Xanyurdu (əvvəlki adı: Xanazax) — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Xanazax kəndi Xanyurdu kəndi adlandırılmışdır.[1] 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanyurdu kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmiş,2023 cü il Sentyabrın 19-20-i keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Xanyurdu | |
---|---|
39°50′57″ şm. e. 46°44′32″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 822 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Dağətəyi ərazidədir. Kənd XIX əsrdə Zəngəzur qəzasından köçmüş erməni ailələri tərəfindən Xanyurdu adlanan yerdə Xanadzax adı ilə salınmışdı. 1992-ci ildən kənd salındığı yerin adı ilə adlandırılmışdır.[2] Ermənilər tərəfindən həm də Lernavan adlandırılır.
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Xanyurdu kəndinin əhalisinin faktiki sayı 578 nəfər, qeydiyyatdakı əhalinin sayı 592 nəfər təşkil edirdi[3].
Xocalı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |