Molla Səfərəli bəy Məlikhaykazov

Molla Səfərəli bəy Məlikhaykazov (1803, Xanyurdu1876, Xanyurdu) — azərbaycanlı din xadimi və şair.[1]

Molla Səfərəli bəy Məlikhaykazov
Molla Səfərəli bəy Ağacan bəy oğlu Məlikhaykazov
Şəxsi məlumatlar
Doğum tarixi 1803
Doğum yeri
Vəfat tarixi 1876
Vəfat yeri
Həyat yoldaşı Gülbadam Xanım Məlikhayqazov
Uşaqları Həsən bəy və Əli bəy

Həyatı[redaktə | mənbəni redaktə et]

Molla Səfərəli bəy Qarabağ xanlığının bəy ailələrindən biri olan Məlikhaykazovlar ailəsinə mənsubdur. 1803-cü ildə Qarabağ xanlığının Çiləbörd mahalının Xanyurdu məntəqəsində dünyaya gəlmişdir. Atası Ağacan bəy mülkədar olmuşdur. İbtidai təhsilini atasından almışdır. Bundan sonra Şuşadaki Beyt-ül Ədəb mədrəsəsində təhsilinə davam etmiş, sonda molla titulunu almışdır. Buradan Nəcəfə yollanmış, burada dini və dünyəvi elmlər üzrə təhsil almışdır.[1]

Din işlərlə yanaşı, Molla Səfərəli bəy Azərbaycan türkcəsindəfarsca lirik şeirlər yazmışdır. Şeirlərinin əsas mövzusu əxlaq üzrə olmaqla, çox az bir hissəsi günümüzə qədər gəlib çıxmışdır.[1]

1876-cı ildə vəfat etmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Gülbadam Xanımla ailə həyatı qurmuş və bu evlilikdən iki oğlu olmuşdur — Əli və Həsən bəylər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Çingizoğlu, Ənvər. "Məlikhaykazovlar". Soy. 2010. (#accessdate_missing_url)