Molla Gülü Zülami — azərbaycanlı şair.
Molla Gülü Zülami | |
---|---|
Molla Gülü Zülami Qarabaği | |
Doğum yeri | Qarabağ |
Fəaliyyəti | şair |
Molla Gülü Qarabağda dünyaya gəlmişdir. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Bərdə şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi.
Molla Gülünün adına 1699-cu ilə aid Zari Ərəşi adlı bir xəttatın topladığı cüngdə rast gəlinir.
Molla Gülü Zülaminin Füzulinin 7 beytlik “Yetməzmi” rədifli qəzəlinə yazdığı 7 bəndlik təxmisi müəllifin dahi şairin əsərinə həssaslıqla yanaşması, dilinin sadəliyi, keçidlərin orijinallığı ilə diqqəti cəlb edir.
Şair ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |