Molla Məhəmməd Zövi (1843, Şamaxı, Kaspi vilayəti – 1910, Cavad, Cavad qəzası) — XIX əsr Azərbaycan şairi.[1]
Molla Məhəmməd Zövi | |
---|---|
Doğum tarixi | 1843 |
Doğum yeri | |
Vəfat tarixi | 1910 |
Vəfat yeri | |
Fəaliyyəti | şair, pedaqoq |
Molla Məhəmməd Zövi Vikimənbədə |
Molla Məhəmməd Zövi 1843-cü ildə Şamaxıda doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Muğana köçüb, uzun müddət müəllimlik etmişdir. Seyid Əzim Şirvaninin dərin rəğbətini qazanan Zövi "Beytüs-səfa" ədəbi məclisinin üzvlərindən olmuşdur. Onun şeirlər divanı AMEA Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.