Monako Qran Prisi (1984-ci il)

1984-cü il Monako Qran PrisiFormula-1 Dünya Çempionatının 1984-cü il mövsümündə 16 mərhələdən altıncısı. Monte-Karloda keçirilib. Avtoyarış 3 iyun 1984-cü ildə reallaşıb.

Monako Monako Qran-prisi üzrə 1984-cü il mövsümü
fr. 1984 Grand Prix Automobile de Monaco
Tarix 3 iyun 1984
Yer Monte-Karlo, Monako
Trek Monte-Karlo (3,312 m)
Planlaşdırılmış
məsafə
31 dövr, 102,672 km
Hava Soyuq, yağışlı
Poul
1:22,661 Fransa Alen Prost
McLaren
Ən sürətli dövr
1:54,334 Braziliya Ayrton Senna
24 dövr Toulmen
Podium
Qalib Fransa Alen Prost
McLaren
2-ci yer Braziliya Ayrton Senna
Toulmen
3-cü yer Fransa Rene Arnu
Ferrari
1984-cü il Dünya Çempionatı, mərhələ № 6

1981-ci ildən McLaren komandası Ron Dennis nəzərdə tutduğu plan üzrə hərəkət edirdi. 1983-cü ilin sonunda Ron konstruktor şöbəsinə başçı təyin etdi – Qordon Koppakı əvəz etmiş Con Barnard komandaya gələn gündən qarşıdakı mövsüm üçün maşın hazırlamağa başladı. Ron uzun danışıqlardan sonra istefada olan Niki Laudanı çempionata qayıtmağa razı sala bildi və qeyri-stabil çıxışları ilə fərqlənən Andrea de Çezarisi ikiqat dünya çempionu ilə əvəz etdi. Ron daha çətin bir qərar qəbul etmişdi – komandanın sıfırdan yenidən qurulması zamanı komandaya böyük dəstək olmuş təcrübəli Con Uotsona qapını göstərmişdi. Bu addımın səbəbi isə 1983-cü ilin son yarışında titulu əldən verərək komandası ilə dalaşaraq komandadan qovulan Alen Prost idi. İşsiz qalan Alen növbəti gün McLaren-in 1984-cü ildə əsas sürücüsü elan olunmuşdu.

Ron Səudiyyə Ərəbistanından olan biznesmen Əkrəm Occeylə Britaniyada keçirilən sərgidə tanış olmuşdu və onu komandaya sponsorluq etməyə ruhlandırmışdı. Əkrəm gənc oğlu Mənsurun adına komandanın səhmlərini alaraq onu komandaya həmsahib etmişdi. Əkrəmin komandada rolu bununla sonlanmadı. Əkrəmin başçılıq etdiyi TAG (Techniques d’Avant Garde) şirkəti Frənk Uilyamsın yenidən qurduğu Williams komandasına sponsorluq edirdi. Ron isə Əkrəmi başqa bir sahəyə cəlb edə bildi. Porsche-nin motor mütəxəssislərinə yeni maşın üçün motor hazırlanması sifariş edildi. V-şəkilli 6 silindrli turbo motor çox yığcam və güclü olmaqla, həm də çox etibarlı alındı.

"Xəyalların komandası" həmin mövsümü çox güclü keçirdi. Mövsümün 16 yarışında qazanılmış 12 qələbə komandanı 10 il əvvəlki səviyyəyə qaytardı. Mövsümün əvvəli fransalı sürücü üçün uğurlu oldu amma mövsümün sonu avstriyalı veteran sürücü üçün məhsuldar alındı. Yekunda isə Formula1 tarixinin rekordu müəyyən oldu. Titul uğrunda mübarizədə ən minimal xal fərqi ilə cəmi yarım xal oldu. Və bu yarım xalı mövsümdə Monako Qran Prisi təyin etmişdi.

Monako Qran Prisinin digər xallarını isə Ferrari-dən Rene Arnu, Williams-dan Keke Rosberq və Lotus-dan Elio de Ancelis qazandılar. Amma bir neçə ay sonra Ken Tirrellin komandası çempionatdan qovuldu və bundan sonrada Detroytda Martin Brandl ikincilik qazandı. Stüardlar Tyrrell 012-ni təftiş etdilər və motorun yanında gizli rezervuar tapdılar. Bu səbəbdən komandanın sürücülərinin bütün yarışları və nəticələri ləğv olundu. Bununla da Monako Qran Prisində 6-cı yerə Ferrari-nin yeni sürücüsü Mikele Alboreto yüksəldi.

Yarışda qələbəyə görə Alen Prostun aktivinə cəmi 4.5 xal yazıldı. Əgər yarış davam etsəydi, Prost ikinci yerə görə 6 xal qazanardı. Həmin il Professor cəmi bir xal üstünlüklə karyerasında ilk titulunu qazanardı.

Yarışın icmalı

[redaktə | mənbəni redaktə et]

Leysan yağış səbəbindən yarışın başlaması təxirə salınmışdı. Sonradan 77 dövrə planlaşdırılan yarış 31-ci dövrədə başa çatdı. Yarışın belə erkən dayandırılması Ayrton Sennanı debüt mövsümündə ilk qələbəsini qazanmaq şansından məhrum etdi.[1] Yarış marşallarının qərarı çox söz-söhbətə səbəb oldu.

Yarışın təsnifatı

[redaktə | mənbəni redaktə et]

Təsnifat mərhələsi

[redaktə | mənbəni redaktə et]

[2][3]

Yer Nömrə Sürücü Konstruktor Vaxt Fərq
1 7 Fransa Alen Prost McLaren-Renault 1:22.661
2 12 Böyük Britaniya Naycel Mensell LotusRenault 1:22.752 +0.091
3 28 Fransa Rene Arnu Ferrari 1:22.935 +0.274
4 27 İtaliya Mikele Alboreto Ferrari 1:22.937 +0.276
5 16 Böyük Britaniya Derek Uorik Renault 1:23.237 +0.576
6 15 Fransa Patrik Tambe Renault 1:23.414 +0.753
7 26 İtaliya Andrea De Çezaris Renault 1:23.578 +0.917
8 8 Avstriya Niki Lauda McLaren 1:23.886 +1.225
9 1 Braziliya Nelson Pike Brebem 1:23.918 +1.257
10 6 Finlandiya Keke Rosberq Vilyams 1:24.151 +1.490
11 11 İtaliya Elio de Ancelis Lotus-Renault 1:24.426 +1.765
12 14 Qərbi Almaniya Manfred Vinkelxok BMW 1:24.473 +1.812
13 19 Braziliya Ayrton Senna Toulmen 1:25.009 +2.348
14 22 İtaliya Rikkardo Patreze Alfa Romeo 1:25.101 +2.440
15 2 İtaliya Korrado Fabi Brebem 1:25.290 +2.629
16 5 Fransa Jak Laffit Vilyams 1:25.719 +3.058
17 25  Fransa François Hesnault Ligier-Renault 1:25.815 +3.154
18 20  Venesuela Johnny Cecotto Toleman-Hart 1:25.872 +3.211
19 24  İtaliya Piercarlo Ghinzani Osella-Alfa Romeo 1:25.877 +3.216
20 4  Qərbi Almaniya Stefan Bellof Tyrrell-Ford 1:26.117 +3.456
DNQ 17 Şablon:Flaqifikasiya/SWI Marc Surer Arrows-Ford 1:26.273 +3.612
DNQ 3  Böyük Britaniya Martin Brundle Tyrrell-Ford 1:26.373 +3.712
DNQ 23  ABŞ Eddie Cheever Alfa Romeo 1:26.471 +3.810
DNQ 18  Belçika Thierry Boutsen Arrows-BMW 1:26.514 +3.853
DNQ 10  Böyük Britaniya Jonathan Palmer RAM-Hart 1:27.458 +4.797
DNQ 21  İtaliya Mauro Baldi Spirit-Hart 1:28.360 +5.699
DNQ 9  Fransa Philippe Alliot RAM-Hart 1:29.576 +6.915
  1. "Monaco Grand Prix 1984: They call it Ayrton Senna's arrival race". 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-28.
  2. "1984 Monaco Grand Prix". formula1.com. 4 November 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2015.
  3. "1984 Monaco Grand Prix - Race Results & History - GP Archive". GPArchive.com. 3 June 1984. 4 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 November 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]