Monqol Altayı[1] (monq. Монгол Алтайн нуруу, Mongol Altaïn nourouou; çin. ənən. 蒙古阿爾泰山脈, sadə. 蒙古阿尔泰山脉, pinyin: Ménggǔ Ā'ěrtài Shānmài) — Altay dağlarının cənub-şərqində yerləşən dağ sistemi. Monqol Altayı Çin və Monqolustanın sərhəddində yerləşir. Monqolustanın ən yüksək dağ silsiləsi. Dərələrlə parçalanmış bir-neçə silsilələrdən ibarət olan Monqol Altayı cənub-şərqdən şimal-qərbə doğru 1000 km məsafədə uzanır. Eni 150 km-dən 300 km arasında dəyişir. Ən yüksək zirvəsi Munx -Xayrxan -Ula dağıdır (4362 m). Əsas dağ sisteminin hündürlüyü 3000-4000 metr arasında dəyişir. Mərkəsi Asiyanın ən sərt və az tədqiq olunmuş ərazisidir.
Monqol Altayı | |
---|---|
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 4362 m |
Uzunluğu | 1000 km |
Eni | 300 km |
Süxurları | metamorfik və çöküntülü |
Yerləşməsi | |
46°53′ şm. e. 91°28′ ş. u.HGYO | |
Ölkələr | |
|
Dağ silsilələrinin zirvələri yastan formalı olub buzlaqlarla örtülüdür. Buzlaqların ümumi sahəsi 830 km²-dir. Buzlaqların əsas hissəsi Tavan-Boqda-Ula massivində yerləşir. Sistemin ən böyük buzlağı - Potanina da bu ərazidə yerləşir. Digər böyük buzlaqları - Prejevalski və Qranedir. Monqol Altay dağları əsasən kristallik şistlərdən, porfirdən, porfiritlərdən və qranitdən təşkil olunub. Rütubətli cənub-qərb yamaclarında meşə və çəmənliklər formalaşıb. Daha quru şimal-şərq yamaclarında isə çöl və yarımsəhralar üstünlük təşkil edir.
Monqol Altayı dağ sistemi şimaldan Altay Respublikasının yüksək dağları ilə həmsərhəddir. Saylyuqem dağ silsiləsinin davamı kimi formalaşan Monqol Altayının qərb və cənubda isə yarımsəhra və səhra Cunqariya və Qobi yerləşir. Şimal-şərqdən isə dağ sistemini Böyük Göllər Çökəkliyi əhatə edir. Bu ərazidə beş əsas böyük göl yerləşir. Monqol Altayının şərqində Alaq-Nursk çökəkliyi yerləşir. Bu çökəklik dağ sistemini daha alçaq Qobi Altayından (hündürlük 3900 m) ayırır. Şimal-qərb qurtaracağında Kanas gölü yerləşir. Monqol Altayı silsiləsi üzrə böyük suayrıcı xətt keçir. Silsilənin cənub-qərbindən İrtış çayı öz başlanğıcını götürür və Şimal Buzlu Okean hövzəsinə aiddir. Silsilənin əks tərəfindən isə Kobdo çayı formalaşır və öz suyunu Mərkəzi Asiyanın axarsız hövzəsinə aparır.
Monqol Altayının yüksək bölgələrindən orta əsrlərdə karvan yolları keçmiş və yol əsasən Ulan-Daba aşırımından keçərək Altay dağları ərazisinə keçmiş.
Monqol Altayının geoloji quruluşunda əsasən mika, porfir və qranitlər üstünlük təşkil edir.
Monqol Altayının cənub-qərb yamacları meşə və çəmənliklərdən ibarətdir. Dağ sisteminin şimal-şərq yamacları daha sərt və quraq iqlimə malikdir. Bu bölgədə nadir çöl bitkiləri üstünlük təşkil edir. Əksər rayonlar yarımsəhralaşmış.