiyyətçilərə qarşı siyasi mübarizəyə başçılıq etmiş, fəhlə sinfi ilə kəndlilərin ittifaqını möhkəmləndirmiş, əsgərlər arasında inqilabi iş aparmışdır. Çarizm devrildikdən sonra açıq fəaliyyətə eçən Moldova bolşevikləri SSRİ hakimiyyəti uğrunda mübarizəni genişləndirmişdir. 1919-cu ildə Bessarabiyanın kommunist təşkilatları Rusiya K(b)P-nın gizli Bessarabiya təşkilatlarında birləşdilər (1922-ci ildə müvəqqəti olaraq Rumıniya KP-yə daxil oldu). 1924-cü ilin oktyabrında Ukrayna SSR tərkibində Moldova MSSR təşkil olunduqdan sonra Moldova vilayət partiya təşkilatı yaradılmışdır. 14 avqust 1940-cı il tarixində Moldova vilayət partiya təşkilatı Moldova K(b)P-yə çevrilmişdir. MK(b)P-nin 1941-ci ilin fevralında keçirilən I qurultayında onun təşkilatca formalaşmasını başa çatdırmışdır. İkinci Dünya müharibəsi illərində MK(b)P nasist qüvvələrinə qarşı yerli mübarizəyə təşkilatçılıq etmiş və rəhbəri olmuşdur. İşğalçı qüvvələr ölkədən çıxarıldıqdan sonra MK(b)P-nin diqqət mərkəzi ölkədə yenidənqurma işlərinə, Sağsahil rayonlarının kollektivləşməsinə çevrilmişdir. MKP-nin növbəti illərdəki hədəfi Moldovanın iqtisadiyyatını və mədəniyyətini daha da yüksəltmək, sosializm və kommunizm quruculuğu vəzifələrini həyata keçirmək olmuşdur. 1982-ci ilin yanvarında MKP-nın 160,899 üzvü var idi.[1]

  1. Молдавија Коммунист Партијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 26.